Məhkəmə qərarları › İş №e-2(049)-24/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-24/2025

28.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-24/2025 28.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və üzərində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və üzərində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi” tələbi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi-**********33) çıxarışa əsasən Lənkəran şəhəri, 43-cü məhəllədə xüsusi mülkiyyətində olan 0.1725 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunan hissəsinin azad olunması və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilililərin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonu, Girdəni kəndində yaşayır. Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi-**********33) çıxarışa əsasən Lənkəran şəhəri, 43-cü məhəllədə 0.1725 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Lakin, ona məxsus torpaq sahəsinin bir hissəsi həmkəndlisi-Cavabdeh tərəfindən zəbt olunaraq orada mənfəət əldə etmək məqsədilə tikililər tikilmişdir. İddiaçı həmin tikililərin cavabdehin öz hesabına sökülməsi və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını dəfələrlə cavabdehə şifahi olaraq bildirsə də, o, hər dəfə bir bəhanə gətirərək, ona vaxt verməyini bildirərək tikililəri sökəcəyini və torpaq sahəsini boşaldacağını bildirmişdir. Lakin sonuncu dəfə cavabdehə müraciət edəndən sonra o, torpaq sahəsinin ona məxsus olduğunu və orada yerləşən tikililəri də sökməyəcəyini bildirmişdir. Cavbdehlə aralarında 2019-2021-ci illərdə torpağın zəbtdən azad olunmasına dair məhkəmə çəkişmələri olmuşdur. Lakin, həmin dövrdə iddianın predmeti torpağın zəbtdən azad olunması olmuşdur və hazırki mübahisə torpaq sahəsi ilə bağlı olsa da, zəbt olunan torpaq sahəsi həmin dövrlə indiki dövrə münasibətdə mülkiyyətində olan torpaq sahəsinin müxtəlif əraziləri olmuş və həmin dövrdə təkcə torpağın zəbtdən azad olunması tələbi ilə məhkəməyə müraciət etdiyi halda, iddiaçı, hazırki iddia ilə həmin predmetlə yanaşı torpaq üzərində tikilən tikililərin də cavabdehin hesabına sökülməsini xahiş edir. Yəni, tərəflərin 2019-2021-ci illər arasında olan məhkəmə çəkişmələri və mövcüd olan müvafiq qətnamələri ( İ instiansiyada iddiası təmin olunmuş və zəbt olunmuş torpaq sahəsinin boşaldılması qət edilmiş, apellyasiya və Ali Məhkəməsinin müvafiq qərarları ilə İ instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır) MPM-nin 261.0.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında eyni predmetlə bağlı müvafiq məhkəmə qətnamələri anlamına gəlməməlidir. Çünki, yuxarıda da qeyd etdiyi kimi tərəflər eyni olsa da, predmetlər ayrıdır (zəbt olunmuş hissəyə münasibətdə və tikilmiş tikiliyə münasibətdə). İddiaçı 10 saylı Lənkəran Ərazi İdarəsinə müvafiq çıxarışla mülkiyyətində olan torpaq sahəsinin naturada yerinin iddiaçıya göstərilməsi ilə bağlı müraciət etmişdir və xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubdan da görünür ki, həmin ərazinin naturada yeri iddiaçıya göstərilmişdir. Həmin ərazi naturada iddiaçıya göstərilərkən də tikililərin mövcud olduğu sahənin zəbt olunduğu müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında idia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İbrahiç oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, sözügedən torpaq sahəsi ilə əlaqadar İddiaçı ona qarşı iddia tələbinə 2019cu ildə Lənkəran rayon Məhkəməsində baxılaraq qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir və Lənkəran rayon İcra Şöbəsinin icra məmurlarınını və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşının iştirakı ilə icra edilmişdir. Bu barədə müvafiq akt da tərtib edilmişdir. Sonradan İddiaçı tərəfindən torpaq sahəsinin koordinatlarında dəyişiklik edilərək, yenidən ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni mübahisəyə bir dəfə baxılmış və yekun məhkəmə qərarı qəbul edilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən plan və ölçüdə torpaq sahəsinin koordinatları və dönmə nöqtələri qanunsuz olaraq dəyişdirilmişdir. Həmçinin Lənkəran Rayon Məhkəməsinin icraatında 2019-cu ildə olmuş mülki iş üzrə hazırki mülki iş üzrə verilmiş mütəxəssis rəyləri arasında olduqca ziddiyyətli məqamlar vardır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında və məhkəməyə təqdim etdiyi ərizədə bildirmişdir ki, Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən və iddiaçının mülkiyyətdə olan torpaq sahələri ilə bağlı 2018-ci ildən 2021-ci ilədək Cavabdeh ilə İddiaçı arasında torpaq mübahisəsi olmuş, nəticədə uzun sürən məhkəmə çəkişmələrindən sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2056/2021 saylı qərarı ilə həmin mülki iş üzrə İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma” barədə iddia ilə 2018-ci ildə Lənkəran rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(049)-426/2019 saylı qətnaməsi ilə (hakim T.Məmmədov) iddia qismən təmin edilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllə ünvaninda yerləşən 0,1725 ha torpaq sahəsinin 0,033 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin İddiaçı qızma təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə həm apelyasiya, həm də kassasiya icraatı zamanı qüvvədə qalmışdır. Lənkəran rayon Məhkəməsi qətnaməni belə əsaslandırmışdır ki, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisləri Qiyas Quliyevin və Rafiq Əliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən **********33 reyestr nömrəli çıxarış və “Torpaq sahəsinin plan və ölçüsü”-nə əsasən 0,1725 ha torpaq sahəsinin koordinatları və ölçüləri müəyyənləşdirilmişdir. İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən **********33 Reyestr nömrəli çıxarış və “Torpaq sahəsinin plan və ölçüsü”-nə əsasən 0,1725 ha torpaq sahəsinin koordinatları və ölçüləri faktiki istifadə etdiyi torpaq sahƏSİ İlƏ ÜSt-ÜStƏ dÜŞÜr. İddiaçı q/zınm mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllədə yerləşən **********33 Reyestr nömrəli çıxarış və “Torpaq sahəsinin plan və ölçüsü”-nə əsasən 0,1725 ha torpaq sahəsinin 0,033 ha hissəsini Cavabdeh öz mülkiyyəti kimi hesab edir. Mübahisəli torpaq sahəsi 330 kv.m-dir və **********33 reyestr nömrəli çıxarış və “Torpaq sahəsinin plan və ölçüsü”-nə əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı cavabdehin ona məxsus 0,1725 ha torpaq sahəsindən çıxarılmasını tələb etsə də, mübahisəli torpaq sahəsi 330 kv.m-dir. X6 həmin torpaq sahəsini öz mülkiyyəti hesab edir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-824/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Mİrzəyev, Q.Kərimov və Z.Babayev) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(049)-426/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, aparılmış ekspertizanın dəyəri olan 50 manat pulun Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğundur. Nəhayət Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021 -ci il tarixli 2(102)-2056/2021 saylı qərarı ilə tərəfimdən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-824/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2056/2021 saylı qərarına əsasən Cavabdeh torpaq sahəsi ilə yan-yana olan İddiaçı torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və qərarın icrası Lənkəran rayon İcra və Probasiya şöbəsi tərəfindən həyata keçirilmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 qərarı icra edərkən xx.xx.2021-ci ildə “İcra sənədinin icrası” barədə akt tərtib etmişdir. Akt tərtib edilərkən həmçinin Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, borclu Cavabdeh, tələbkar İddiaçı və AR ƏMDK DƏDRX-in 10 saylı Lənkəran Ərazi idarəsinin mütəxəssisi X3 iştirakları təmin edilmişdir. Məhkəmə icraatı zamanı cavabdehə qarşı haqsız qərar çıxarıldığı üçün həmin vaxt aktı imzalamaqdan imtina etmişdir. Lakin AR ƏMDK DƏDRX-in 10 saylı Lənkəran Ərazi idarəsinin mütəxəssisi X8 tərəfindən icra sənədi üzrə torpaq sahələri ölçülərək sərhədləri, döngə nöqtələri və koordinatları plan üzrə müəyyən edildiyindən hazırki vaxtadək dövlətin adından çıxarılan məhkəmə qərarı onun tərəfindən qeyd-şərtsiz icra olunmuş və bu istiqamətdə heç bir maneə yaradılmamışdır. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin 261.0.2ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddiaçının predmet, əsas və tərəf etibarilə eyni iddianı təkrar məhkəməyə təqdim etməsi iddia ərizəsini qəbul etməkdən imtina üçün əsasdır. Üstəlik məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi də bildirmişdir ki, eyni torpaqla bağlı yenidən iddia qaldırılmışdır və tərəflərdən heç biri sərhədi dəyişməmişdir. Odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2056/2021 saylı qərarı olduğundan iddianın yolverilməzliyinə görə hazırki mülki iş üzrə iddia ərizəsini qəbul etməkdən imtina edib iş üzrə icraata xitam verilməsi qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə mütəxəssi qismində iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14in 10 saylı Lənkəran Ərazi İdarəsinin şöbə müdiri X4 iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X15 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-Ə-00xx-xx/2024 saylı mütəxəssis rəyinin və 02 iyun 2025-ci il tarixli, 10/2635 saylı ekspert rəyinin məzmununa uyğun izahat verərək, suallara cavab olaraq əlavə olaraq bildirdi ki, xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- Ə-00xx-xx/2024 saylı mütəxəssis rəyi onun tərəfindən tərtib edilmiş, rəy tərtib edilərkən Daşınmaz Əmlakın Dövlət Reyestrində mövcud olan baza məlumatlarına istinad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-426/2019 saylı mülki iş üzrə verilmiş mütəxəsis rəyi ilə hazırki mülki iş üzrə tərtib edilmiş mütəxəssis rəyi arasında ziddiyyətin olub-olmaması barədə suala cavab olaraq bildirdi ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair tərtib edilmiş əvvəlki “plan və ölçü” ilə hazırda mövcud olan “plan və ölçü” sənədləri arasında torpaq sahəsinin, konfiqurasiyası, koordinatları və dönmə nöqtələrində heç bir dəyişiklik edilməmişdir. Həmçinin 2019-cu ildə Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş mülki işlə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X14 əməkdaşı tərəfindən tərtib edilmiş müətəxəssis rəyi və hazırki mülki iş üzrə tərtib edilmiş mütəxəssis rəyində torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində mövcud olan kadastr baza məlumatlarına əsaslanmışdır. 2019-cu ildə mübahisəli torpaq sahələri arasında daş hasar mövcud olmadığına görə zəbt olunmuş ərazi mübahisə tərəflərinin şifahi qaydada bildirdikləri məlumatlar əsasında, hazırki mülki iş üzrə müətəxəssis rəyində zəbt olunmuş ərazi isə inşa edilmiş daş hasarın yerləşmə yeri üzrə müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran şəhəri, 43-cü məhəllə ünvanında yerləşən 0,1725 ha ölçüdə yaşayış məntəqələrinin torpaqlarına aid həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 02 iyun 2025-ci il tarixli, 10/2635 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki,: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3978/2024 saylı mütəxəssis rəyinə əsasən, Mülki iş üzrə mübahisə predmeti olan, Lənkəran şəhəri, 43-cü məhəllə ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********33 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan 0,1725 ha torpaq sahəsinə yerində baxış keçirilməklə koordinatları müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********33 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" ilə İddiaçı mülkiyyətində olan 0,1725 ha torpaq sahəsinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı ictimai tikililər ərazisinə aid torpaq sahəsi olması müəyyən olunmuş və kompleks yerquruluşu layihəsinə əsasən həmin 0,1725 ha torpaq sahəsinin cənub istiqamətində tikilinin (hazırda həmin tikili mövcud deyildir) mövcud olması və hasarın mövcud olmaması müəyyən olunmuşdur. Faktiki vəziyyətdə qeyd edilən torpaq sahəsi üzərində qeyri-yaşayış tikililərin və daş hasarın mövcud olması müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan 0,1725 ha torpaq sahəsinin 0,0196 ha hissəsinin Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilməsi müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan 0,1725 ha sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,0196 ha hissəsinin üzərində Cavabdeh tərəfindən inşa edilmiş 110 kv.m ölçüdən ibarət qeyri-yaşayış tikilisinin 70,6 kv.m hissəsinin mövcud olması müəyyən olunmuşdur. Cavabdeh tərəfindən istifadə edilən həmin 0,0196 ha torpaq sahəsinin cənub sərhədi istiqamətində daş hasarın mövcud olması müəyyən olunmuşdur. Cavabdeh və ya digər şəxslər tərəfindən iddiaçıya qeyd edilən torpaq sahəsindən istifadə ilə bağlı hər hansı fiziki maneələr yaradılıb yaradılmamasının müəyyən edilməsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyil. 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli. 3-21-3-43/2-3978/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri. 43-cü məhəllə ünvanında yerləşən İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan 0,1725 ha torpaq sahəsinə dair tərtib edilmiş **********33 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə bundan əvvəl həmin torpaq sahəsinə dair tərtib olunmuş "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin eyni olmaması müəyyən olunmuşdur. Belə ki, bundan əvvəl Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19.01,2009-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********74 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" ilə İddiaçı mülkiyyətində 0,185 ha torpaq sahəsi mövcud olmuş və həmin 0,185 ha torpaq sahəsinin 0,0125 ha hissəsi xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı tərəfindən Cavabdeh satılmışdır. Faktiki vəziyyətdə də həmin 0,0125 ha hissəsinin Cavabdeh istifadəsində olması və İddiaçı mülkiyyətində olan 0.1725 ha torpaq sahəsinə dair tərtib edilimis **********33 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarından kənarda verləşməsi müəyyən olunmuşdur. İddiaçının hazırki iddia tələbində cavabdehin istifadə etdiyini iddia etdiyi torpaq sahəsinin əvvəlki "Torpaq sahəsinin planı və ölçüsü” sənədində də İddiaçı mülkiyyətində olmuş 0,185 ha torpaq sahəsinə aid olması müəyyən olunmuşdur. Hazırda iddia edilən torpaq sahəsinin əvvəl satılan 0,0125 ha torpaq sahəsinin sərhəd hüdudlarından kənara, həmin 0,0125 ha torpaq sahəsinin cənub sərhəddində yerləşməsi müəyyən olunmuşdur. Qeyd olunanlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- Ə-00xx-xx/2024 saylı mütəxəssis rəyində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 02 iyun 2025-ci il tarixli, 10/2635 saylı ekspert rəyində qeyd edilənlərə uyğun xüsusatlar qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2056/2021 saylı qərarından görünür ki, Lənkəran rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(049)-426/2019 saylı qətnaməsi ilə İddiaçı Nizami qızının iddia qismən təmin edilərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri 43-cü məhəllə ünvaninda yerləşən 0,1725 ha torpaq sahəsinin 0,033 ha hissəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən şikayətə apelyasiya və kassasiya instansiyalarında baxılaraq, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. “İcra sənədinin icrası barədə” tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Lənkəran rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(049)-426/2019 saylı qətnaməsinə dair verilmiş icra sənədinin icrası ilə əlaqadar zəbt olunmuş torpaq sahəsi ölçülərək, tələbkar İddiaçı təhvil verilmiş və hər iki tərəfin torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, Lənkəran şəhəri, 43-cü məhəllə ünvanında yerləşən 0,1725 ha ölçüdə həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin mütəxəssis və ekspert rəylərindən müəyyən edildi ki, sözügedən mübahisəli torpaq sahəsinin 0,0196 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir və həmin hissənin üzərində Cavabdeh tərəfindən inşa edilmiş 110 kv.m ölçüdən ibarət qeyri-yaşayış tikilisinin 70,6 kv.m hissəsinin mövcud olması müəyyən olunmuşdur. Cavabdeh tərəfindən istifadə edilən həmin 0,0196 ha torpaq sahəsinin cənub sərhədi istiqamətində daş hasarın mövcud olması müəyyən olunmuşdur. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Lənkəran rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(049)-426/2019 saylı qətnaməsi ilə həll edilmiş mübahisə üzrə iddia tələbi eyni tərəflər arasında eyni torpaq sahəsnə dair zəbt olunmuş torpaq sahəsindən çıxarma ilə əlaqədar olsa da, hazırki iddia tələbi zəbt olunmuş torpaq sahəsindən çıxarma və tikililərin sökülməsi ilə əlaqədardır. Belə ki, əvvəlki iddia tələbindən fərqli olaraq hazırki tələbdə həmin torpaq sahəsində sonradan inşa edilmiş tikililər də mübahisələndirilir ki, əvvəlki qətnamə ilə həmin mübahisə həll edilməmişdir. Odur ki, hazırki mülki iş üzrə icraata xitam verilməsi barədə əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edildiyinə görə Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab: AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14in 10 saylı Lənkəran Ərazi İdarəsinin hesablaşma hesabına 95 manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, həmin məbləğ də Cavabdeh aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənimişdir. Belə ki, dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmakın Dövlət reyestrindən” Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, 43-cü məhəllə ünvanında yerləşən 0,1725 ha ölçüdə həyətyanı torpaq sahəsinin 0,0196 ha hissəsindən çıxarılsın və həmin hissədə Cavabdeh tərəfindən inşa edilmiş tikililər onun hesabına sökülsün. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Cavabdeh mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14in 10 saylı Lənkəran Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, cəmi 195 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar