Məhkəmə qərarları › İş №e-2(049)-2516/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2516/2023

12.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2516/2023 12.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında 12 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh X4 07 may 2019-cu il tarixdən İddiaçı MMC-də nümayənd vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdən cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 3898.61 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh “Avrora MMC-yə vurduğu 3898.61 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Odur ki, cavabdehdən 3898.61 manat məbləğində pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8.99 manat pul vəsaitinin, habelə ödənilmiş mediasya xərcinin əvəzi olaraq 50 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödəniməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini, işdən öz istəyi ilə azad olunduğunu, lakin azad olarkən axırıncı haqq hesabılnı almadığını, eləcə də iddia ərizəsində qeyd edilən borc məbləğindən xəbəriz olduğunu bildirmiş, İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi sənədlərdəki, o cümlədəndə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aparılmış yoxlamaya dair aktdakı və xx.xx.2022-ci il tarixli izahatın altındakı imzaların ona məxsus olduğunu etiraf etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdəki xx.xx.2019-cu il tarixli, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə satış üzrə nümayəndə vəzifəsinə qəbul edilmiş və onun işə qəbul edilməsi elektron sisteminə yerləşdirilmişdir. İşdəki xx.xx.2019-cu il tarixli, “Tam maddi məsuliyyət haqqında” müqavilənin 1.5-ci maddəsindən görünür ki, Cavabdeh tam məsuliyətli şəxs kimi iş vaxtı və ya iş vaxtından sonra işəgötürənin tapşırıqlarını icra edərkən işçi qanuna, zidd, təqsirli hərəkət və ya hərəkətsizliyi ilə İşəgötürənə və ya digər şəxsə hər hansı bir ziyan vurduqda işəgötürən və ya ziyan vurduğu şəxs qarşısında şəxsən tam maddi məsuliyyət daşımaq və vurulmuş ziyanı şəxsən tam şəkildə ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 6 və 7-ci maddələrinə əsasən ziyan vurulduqdan sonra “İşçi”nin əmək münasibətlərinə xitam verilməsi onü maddi məsuliyyətdən azad etmir. İşçi vurduğu ziyana görə cinayət, inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq vurulmuş ziyanın məbləğini ödəməyə borcludur. İşdəki Cavabdeh da imzaladığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aparılmış yoxlamaya dair aktdan görünür ki, cavabdehdə ümumilkiidə 5697.92 manat dəyərində əskiklik olmuş və o, həmin məbləgi iddiaçının hesabına mədaxil etməmişdir. İşdəki Cavabdeh İddiaçı MMC-nin Audit şöbəsinə xx.xx.2022-ci il tarixdə verdiyi izahatdan görünür ki, o, onda ümumilikdə 5697.92 manat dəyərində əskiklik olduğunu, həmin məbləği şəxsi istifadəsinə sərf etdiyini etiraf edərək, həmin əskikin onun şəxsi hesabına yönəldilməsinə etiraz etməmişdir. İşdəki xx.xx.2022-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə əmək müqaviləsinə xitam verilmiş, onunla əmək müqaviləsinin ləğv edilməsi elektron sisteminə yerləşdirilmişdir. İşdəki xəbərdarlıq məktubundan görünür ki, şirkətdə işlədiyi dövrdə Avrora MMC-yə vurduğu 3898.61 manat maddi ziyana görə məsuliyyət daşıması barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehlərə qarşı tələbi iddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddənin a) bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçı ilə xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlayaraq satış üzrə nümayəndə vəzifəsində işləməklə üzərinə tam maddi məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Yoxlama nəticəsində cavabdehdə 5697.92 manat əksikli müəyyən edilmiş, həmin əksikliyin bir hissəsi cavabdehin son haqq hesabından tutulmuş, qalan 3898.61 manat əksiklik isə cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Cavabdeh həmin pulu könüllü olaraq iddiaçının hesabına mədaxil etmədiyi üçün, iddiaçı həmin pulun tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməli, cavabdehdən 3898.61 manat pul alınıb iddiaçı, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mpay ödəniş sistemi üzrə qəbzdən görünür ki, iddiaçı mediasiya xərci olaraq 50 manat ödəniş etmişdir. Hökümət ödəniş portalı üzrə qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 8.99 manat dövlət rüsumu ödənilmişdir Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Mediasiya şurasina ödədiyi 50 manat və dövlətə ödədiyi 8.99 manat dövlət rüsumu cavabdehə aid edilməli, ümumilikdə ondan 58.99 manat tutularaq iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya zərər vurması faktı iş materialları ilə tam təsdiq olunduğu üçün iddia tələbi əsaslı sayılaraq təmin edilməli, Cavabdeh 3898.61 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8.99 manat pul və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat pul vəsaiti İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 3898.61 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı MMC-yə verilsin. 8.99 manat dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 50 manat, cəmi 58.99 manat Cavabdeh aid edilsin və ondan tutularaq, İddiaçı MMC-nə verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar