Məhkəmə qərarları › İş №e-2(049)-2802/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2802/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2802/2023 28.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, vurduğu maddi ziyana görə 22000 (iyirmi iki min) manat, dövlət rüsumuna görə 156 (bir yüz əlli altı) manat pul vəsaitinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin oktyabr ayında evini təmir edən zaman qapı-pəncərə ustası olan Cavabdeh, evinə plastik qapı-pəncərə və buna aid digər zəruri materialları alınması üçün 22000 (iyirmi iki min) manat məbləgində pul verib. Cavabdeh həmin pulun müqabilində Altis Qrup of Kompani MMC-yə məxsus olan Rehau firmasına mənsub plastik qapı–pəncərə və ona aid digər zəruri materiallar alınmışdır. Dediyinə görə 8000 (səkkiz min) manat qapı-pəncərə, ona aid digər zəruri materiallar və təmir üçün 14000 (on dörd min) manat pul verdiyini bildirmişdir. Qeyd olunan qapı və pəncərələr 3 ay keçdikdən sonra alınan malların keyfiyyətsiz olduğu, qapı və pəncərələrdə qüsurlar aşkarlandığının görub. Bununla bağlı cavabdehə bildirən zaman qapı və pəncərərin quraşdırılması zamanı mövcud standartlara uyğun aparıldığı, lakin zərərin alınan məhsullarda qüsurlu olduğundan əmələ gəldiyini bildirilmişdir. Bundan sonra cavabdeh qeyd edilən məhsulları aldığı şirkəti məhkəməyə vərərək alınan malların pulunu tələb etmiş lakin cavabdehin iddiası təmin edilməmişdir. Cavabdeh tərəfindən quraşdırılmış qapı-pəncərələrdə qüsurlar aşkar olunduqdan sonra tərəfindən Altis Qrup of Kompani MMC-yə müraciət olunmuş, şirkətlə aralarında müqavilə bağlanmış, həm malmaterialın verilməsi, həm də podrat işinin (kəsim montaj, quraşdırma) şirkət tərəfindən icra edərək ona təhvil verilmişdir. Şirkət tərəfindən görülən işlərdən razılığını bildirir. Bu faktı Cavabdeh Balladin oğluna bildirdiyi zaman onun tərəfindən qüraşdırılmış qüsurlu qapı pəncərələrin pulu tələb etdiyi zaman etirazını bildirmiş, tərəfindən ona verilmiş 22000 (iyirmi iki min) manat məbləgində pulun ödənilməsindən boyun qaçırmışdır. Qeyd etdiyi faklar Bakı şəhəri, Binəqədi Rayon məhkəməsinin e-2(001)-561/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində öz əksini tapmışdır. Bu səbəbdən də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək əlavə olaraq bildirdi ki, iddia tələbində qeyd edilən qapı, pəncərələr iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və onun tərəfindən təhvil alınmışdır. Malların qaytarılması zamanı cavabdeh 22.000 manatı hissə-hissə iddiaçıya qaytaracağına söz vermişdir, lakin hazıradək həmin vəsaiti iddiaçıya ödəməmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının iclasında izahat verərək bildirdi ki, qapı, pəncərə sexi vardır və plastik qapı, pəncərə düzəldilməsi ilə məşğul olur. İddiaçı ilə aralarında yaxşı münasibət olmuşdur. Rövşən ondan xahiş etmişdir ki, yeni tikdiyi evi üçün plastik qapı, pəncərə düzəltsin. Bundan sonra o, Rövşənin evində ölçü işləri aparmış və ümumilikdə görüləcək işin dəyərini 22.000 manat məbləğində razılaşmışlar. Həmin məbləğin 8.000 manatını material dəyəri təşkil etmişdir. O, qapı, pəncərələri məhz Rövşənin bildirdiyi firmanın materialı əsasında hazırlamışdır. Qapı, pəncərələri tam hazırlayaraq, quraşdırıb Rövşənə təhvil vermişdir və bunun müqabilində Rövşəndən 22.000 manat pul almışdır. Təhvil-təslimdən 8 ay sonra qapı, pəncərələrdə qüsur əmələ gəlmişdir. Belə ki, plastik qapı, pəncərələrin üstü qabığ verməyə başlamışdır. Rövşən buna dair ona öz etirazını bildirmişdir. Bundan sonra firma tərəfindən Rövşənin evinə quraşdırılmış qapı, pəncərələr sökülmüşdür və onun tərəfindən geri təhvil alınmışdır. O, iddiaçının evinə quraşdırdığı qapı, pəncərələri tam şəkildə geri təhvil alaraq, öz sexinə apararaq oraya yığmışdır. Hazırda Rövşənə bunun üçün 22.000 manat borcu olduğunu etiraf edir. Lakin həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Bundan əlavə o, plastik materialları aldığı "xxxx" MMC-yə qarşı maddi ziyan tələbi ilə əlaqadar iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir və məhkəmənin qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. İddia tələbi üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin e-2(001)- 561/2023 saylı xx.xx.2023-cü il tarixdə qətnaməsindən görünur ki, Cavabdeh Balladin oğlun "xxxx" MMC-yə qarşı maddi ziyan tələbi ilə əlaqadar iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmə qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından görünür ki, tərəflərin arasında yaranmış münasibət borc müqaviləsi olmasa da, cavabdehin hüquqi əsası olmadan əsassız varlanması öz təsdiqini tapır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında 22.000 (iyirmi iki min) manat dəyərində işin (xidmətin) görülməsi üçün razılaşma əldə edilmiş və iş icra edilmişdir. Sonradan iş qüsurlu icra edildiyindən tərəflər arasında razılığa əsasən, mallar geri qaytarılmış və cavabdeh tərəfindən 22.000 manat pulun geri qaytarılması barədə razılıq əldə edilmişdir. Cavabdeh tərəfindən qeyd edilən pul vəsaiti iddiaçıya ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 156 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 22000 manat və 156 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 22000 (iyirmi iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 156 (bir yüz əlli altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar