Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3523/2023 20.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul məbləğinin ödənilməsinin gecikdirilmiş vaxtları üçün bank uçot dərəcəsi üzrə faiz” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.762 (on səkkiz min yeddi yüz altmış iki) ABŞ dollarının ödənilən gün Azərbaycan manatı məzənnəsi ilə pul və ödənilmiş 186 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(106)-389/2014 saylı qətnaməsinə əsasən borclu Cavabdeh 46442 ABŞ dolları alınıb İddiaçı ödənilməlidir. Buna baxmayaraq dəyəri 6000 manat qiymətləndirilmiş torpaq sahəsinin İddiaçı verilməsi istisna olmaqla (halbuki torpaq heç 6000 manat dəyərində deyildi), qalan məbləğlə bağlı öhdəlik bu günə kimi icra olunmamışdır. 6000 manat təxminən 3529 ABŞ dolları edir, bu məbləği 46442-dən çıxdıqda 42913 ABŞ dolları qalır. Belə olan halda pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün Cavabdeh gecikdirdiyi vaxt üçün illik beş faiz pul tutulmalı və faiz məbləği 42913 ABŞ dollarına hesablanmalıdır. Gecikdirilmiş vaxt üçün faizlər aşağıdakı qaydada hesablanır: 42913 ABŞ dollarının illik beş faizi 2145 ABŞ dolları edir. Məhkəmə qətnaməsi üzrə gecikdirilən müddət xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (8 il 9 ay) hesablanır: -xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilə kimi 8 il; -xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi 9 ay. -2145 ABŞ dolları 8 ilə 17160 ABŞ dolları edir (2145x8=17160). -2145 ABŞ dolları 9 aya 1602 ABŞ dolları edir (2145:12=178x9=1602). - 17160 ABŞ dolları ilə 1602 ABŞ dolları ilə toplandıqda 18762 ABŞ dolları edir (17160+1602=18762). Cəmi tələb olunan məbləğ 18762 ABŞ dolları təşkil edir. Beləliklə Cavabdeh borclu olduğu pulun ödənilməsində gecikdirdiyi vaxtlara görə bank uçot dərəcəsi üzrə hesablanmaqla 18762 ABŞ dolları pul tutulmalıdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı oğlu “Elektron məhkəmə” İnformasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz ərizəsi ilə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı nəğd pul amamışdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şırvan Apellyasiya Məhkəməsinin 16 aprel 2014-cü il tarixli 2(106)-389/2014 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 01 aprel 2013-cü il tarixli, 2(049)-404/2013 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək, Cavabdeh ümumilikdə 46.442 ABŞ dolları manata məzənnədə pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Şırvan Apellyasiya Məhkəməsinin 17 noyabr 2014-cü il tarixli 2(106)-389/2014 saylı icra vərəqəsində Cavabdeh ümumilikdə 46.442 ABŞ dolları manata məzənnədə pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qeyd edilmişdir. İş materiallarında olan məhkəmə sorğusu əsasında alınmış Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 389/23 saylı arayışından görünür ki, Şivan Apellyasiya Məhkəməsinin 2(106)-389/2014 nömrəli xx.xx.2014-cü il tarixli icra sənədi üzrə ödənilməmiş cari borc məbləği 42.912 ABŞ dollarının manata məzənnəsində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 445.7 maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarının nəticə hissəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki, məhkəmə qətnaməsi əsasında Cavabdeh ümumilikdə 46.442 ABŞ dolları manata məzənnədə pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmiş və bu barədə 17 noyabr 2014-c il tarixdə icra sənədi tərtib edilmişdir. Həmin icra sənədinə əsasən, boclu tərəfindən tələbkara 42.912 ABŞ dollarının manata məzənnəsində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat ödənilməmiş qalmışdır. Tələbkar hazırda gecikdirilmiş dövrə dair 8 il 9 aya dair illik beş faiz olmaqla borcludan vəsait tələb edir. Borclu qeyd edilən məbəğdə ödənişi tələbkara ödəməyi ən azı 8 il 9 ay gecikdirmişdir. Ödəniş tarixi icra sənədinin tərtib edildiyi tarixdən hesablanmalıdır. Məhkəmə aşağıdakı qaydada sadə riyazi hesablama edərək müəyyən edir ki, 42912 ABŞ dollarına illik beş faiz hesablanmaqla - 8 il 9 aya dair bu məbləğ ümumilikdə 18.774 ABŞ dolları təşkil edir: 42.912 (ödənilməmiş məbləğ) X 0,05 (faiz) X 8 (il) = 17.164,8 42.912 (ödənilməmiş məbləğ) X (0,05 (faiz) : 12 (ay) X 09 (ay)) = 1.609,2 17.164,8 + 1.609,2 = 18.774 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 186 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 18.762 (on səkikiz min yeddi yüz altmış iki) ABŞ dollarının ödənilən gün Azərbaycan manatı məzənnəsi ilə pul vəsaiti və iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 186 (yüz səksən altı) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Şivan Apellyasiya Məhkəməsinin 2(106)-389/2014 nömrəli xx.xx.2014-cü il tarixli icra sənədi üzrə ödənilməmiş, gecikdirilmiş borca dair (illik beş faiz məbləğində) Cavabdeh 18.762 (on səkikiz min yeddi yüz altmış iki) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 186 (yüz səksən altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-3523/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3523/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver