Məhkəmə qərarları › İş №e-2(049)-3589/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3589/2025

14.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3589/2025 14.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsindən zəruri keçidin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu Sutəmurdov kəndi ərazisində yerləşən və mülkiyyətində olan sahəsi 0,03 ha təşkil edən torpaq sahəsindən cavabdehə məxsus torpaq sahindən keçməklə Lənkəran Astara şossesinə doğru zəruri keçidin açılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə ilkin məhkəmə hazırlıq iclası 21 oktyabr 2025-ci il saat 10:10-a təyin edilmişdir. İddiaçı həmin məhkəmə hazırlıq iclasında iştirak etməmişdir və “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. İddiaçının vəsatətinə əsasən, iş üzrə məhkəmə hazırlıq iclası 14 noyabr 2025-ci il saat 11:50-yə təxirə salınmışdır. Həmin tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq məhkəmə bildirişləri iş üzrə qanunamüvafiq qaydada tərəflərə təqdim edilmişdir. Belə ki, hazırki mülki iş üzrə iddia ərizəsi İddiaçı tərəfindən məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmişdir. İş üzrə 14 noyabr 2025-ci il saat 11:50-yə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iş üzrə iddiaçı və cavabdeh qanunamüvafiq qaydada məlumatlandırılaraq, bu barədə müvafiq bildiriş iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. Lakin iş üzrə İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, o, məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər (elektron kabinet vasitəsi ilə də). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3 maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə işin bu hallarını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 259.0.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı 31 mart 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-in 260.1 və 260.7-ci maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsindən zəruri keçidin verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar