Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3612/2025 19.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı “miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum qızı X1 mülkiyyətində olan Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsi üzərində onun, yəni İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə aidiyyəti qaydalarına uyğun verilmədiyinə görə geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, cavabdehin qeydiyyat ünvanı ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025 il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün ümumilikdə 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Eyni zamanda, İddiaçı izah edilir ki, hazırki tələblə cavabdehin yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı Cavabdeh qarşı “miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-3612/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3612/2025
19.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver