Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3719/2022 05.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “işəgötürənə dəymiş ziyanın və cərimənin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “işəgötürənə dəymiş ziyanın və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması və dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-nin 114.1.5-ci maddəsinin tələbinə görə, ərizə baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “işəgötürənə dəymiş ziyanın və cərimənin ödənilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Hazırkı mülki iş üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-3719/2022
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3719/2022
05.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver