Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-42/2025 07.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X27 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi, “Faiq Nağıyev və partnyorları” vəkil bürosunun vəkili Vəkil3, cavabdehlər Cavabdeh1 nümayəndəsi, Lənkəran vəkil bürosunun vəkili Vəkil2, Cavabdeh3 nümayəndəsi, Lənkəran vəkil bürosunun vəkili Vəkil1, «Cənub Mənzil Tikinti” kooperativinin nümayəndəsi Nümayəndə2, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X16 və X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və «Cənub Mənzil Tikinti” kooperativinə qarşı alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələrə əsasən ƏMDX tərəfindən verilmiş “Çıxarış”ların ləğvi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə iddia verərək :
1. Cavabdeh2 tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilən yaşayış kompleksinin 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4cü mərtəbəsində yerləşən və 110 m2 sahədən ibarət 19 saylı mənzilin alqı-satqısı barədə X22 ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə və həmin müqaviləyə əsasən ƏMDX tərəfindən verilmiş çıxarışın ləğv olunmasına dair;
2. Cavabdeh2 tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilən yaşayış kompleksinin 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən və 110 m2 sahədən ibarət 24 saylı mənzilin alqı-satqısı barədə Cavabdeh4 il Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə və həmin müqaviləyə əsasən ƏMDX tərəfindən verilmiş çıxarışın ləğv olunmasına dair;
3. Cavabdeh2 tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilən yaşayış kompleksinin 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6cı mərtəbəsində yerləşən və 110 m2 sahədən ibarət 29 saylı mənzilin alqı-satqısı barədə Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən ƏMDX tərəfindən verilmiş Çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, tərəfindən Cavabdeh2nə qarşı qaldırılmış “mənzillərin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi barədə” iddia tələbi Lənkəran Rayon Məhkəməsinin 2(049)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunmuş, "Cənub Mənzil Tikinti” Kooperativi tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı, 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı, 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m sahədən ibarət 19 saylı mənzillərin təhvil-təslim aktı ilə ona təhvil verilməsi və "Cənub Mənzil Tikinti» Kooperativi tərəfindən mənzillərə daxil olmağa yaradılan qanunsuz maneələrin "Cənub Mənzil Tikinti” Kooperativinə qadağan edilməsi qərara alınmışdır. Qətnamədən verilmiş apelyasiya şikayətinə baxılması Şirvan Apelyasiya Məhkəməsi tərəfindən mümkünsüz hesab edilmiş, eləcə də kassasiya şikayəti də, təmin edilməmişdir. Qətnamənin icra olunması üçün Lənkəran Rayon Məhkəməsində icra vərəqəsi imzalanaraq Lənkəran rayon İcra və probasiya şöbəsinə xx.xx.2024 tarixində göndərilmişdir. Cavabdeh2 Lənkəran rayon İcra və probasiya şöbəsinə elektron kabinet vasitəsi ilə izahat və arayış təqdim edərək həmin mənzillərin ikinci dəfə başqa şəxslərə satıldığını əsas gətirib, qətnamənin icrasının mümkünsüz olduğunu bildirmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh2nə verilmiş arayışdan aydın olur ki, qətnamə ilə təhvil-təslimi nəzərdə tutulan 19 saylı mənzil X17, 24 saylı mənzil Cavabdeh4, 29 saylı mənzil Cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Vəkil3 məhkəməyə sübutlarını təqdim edib verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçı mənzilləri fiziki şəxslər olan cavabdehlərdən öncə almışdır. Alıcını heç vaxt maraqlandırmır ki, MTK-nin müdiri və rəhbəri kimdir. O, pulunu verib, mənzili alır. MTK-də alqı-satqını qeydiyyata alan kitablar olmur, onlar mənzilləri necə gəldi satırlar. Cavabdeh2 keçmiş sədri bütün məhkəmə iclaslarında iştirak etdiyindən o, şahid kimi dəvət olunaraq məhkəmədə dindirilə bilməz. İddiaçı alqı-satqı müqaviləsini bağladıqdan sonra ilk olaraq DƏDRX-nə müraciə edərək həmin mənzilləri mülkiyyət hüququ əsasında adına rəsmiləşdirmək istəmişdir. Lakin, həmin mənzillər fiziki şəxslər olan cavabdehlərin adlarına rəsmiləşdirildiyindən onların iddiaçının adına rəsmiləşdirlməsindən imtina olunmuş, daha sonra iddiaçı aldığı mənzillərə daxil olmağa yaradılan maneələrin aradan götürməlisi barədə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və onun iddiası təmin edilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilələrinin əsilləri Lənkəran rayon prokurorluğundadır. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında isə o, Cavabdeh2 keçmiş sədri X16 və təsisçilərindən olan X5 3-cü şəxs qismində işə cəlb olunmasına qarşı çıxaraq bildirmişdir ki, onda onlar kooperativin bütün üzvlərini məhkəməyə dəvət edib onların imzalarını yoxlamalıdırlar ? X16 və X5 hazırki mübahisəyə heç bir aidiyyatları yoxdur. Mübahisəyə cavab verməli şəxs - Cavabdeh2dir. Həmin şəxslərin əməlləri ilə bağlı rayon prokurorluğunda ciayət işi vardır. Mənzilləri almış şəxslərdən hazırki mübahisəni kim uduzarsa, o və ya onlar, cinayət işi üzrə zərərçəkmiş şəxs və ya şəxslər hesab olunacaqlar. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilələrinin əsilləri Lənkəran rayon prokurorluğundadır. Həmin müqavilələrdəki imzalarla bağlı vəsatət olarsa, onda X16 və X18 işə 3-cü şəxs kimi cəlb oluna bilərlər. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında o, cinayət işinin rədd olunması barədə qərarı məhkəməyə təqdim edərək iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilələrindəki imzaların Muxtar Quliyev tərəfindən icra edilmədiyini sonuncudan eşitdikdən sonra bildirmişdir ki, həmin müqavilələrdəki imzaların Muxtar Quliyev tərəfindən icra edilibedilməməsini müəyyən etmək üçün xətt ekspertizasının keçirilməsinə ehtiyac yoxdur. Çünki, Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-119/2023 saylı mülki işdə Mehdi Muradov həmin imzanın onun tərəfindən icra edildiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə çıxışında isə bildirmişdir ki, iddiaçı pulunu hazırda «Cənub Mənzil Tikinti” kooperativinin nümayəndəsi olan Nümayəndə2 verib, «Cənub Mənzil Tikinti” kooperativi ilə alqı-satqı müqavilələrini imzalayıb 03 mənzil almışdır. Əgər həmin vaxt həmin 03 mənzil başqa şəxslərə satılmış olsaydı, o vaxt kooperativin sədri olmuş 3-cü şəxs X1 Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-119/2023 saylı mülki iş üzrə ilk iddiaya qarşı qarşılıqlı iddia verdiyi zaman bunu bildirərdi. Şübhə edir ki, Cavabdeh2 ilə bağlı 2(049)-119/2023 saylı digər bir mülki iş Lənkəran Rayon Məhkəməsinin icraatında olduğu zaman, iddiaçıya satılmış həmin 03 mənzil hazırki iş üzrə fiziki şəxslər olan cavabdehlərə satılmışdır. Ali Məhkəmənin tövsiyyələrinə əsasən məhkəmələr bağlanmış müqavilələrin etibarlılıq məsələlərini araşdırmalıdırlar. Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-119/2023 saylı mülki iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alqısatqı müqavilələrinin etibarlılığına qiymət verilərək etibarlı hesab edilmişlər. Həmin qətnamə icraya yönəldikdən sonra bilmişlər ki, iddiaçının aldığı mənzillər başqa şəxslərə də satılmışdır. Buna görə də həmin şəxslərələ Cavabdeh2 arasında bağlanmış müqavilələri mübahisələndirirlər. İddiaçı ilə mənzillərin alqı-satqısını Mehdi Muradov həyata keçirmiş və iddiaçının kooperativin üzvlüyünə qəbuluna dair iclas protokolunu Mehdi imzalamışdır. Məhkəmə iclasında o vaxt kooperatyivin sədri olmuş Muxtar Quliyev özü bildirmişdir ki, o Mehdi Muradovun dedikləri ilə hərəkət etmiş, formal olaraq kooperativin sədri olmuşdur. Cavabdeh2 mənzillərə dair digər 03 müqaviləni ləğv etmədən, həmin mənzillərə dair iddiaçı ilə də alqı-satqı müqavilələri bağlamışlar. Hətta bir sıra iclas protokollarının nömrələri üst-üstə düşürlər. İddiaçının iclas protokolunun nömrəsi fiziki şəxslər olan cavabdehlərin protokollarına yazılmışdır. Buna görə də onlarla bağlanmış alqı-satqı müqavilələri etibarsızdır. Hesab edir ki, iddiaçının aldığı mənzillər alqı-satqı müqavilələrinə əsasən fiziki şəxslər olan cavabdehlərə də satıldığından, iddiaçının onlara qarşı iddia qaldırmağa subyektiv hüququ olmuşdur. Avropa Məhkəməsinin 1 saylı protokolunun 1-ci maddəsinə əsasən iddiaçının aldığı mənzillərə gözlənilən mülkiyyət hüququ olmuşdur. Bundan əlavə Muxtar Quliyev, Mehdi Muradov prokurorluqda izahatlar vermiş, onların izahatları məhkəmə üçün preyudesial xarakter daşıyır. Hesab edir ki, hazırki mübahisə üzrə cinayət xarakterli əməllər aşkar oilunduğundan xüsusi qərardad çıxarılmalı və həmin qərardad araşdırılması üçün rayon prokurorluğuna göndərilməlidir. Cavabdeh1 və onun nümayəndəsi Vəkil2, Cavabdeh3 və onun nümayəndəsi Vəkil1 və Cavabdeh4 ayrı- ayrılıqda iddiaya qarşı etirazlar verərək etirazlarını əsasən onunla əsaslandırmışlar ki, iddiaçının iddia ərizəsi MPM-nin 149 və 150-ci maddələrinin tələblərinə cavab vermir, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməli, iddiaçının hazırki tələblə bağlı iddia irəli sürülməyə subyektiv hüququ olmamışdır. Bu zaman onlar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli, “M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli”, “İ.Şabanovanın şikayəti üzrə” 27 avqust 2012-ci il tarixli, «Məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı» 20 may 2011-ci il tarixli, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli, “S.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004-cü il tarixli, “K.Qəribovanın şikayəti üzrə” 8 may 2008-ci il tarixli Qərarlarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.3,157.5 - 157.7, 182.1, 337 və s. maddələrinə əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında Cavabdeh1 nümayəndəsi Vəkil2 verilən suallara cavab olaraq göstərmişdir ki, Cavabdeh1 ilə «Cənub Mənzil Tikinti” kooperativi arasında mənzilin alqı-satqı müqaviləsinin iddiaçı ilə «Cənub Mənzil Tikinti” kooperativi arasında bağlanmış həmin mənzilin alqı-satqı müqaviləsinin əvvəl və ya sonra bağlandığını bilmir. Bunun üçün cavabdeh «Cənub Mənzil Tikinti” kooperativi, mənzillərin alqı-satqısını qeydiyyata alan kitabı məhkəməyə təqdim etməlidir. Eləcə də iddiaçı özü sübut təqdim etməlidir ki, onun kooperativlə bağladığı müqavilə Cavabdeh1 ilə bağlanmış müqavilədən əvvəl bağlanmışdır. «Cənub Mənzil Tikinti” kooperativinin rəhbəri iddiaçının qayınatasıdır. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında isə o, verilən suallara cavab olaraq göstərmişdir ki, iddiaçı MTK-nın rəhbərinin kürəkənidir. İddiaçı və MTK-nın rəhbəri məhkəməyə cəlb olunmalıdırlar. Hər şey onlara “dalanır.” xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil2 bir daha iddianı qəbul etməyib iddianın təmin edilməməsini xahiş etmişdir. O, məhkəmə çıxışında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi Cavabdeh1 mübahisələndirlən mənzili Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-119/2023 saylı mülki işdən əvvəl, 2021-ci ildə alaraq həmin mənzili mülkiyyət hüququ əsasında DƏDRXdə öz adına rəsmiləşdirmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-119/2023 saylı qətnaməsi isə 2023-cü ildə qəbul edilmiş, ondan gec xəbər tutmuş və hazırda ondan apelyasiya şikayəti verdiklərindən qanuni qüvvəsini almamışdır. «Cənub Mənzil Tikinti” kooperativinin təsisçiləri biri digəri ilə qohumdurlar. X13 kooperativin sədrinin əvəzinə iddiaçı ilə alqı-satqı müqaviləsini imzalaq səlahiyyəti olmamışdır. Sənədlərin tamlığı pezumpsiyasına əsasən Cavabdeh1 alqı-satqı müqaviləsini bağladıqdan sonra, aldığı mənzili DƏDRX-də mülkiyyət hüququ əsasında öz adına rəsmiləşdirmişdir. Həmin mənzili aldıqdan sonra o, həmin mənzilin təmirinə xeyli miqdarda vəsait sərf etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında Cavabdeh3 nümayəndəsi Vəkil1 verilən suallara cavab olaraq göstərmişdir ki, Cavabdeh3 tərəfindən mənzilin alqısını təsdiqləyən ödəniş qəbzləri, maliyyə arayışları vardır. Alqı-satqının qeydiyyat kitabında kimin əvvəl kimin sonra alqı-satqının aparmasına dair qeydiyyat göstərilməlidir. Cavabdeh3 aldığı mənzilə artıq “Çıxarış” da almışdır. İddiaçı haqlı olmasına dair məhkəməyə subut təqdim etməlidir. Müqavilələr bağlandığı zaman MTK-nın sədri Muxtar Quliyev olmuşdur. Məhkəmə tərəfindən tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin əsilləri tələb və həmin sənədlər əldə olunandan sonra ekspertiza təyin, eləcə də MTK-dan alqı-satqıların qeydiyyatı kitabları tələb olunmalıdır. xx.xx.2025-ci il il tarixdə məhkəmə hazırlıq iclasında isə o, verilən suallara cavab olaraq göstərmişdir ki, bundan əvvəlki məhkəmə iclasında tələb olunan sənədlərin əsilləri məhkəməyə təqdim olunmamışdır. Gələcəkdə xətşünaslıq ekspertizası təyin oluna bilər. Həmin sənədlərdəki imzaların onlar tərəfindən icra edilib-edilmədiyini müəyyən etmək məqsədilə MTK-nin keçmiş rəhbərləri mülki işə 3-cü şəxs kimi cəlb olunmalıdırlar. Müqavilənin əsli 3-cü şəxs kimi cəlb olunanların əllərində olan müqavilələr ilə üzləşdirilməlidir. Möhürlərin də müqavilələrdə eyni olmaları yoxlanılmalıdır. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Vəkil1 bir daha iddianı qəbul etməyib iddianın təmin edilməməsini xahiş etmişdir. O, məhkəmə çıxışında bildirmişdir ki, iddiaçı, fiziki şəxslər olan cavabdehlərlə «Cənub Mənzil Tikinti” kooperativi arasında bağlanılmış müqavilələrinin etibarsızlığını tələb etsə də, Mülki Məcəllənin hansı maddələrinə əsasən etibarsız hesab edilməsini göstərməmişdir. İddiaçının nümayəndəsinin istinad etydiyi və Lənkəran Rayon Məhkəməsinin 2(049)-119/2023 saylı mülki iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini almamış, Apelyasiya Məhkəməsi verdikləri apelyasiya şikayətinə baxılmasını hazırki iş üzrə qəbul ediləcək qərarın qanuni qüvvəsini alanadək dayandırmışdır. Sual olunur, əgər iddiaçı mənzillərin alqı-satqısı üçün 165000 manat pul ödəmişdirsə, onu bilavasitə özü deyil, hazırki məhkəmə iclasında «Cənub Mənzil Tikinti” kooperativinin nümayəndəsi olan Nümayəndə2 vasitəsilə niyə ödəmişdir ? Hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. xx.xx.2025-ci il məhkəmə hazırlıq iclasında Cavabdeh «Cənub Mənzil Tikinti” kooperativinin nümayəndəsi Nümayəndə2 verilən suallara cavab olaraq bildirmişdir ki, kopperativ tərəfindən eyni mənzillər iki və daha artıq şəxslərə satılmışdır. Eyni mənzilə dair alqı-satqı müqavilələrindən biri həqiqət olar. Digər alqı-satqı müqaviləsi bağlamış şəxsə isə kooperativ tərəfindən 165 000 manat pul qaytarılacaq. Onlar məhkəmənin çıxaracaq qərarı qəbul edəcəklər. Bu işə özünün “qarışacağı olmayıb”. İddiaçının pullarını mənimsənilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-119/2023 saylı mülki iş üzrə çıxarılmış qətnamə qüvvədədir, ləğv olunmamışdır. O, məhkəmə çıxışında isə bildirmişdir ki, «Cənub Mənzil Tikinti” kooperativi həm iddiaçı, həm də fiziki şəxslər olan cavabdehlərlə eyni mənzillərə dair alqı-satqı müqavilələri bağlamışdır. İddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh4 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh4 yuxarıda qeyd edildiyi kimi iddiaya qarşı məhkəməyə etiraz ünvanlamış və həmin etirazında o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında 3-cü şəxs X16 məhkəməyə yazılı surətdə ifadə və ona əlavə edilmiş sənədləri təqdim edərək yazılı ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə 18 yanvar 2021 ci il tarixdə Cənub MTK-ya aid olan Şəhidlər xiyabanı 46/20 A ünvanında yerləşən 8 mərtəbəli 2 bloklu 70 mənzilli binanin 19, 24 və 29 nömrəli 3 ədəd mənzilləri alqısatqı müqavilələrini baqlayaraq İddiaçı satmamış, İddiaçı ilə Cənub MTK arasında hec bir müqavilə bağlamamış, İddiaçı Cənub MTK-ya qarşı verdiyi iddia əsassızdır. İddiaçı əlində olan müqavilələrdəki, maliyyə arayışlarındakı möhürlər saxtadır. Həmən möhürlər Cənub MTK-ya aid olan möhürlər deyil. O cümlədən sözü gedən müqavilələrdə onun imzaları yoxdur. Cənub MTK-nın icraçı drektoru kimi müqavilələri o, imzalamamışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 ilə bağlanmış müqavilələrdəki möhür Cənub MTK-ya, imzalar isə özünə aiddir. Onlar vicdanlı alıcılardırlar. İddiaçı Cənub MTK-nin hal-hazırda sədridir və MTKnın 25% payçısı Nizami Abdullayevin qızının, o cümlədən də MTK-nın sədr müavini Nümayəndə2 baldızı qızının əridir. İddiaçı MTK-dan mənzil satın alınmasından xəbəri olmamış və bu işlə əlaqədar Lənkəran prokurorluğunda fakt üzrə cinayyət işi başlanılıb prokurorluqda İddiaçı ifadə verərkən onu tanımadığını, onunla müqavilə bağlamadığını, Bakı şəhərində təsisçi Mehdi Muradova pul verdiyini göstərmişdir. Onun dediklərini İddiaçı vəkili Vəkil3 da təsdiq edə bilər. Belə ki, İddiaçı Vəkil3 iştirakı ilə ifadəsini vermişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə MTK-nin ofisinə gəlmədən iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək güya Cənub MTK-dan satın aldığı mənzillərə buraxılmadığını göstərmişdir. Həmin iddia ərizəsi ilə tanış olduqdan sonra o, Nizami Abdullayev və Nümayəndə2la telefon əlaqəsi yaradıb onlara demişdir ki, onların razılığı ilə həmən 19, 24 və 29 nömrəli mənzillər başqa şəxslərə satılmış, indi isə kürəkənləri İddiaçı həmin mənzillərin ona aid olduğunu bildirərək məhkəməyə müraciyyət etmişdir. Belə çıxır ki, o, sözügedən mənzilləri iki adama satmışdır, büna görə də onu dələduzluq ilə həbs edəcəklər ? Mübariz və Nizami cavabında ona bildirmişlər ki, onların onunla heç bir işləri yoxdur. X30 cəzalandırmaq istəyirlər. O isə onlara bildirmişdir ki, o, MTK-nın sədridir, Mehdi Muradovun hec kimə mənzilləri satmaq səlahiyyəti yoxdur. Görəndə ki, təhsisçilər arasında pul mübahisəsi düşüb, bir-birləri ilə yola getmirlər, İddiaçı Lənkəran Rayon Məhkəməsinə Cənub MTK-ya qarşı xx.xx.2022-ci il tarixli iddia ərizəsinə Cənub MTK-nin adından xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək X9, Nümayəndə2, X2, X10, X20 da cavabdeh qismində göstərərək məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsinin sürətini öz ifadəsinə əlavə etmişdir. Məlumat üçün bildirir ki, Abdullayev Nizami ilə Nümayəndə2 saxta imza və saxta möhür ilə Cənub MTK-nin balansında olan 1800 kv qeyri-yaşayış sahəsini baldızları X6 adına, bir mənzili isə X19 adına keçirmişlər. Cənub MTK-nin təsisçiləri Ziyafət Abdullayevanın əri Abdullayev Nizami, Məlahət Valaqayevanın bacısının əri Nümayəndə2 liderlik edərək bütün təsisçiləri öyrədib onu məhkəməyə verib məhkəmədə Əmək Məcəlləsinin 70 maddəsinin "xxxx" bəndi ilə işdən azad etdirmişlər. Çünki o, Cənub MTK- nin adından İddiaçı ilk iddiasina qarşı qarşılıqlı iddia vermişdir. İfadəsinə Cənub MTK -dan qanunsuz işdən azad edilməsi barədə iddia ərizəzəsinin surətini əlavə edir. Həmin məhkəmə hazırlıq iclasında verilən sualları cavab olaraq isə göstərmişdir ki, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 aid olan maliyyə arayışlarındakı imzalar onundur. Lənkəran rayon prokurorluğundan mənkəməyə daxil olmuş və İddiaçı aid olan alqı-satqıl müqavilələri və digər sənələrdəki imza onun deyil. Bundan əlavə onun imzaladığı alqı-satqı müqavilələrindəki möhürlərlə İddiaçı alqı-satqı müqavilələrindəki möhürlər fərqilidirlər. Nizami müəllimə demişdir ki, iddiaçıya satmaq istədikləri mənzillər artıq satılmışdır. Bu barədə başqa məhkəmədə iş olduğu zaman ondan soruşmadıqlarına görə o da orada heç nə deməmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-119/2023 saylı mülki iş üzrə məhkəmə iclası, mənzillər fiziki şəxslər olan cavabdehlərə satıldıqdan sonra, 2023-cü ildə keçirilmişdir. O, cavabdehlərə onlara satılan mənzillərə Lənkəran Rayon Məhkəməsinin 2(049)-119/2023 saylı qətnaməsi ilə məhdudiyyət qoyulduğunu bildirməmişdir. İddiaçının ödədiyi 165000 manat üç mənzilin dəyəri olmuşdur. 07 sentyabr tarixdə prokurorluqda olmuş və oradakı izahatı ilə hazırki izahatı fərqlənmir. O, formal direktor olmuşdur. O, əsasən alıcılara yalnız mənzilləri göstərmişdir. Müqavilələrə möhürləri təsisçilər Mubariz, Mehdi, Nizami vurmuşlar. Onun kassaya girişi olmamışdır. O yalnız üç mənzili qanuni olaraq fiziki şəxslər olan cavabdehlərə satmış, digər mənzillərin satışından xəbəri olmamışdır. Hazırda satılmış binanı heç kim idarə etmir. Binadakı mənzillər camaatındır. Orada onun da mənzili vardır. Belə ki, aylıq 500 manata işləyirdi. Onlar onun haqqını yedikləri üçün ona həmin mənzili vermişlər. O, 2015-ci ildən 2021-ci ilin dekabr ayınadək kooperativin sədri olmuşdur. İşlədiyi dövrdə təsisçilərin göstərişi ilə mənziləri satmışdır. Cavabdehlər Aynurə, Nərgiz və İradəni tanıyır. Ona təsisçilərdən elə bir təklif gəlməmişdir ki, mübahisəli mənzilləri satmasın. MTK-da həmin vaxt satılmış mənzillərdən başqa iki boş mənzil də olmuşdur. Məhkəmə çıxışında isə o bildirmişdir ki, fiziki şəxslər olan cavabdehləri görmüş və onlarla mənzillərə dair alqı-satqı müqavilələri bağlamışdır. Lakin İddiaçı heç vaxt görməmişdir. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə hazırlıq iclasında 3-cü şəxs X18 verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçı, təsisçilərdən biri olan Nizaminin kürəkənidir. Kooperativ fəaliyyətə başlayandan möhür əvvəl Nizamidə, daha sonra Muxtar Quliyevdə olmuşdur. Kooperaivin üç mənzilini Muxtar Quliyev satmışdır. Muxtar Quyliyev İddiaçı ümumiyyətlə görməmişdir. İddiaçı və cavabdehlərin kooperativə üzv qəbul edilməsi barədə iclas protokollarını özü imzalamışdır. İclas protokollarının nömrələri ardıcılıqla aparılır. Emillə bağlanmış alqı-satqı müqavilələrini o, imzalamamışdır. Həmin müqavilələrdəki möhürlərdən xəbəri yoxdur. Əvvələr elə izahat vermiş, hazırda isə belə izahat verir. Həmin ərəfədə o, “Naxçıvan” otelində olduğu zaman Mübariz ona demişdir ki, həmin üç mənzili ona versin, o da əvəzində ona 165 000 manat pul verəcəkdir. İddiaçı kooperativə üzv qəbul edilməsi barədə 18 yanvar 2021-ci il tarixli iclas protokolkunu nə vaxt imzaladığını xatırlamır. Saxtakarlıq etmişlər. İddiaçı kooperativə üzv qəbul edilməsi barədə ümumiyyətlə iclas keçirilməyib. Yalnız fiziki şəxslər olan cavabdehlərə qanuni əsaslarla, iclas keçirilməklə mənzillər satılmışdır. Sənədləri Mübariz, Mehdi və Nizami imzalamışlar. Emilə satılan mənzilə görə 165 000 manat pulu Nümayəndə2 almışdır. Lakin özü Emili tanımır, onu görməmişdir. Prokurorluqda Kənan adlı müstəntiq kompüterdə onun izahatını yazmış, ona bildirmişdir ki, barışırsınız. Buna görə də orada verdiyi izahatını imzalamışdır. Özü Mübariz və Nizamidən xahiş etmişdir ki, üç mənzilin alqı-satqılarına dair müqavilələri ona göndərsinlər, lakin göndərmədikləri üşün o, təkrar olaraq həmin mənzilləri satışa çıxartmış və 6 ay ərzində onları satmışdır. Onun alqı-satqı müqaviləsi bağlamağa səlahiyyəti olmamışdır. Rəsmi sənədi, müqaviləni Mübariz imzalamışdır. Məhkəmə çıxışında isə o, bildirmişdir ki, «Cənub Mənzil Tikinti” kooperativinin təsisçisidir. Fiziki şəxslər olan cavabdehlər vicdanlı alıcılardırlar. İddiaçı isə vicdanlı alıcı deyil. İddiaçı ilə «Cənub Mənzil Tikinti” kooperativi arasında bağlanmış alqı-satqı müqavilələrini hazırda Cavabdeh2 nümayəndəsi olan Nümayəndə2 möhürləmişdir.
TƏTQİQ OLUNMUŞ SÜBUTLAR :
Lənkəran Rayon Məhkəməsinin 2(049)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, iddia təmin edilmiş, "Cənub Mənzil Tikinti» Kooperativi tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı, 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı, 1 A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m sahədən ibarət 19 saylı mənzillərin təhvil-təslim aktı ilə hazırki iş üzrə İddiaçı təhvil verilməsi və "Cənub Mənzil Tikinti» Kooperativi tərəfindən mənzillərə daxil olmağa yaradılan qanunsuz maneələrin "Cənub Mənzil Tikinti» Kooperativinə qadağan edilməsi qət edilmişdir. İcra Vərəqəsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-119/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş və icraya yönəldilmişdir. "Cənub Mənzil Tikinti» Kooperativinin sədri Seyidağa Mirzəyev tərəfindən Lənkəran Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Kooperativin əvvəlki sədri Muxtar Quliyev tərəfindən həmin mənzillər İddiaçı başqa digər şəxslərə də satılmış və həmin şəxslər mənzillərə Çıxarışlar əldə etmişlər. EMMS-dən edilmiş çıxarışlardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 119/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minməmiş və 2(106)- 388/2025 nömrə ilə Şirvan Apelyasiya Məhkəməsinin hakim Tale Kərimovun icraatında olmaqla dayandırılmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Lənkəran rayon prokurorluğunun 07 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsi İddiaçı Cavabdeh2nə qarşı “mənzilin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” haqqında ilkin iddia tələbinə və Cavabdeh2 “alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi və dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” haqqında qarşılıqlı iddia tələbinə dair iddiaya baxarkən MTK-nin sabiq icraçı direktoru X16 məhkəmə baxışı zamanı MTK ilə İddiaçı arasında bağlanmış müqavilələrdəki imzaların, habelə keçirilmiş iclas protokollarının saxta olmasını bildirdiyindən Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərardadı ilə cinayətin əlamətlərinin araşdırılıb hüquqi qiymət verilməsi üçün qərardad aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmişdir. Lənkəran rayon prokurorluğunun qərarı ilə toplanmış material üzrə X16, Nümayəndə2, X7, X5 əməlində cinayət tərkibi olmadığından cinayət işinin Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən başlanması rədd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfində Cavabdeh2nə ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən binanın 19 saylı mənzil X17, 24 saylı mənzil Cavabdeh4 qıznın, 29 saylı mənzil Cavabdeh3 və 52 saylı mənzil X14 adına dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan vətəndaşların adına 46/20A nömrəli binada digər mənzillərin qeydiyyatı aparılmamışdır. Qanuni qüvvəsini almış Lənkəran Rayon Məhkəməsi e-2(049)-991/2023 nömrli 16 iyun 2023cü il tarixli qətnaməsinin surətindən görünür ki, X16 xx.xx.2016-cı il tarixdən «Cənub Mənzil Tikinti Kooperativi»nin direktoru vəzifəsinə qəbul edilmiş və "xxxx" MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı əsasında vəzifəsindən azad olunmuş və X3 Cavabdeh2 sədri və qanuni təmsilçisi seçilmişdir. Həmin qətnamə ilə Cavabdeh2nə məxsus möhürlər, seyf açarları, kooperativin hüquqi sənədləri, maliyyə sənədləri, kadrların uçotu üzrə sənədlər və kooperativin fəaliyyətini əks etdirən digər sənədlər X4 alınaraq umumi yığıncağın sədrinə və ya kooperativin icra orqanına təhvil verilməsi qət edilmişdir. "Cənub Mənzil Tikinti» Kooperativinin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 62 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmuş və ona Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış 8 mərtəbəli 70 mənzilli yaşayış binasının 1-ci girişi 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110 m2 olan 3 otaqlı 19 saylı mənzilin ayrılması qərara alınmışdır. Lənkəran rayon prokurorluğundan tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS-27/21 nömrəli mənzil alqı-satqısı barədə müqaviləsindən görünür ki, satıcı özünə məxsus Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanındakı torpaq sahəsində bilavasitə özü tərəfindən inşa edilməkdə olan yaşayış kompleksində yerləşən 1A saylı 8 mərtəbəli 2 bloklu binasının 1-ci blokunun 4-cü mərtəbəsində 19-cu mənzilində yerləşəcək 110 m2 olan 3 otaqlı mənzili alıcıya satır, alıcı isə həmin mənzilin tam dəyərini müqavilə ilə razılaşdırılmış müddətdə ödəyir. "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev tərəfindən imzalanmış maliyyə arayışının surətindən görünür ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən kooperativ bina, 8 mərtəbəli 70 mənzilli yaşayış binası "Cənub Mənzil Tikinti» Kooperativinə məxsus olmuş və həmin binanın 1-ci girişi 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110 m2 olan 3 otaqlı 19 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun "Cənub Mənzil Tikinti» Kooperativinə borcu qalmamışdır. "Cənub Mənzil Tikinti» Kooperativinin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 60 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmuş və ona Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış 8 mərtəbəli 70 mənzilli yaşayış binasının 1-ci girişi 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 110 m2 olan 3 otaqlı 24 saylı mənzilin ayrılması qərara alınmışdır. Lənkəran rayon prokurorluğundan tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS-21/21 nömrəli mənzil alqı-satqısı barədə müqaviləsindən görünür ki, satıcı özünə məxsus Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanındakı torpaq sahəsində bilavasitə özü tərəfindən inşa edilməkdə olan yaşayış kompleksində yerləşən 1A saylı 8 mərtəbəli 2 bloklu binasının 1-ci blokunun 5-ci mərtəbəsində 24-cü mənzilində yerləşəcək 110 m2 olan 3 otaqlı mənzili alıcıya satır, alıcı isə həmin mənzilin tam dəyərini müqavilə ilə razılaşdırılmış müddətdə ödəyir. "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev tərəfindən imzalanmış maliyyə arayışının surətindən görünür ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən kooperativ bina, 8 mərtəbəli 70 mənzilli yaşayış binası "Cənub Mənzil Tikinti» Kooperativinə məxsus olmuş və həmin binanın 1-ci girişi 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 110 m2 olan 3 otaqlı 24 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun "Cənub Mənzil Tikinti» Kooperativinə borcu qalmamışdır. "Cənub Mənzil Tikinti» Kooperativinin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 61 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı kooperativə üzv qəbul olunmuş və ona Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış 8 mərtəbəli 70 mənzilli yaşayış binasının 1-ci girişi 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 110 m2 olan 3 otaqlı 29 saylı mənzilin ayrılması qərara alınmışdır. Lənkəran rayon prokurorluğundan tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS-25/21 nömrəli mənzil alqı-satqısı barədə müqaviləsindən görünür ki, satıcı özünə məxsus Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanındakı torpaq sahəsində bilavasitə özü tərəfindən inşa edilməkdə olan yaşayış kompleksində yerləşən 1A saylı 8 mərtəbəli 2 bloklu binasının 1-ci blokunun 6-cı mərtəbəsində 29-cu mənzilində yerləşəcək 110 m2 olan 3 otaqlı mənzili alıcıya satır, alıcı isəı həmin mənzilin tam dəyərini müqavilə ilə razılaşdırılmış müddətdə ödəyir. "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev tərəfindən imzalanmış maliyyə arayışının surətindən görünür ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən kooperativ bina, 8 mərtəbəli 70 mənzilli yaşayış binası "Cənub Mənzil Tikinti» Kooperativinə məxsus olan və həmin binanın 1-ci girişi 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 110 m2 olan 3 otaqlı 29 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun "Cənub Mənzil Tikinti» Kooperativinə borcu qalmamışdır. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev ilə X22 arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS-26/21 nömrəli mənzil alqısatqısı barədə müqaviləsindən görünür ki, satıcı özünə məxsus Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanındakı torpaq sahəsində bilavasitə özü tərəfindən inşa edilməkdə olan yaşayış kompleksində yerləşən 1A saylı 8 mərtəbəli 2 bloklu binasının 1-ciblokunun 4-cü mərtəbəsində 19-cu mənzilində yerləşəcək 110 m2 olan 3 otaqlı mənzili alıcıya satır, alıcı isəı həmin mənzilin tam dəyərini müqavilə ilə razılaşdırılmış müddətdə ödəyir. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev tərəfindən imzalanmış “Pul vəsaitlərinin qəbul olunması haqqında” xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, X22 xx.xx.2021-ci il tarixli AS-26/21 nömrəli mənzil alqısatqısı barədə müqaviləsi üzrə 55000 manat nağd ödəniş etmişdir. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev tərəfindən imzalanmış maliyyə arayışından görünür ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən kooperativ bina, 8 mərtəbəli 70 mənzilli yaşayış binası "Cənub Mənzil Tikinti» Kooperativinə məxsus olmuş və həmin binanın 1-ci girişi 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 110 m2 olan 3 otaqlı 19 saylı mənzilin pay dəyəri X22 tərəfindən tam ödənilmiş və onun "Cənub Mənzil Tikinti» Kooperativinə borcu qalmamışdır. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ********** qeydiyyat nömrəsi, **********36- 05301-093058 reyestr nömrəsi və qeydiyyat tarixi xx.xx.2021-ci il olan, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən binanın 19 saylı mənzili tam mülkiyyət hüququ əsasında X17 adına dövlət qeydiyyatına alınmışdır. "Cənub Mənzil Tikinti» Kooperativinin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli 60 nömrəli protokolunun surətindən görünür ki, Cavabdeh4 kooperativə üzv qəbul olunmuş və ona Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış 8 mərtəbəli 70 mənzilli yaşayış binasının 1-ci girişi 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 110 m2 olan 3 otaqlı 24 saylı mənzilin ayrılması qərara alınmışdır. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev tərəfindən imzalanmış maliyyə arayışından görünür ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən kooperativ bina, 8 mərtəbəli 70 mənzilli yaşayış binası "Cənub Mənzil Tikinti» Kooperativinə məxsus olmuş və həmin binanın 1-ci girişi 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 110 m2 olan 3 otaqlı 24 saylı mənzilin pay dəyəri Cavabdeh4 tərəfindən tam ödənilmiş və onun "Cənub Mənzil Tikinti» Kooperativinə borcu qalmamışdır. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ********** qeydiyyat nömrəsi, **********36- 05301-093057 reyestr nömrəsi və qeydiyyat tarixi xx.xx.2021-ci il olan, olan, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən binanın 24 saylı mənzili tam mülkiyyət hüququ əsasında Cavabdeh4 adına dövlət qeydiyyatına alınmışdır. "Cənub Mənzil Tikinti» Kooperativinin üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli 56 nömrəli protokolunun surətindən görünür ki, Cavabdeh3 kooperativə üzv qəbul olunmuş və ona Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış 8 mərtəbəli 70 mənzilli yaşayış binasının 1-ci girişi 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 110 m2 olan 3 otaqlı 29 saylı mənzilin ayrılması qərara alınmışdır. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS-25/21 nömrəli mənzil alqı-satqısı barədə müqavilədən görünür ki, satıcı özünə məxsus Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanındakı torpaq sahəsində bilavasitə özü tərəfindən inşa edilməkdə olan yaşayış kompleksində yerləşən 1A saylı 8 mərtəbəli 2 bloklu binasının 1-ci blokunun 6-cı mərtəbəsində 29-cu mənzilində yerləşəcək 110 m2 olan 3 otaqlı mənzili alıcıya satır, alıcı isəı həmin mənzilin tam dəyərini müqavilə ilə razılaşdırılmış müddətdə ödəyir. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş "Cənub Mənzil Tikinti» Kooperativinin direktoru M.Q.Quliyev tərəfindən imzalanmış maliyyə arayışından görünür ki, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən kooperativ bina, 8 mərtəbəli 70 mənzilli yaşayış binası "Cənub Mənzil Tikinti» Kooperativinə məxsusdur və həmin binanın 1-ci girişi 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 110 m2 olan 3 otaqlı 29 saylı mənzilin pay dəyəri Cavabdeh3 tərəfindən tam ödənilmiş və onun "Cənub Mənzil Tikinti» Kooperativinə borcu qalmamışdır. DƏDRX-nin 10 saylı PHŞ-dən tələb olunmuş, əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ********* qeydiyyat nömrəsi, **********36- 05301-093060 reyestr nömrəsi və qeydiyyat tarixi xx.xx.2022-ci il olan, olan, Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında yerləşən binanın 29 saylı mənzili tam mülkiyyət hüququ əsasında Cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır.
ƏSASLANDİRİCİ HİSSƏ:
Məhkəmə iclasa gəlmiş tərəflərin, eləcə də onların nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən isə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinin tələbinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, mübahisələndirlən mənzillərin alqı-satqıları xx.xx.2021 - xx.xx.2021-ci il tarixləri arasında aparılımış və həmin vaxt “Cənub Mənzil Tikinti» Kooperativinin direktoru (sədri) 3-cü şəxs X16 olmuşdur. Belə ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X16 xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə kimi Cavabdeh2 sədri olmuşdur. Məhkəmə iclasında 3-cü şəxs qismində izahat verən X16 iddiaçı və fiziki şəxslər olan cavabdehlərlə Cavabdeh2 arasında başlanmış və yuxarıda qeyd olunmuş mənzillərin alqısatqıları ilə bağlı müqavilələrin əsillərinə baxdıqdan sonra bildirmişdir ki, iddiaçı ilə bağlanmış müqavilələrdəki imzalar istisna olmaqla, fiziki şəxslər olan cavabdehlərlə Cavabdeh2 arasında başlanmış mənzillərin alqı-satqı müqavilələrindəki imzaları özü icra etmiş, lakin, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilələrindəki imzalar ona məxsus deyil, həmin imzaları o, icra etməmişdir. O, Cavabdeh2 təsisçisi X5 təsiri altında olmuşdur. Həmin zaman kooperativin möhürü onda olmamış, fiziki şəxslər olan cavabdehlərin müqavilələrindəki möhürlərlə, iddiaçının müqavilələrindəki möhürlər fərqlidirlər. İddiaçının nümayəndəsi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqavilələrindəki imzaların X11 məxsus olmaması barədə dediklərini mübahisələndirməmişdir. Buna baxmayaraq məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı da, yuxarıda qeyd olunmuş üç mənzilin Cavabdeh2ndən alınması üçün ümumilikdə 165 000 manat pul ödəmişdir. Belə ki, məhkəmə iclasında 3-cü şəxs qismində izahat vermiş X18 izahatında bildirmişdir ki, o, Cavabdeh2 təsisçilərindən biridir. 2021-ci ilin yanvar ayında kooperativ üzvlərinin iclasınını keçirmədən iddiaçının kooperativin üzvlüyünə qəbul edilməsinə dair xx.xx.2021-ci il tarixli iclas protokollarını imzalamış, mənzillərin iddiaçıya satılmasına görə iddiaçıdan, hazırda «Cənub Mənzil Tikinti” kooperativinin nümayəndəsi olan Nümayəndə2 vasitəsilə, 165 000 manat pul almışdır. Göründüyü kimi, həm fiziki şəxslər olan cavabdehlər, həm də iddiaçı alqı-satqı müqavilələrinin şərtlərinə əsasən alıcı olaraq üzərilərinə düşən öhdəliklərini tam olaraq icra edib, mənzillərin dəyərini Cavabdeh2nə ödəmişlər. Lakin, sonuncu, fiziki şəxslər olan cavabdehlərə satdığı 03 mənzili eyni zamanda da, iddiaçıya satmışdır. Həm cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4, həm də İddiaçı vicdanlı alıcılardırlar. Bu zaman məhkəmə hesab edir ki, mənzillərin kimə əvvəl, kimə isə sonra satılmasının heç bir əhəmiyyəti yoxdur. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbə-üz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “MM-in 157.3-cü maddəsi əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən edir. Bu prezumpsiyaya görə, əldə edən onun vicdansız sahib olması sübut edilənədək, vicdanlı sahib hesab edilir. MM-in 157.3-cü maddəsinin mənasına görə, əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə edən vicdanlı sahib hesab olunur. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. (Konstitusiya Məhkəməsi Plenumunun S.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004-cü il tarixli Qərarı). Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Belə ki, MM-in 337-ci maddəsinə əsasən əqd bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla, habelə məhkəmə tərəfindən etibarsız sayılır. Bu cür əqdin məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, mülki qanunvericiliyin tələbinə görə belə əqd bağlandığı andan etibarsız sayılır, onun bağlanmasına niyyəti olan, o cümlədən mülkiyyət hüququnun mülkiyyətçidən əldə edənə keçməsi kimi hüquqi nəticə yaratmır və bu halda ümumi qaydaya uyğun olaraq tərəfin əldə etməsinin vicdanlılığından asılı olaraq ikitərəfli restitusiya formasında etibarsız əqdin nəticələri tətbiq olunmur. MM-in 157.3-cü maddəsinin mənasına görə isə vicdanlı sahiblik o halda mövcud ola bilərdi ki, əmlak bilavasitə mülkiyyətçidən deyil, bu əmlakı özgəninkiləşdirmək hüququ olmayan şəxsdən alınmış olsun və bu cür pozuntu ilə bağlanmış əqdin nəticələri ikitərəfli restitusiya yox, əmlakın qanunsuz sahiblikdən qaytarılması ilə əlaqədar olmuş olsun (vindikasiya). Beləliklə qeyd olunmalıdır ki, MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydanın (restitusiya qaydası) bu Məcəllənin 157.3-cü maddəsinin mənasına görə vicdanlı sahibə tətbiqi mümkün deyildir. Ona görə ki, restitusiya və vindikasiya qaydasında irəli sürülən tələb üzrə mülki dövriyyənin iştirakçılarının (subyektlərinin) dairəsi fəqlənir və bu hal vicdanlı sahib tərəfindən əldə edilmiş əmlakın mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında da əks olunmuşdur.” Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə qeyd edir ki, iddiaçı və fiziki şəxslər olan cavabdehlər Mülki Məcəllənin 567-ci maddəsinin tələblərinə əsasən Cavabdeh2 ilə mübahisələndirlən mənzillərin alqı-satqısı müqavilələrini imzalayıb həmin mənzillərin əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) ödəmiş, İddiaçı istisna olmaqla, digər vicdanlı alıcılar aldıqları mənzilləri mülkiyyət hüququ əsasında DƏDRX-də adlarına rəsmiləşdirmişlər. Yuxarıda qeyd olunmuş mənzillərin alınması zamanı cavabdehlərin həmin mənzillərlə bağlı hər-hansı bir mübahisənin olmasından xəbərləri olmamışdır. Bunun əksini sübut etmə yükü iddiaçının üzərinə düşsə də, onun nümayəndəsi belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının da bir vicdanlı alıcı kimi mənzillərlə bağlı qanunla qorunan hüququ pozulmuşdur, lakin onun hüququ pozulmuş olsa belə, pozulmuş hüquqları həmin mənzilləri vicdanlı əldə edən cavabdehlərin hesabına kompensasiya edilə bilməz və iddiaçı, onun hüquqlarını pozmuş hüquqi və ya fiziki şəxslərə qarşı məhkəmədə iddia qaldırmaqla dəymiş zərərin əvəzini tələb edə bilər. Müəyyən edilir ki, mübahisələndirilən alqı-satqı müqavilələrindən sonra mənzillər fiziki şəxslər olan cavabehlərin adına dövlət qeydiyyatına alınmış, onlar həmin mənzilləri qanuni əsaslarıa əldə etmiş və mənzillərin mülkiyyətçiləri olaraq vicdanlı alıcıdırlar. Məhkəmə iclasında onlarla kooperativ arasında bağlanmış əqdlərin etibarsızlığı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qanunun tələbinə görə, əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Mübahisəli alqı-satqılar zamanı fiziki şəxslər olan cavabdehlər mənzillərin mülkiyyətçisi kimi Cavabdeh2 tanımışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. MM-in 337-ci maddəsinə əsasən əqd bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla, habelə məhkəmə tərəfindən etibarsız sayılır. Bu cür əqdin məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq, mülki qanunvericiliyin tələbinə görə belə əqd bağlandığı andan etibarsız sayılır, onun bağlanmasına niyyəti olan, o cümlədən mülkiyyət hüququnun mülkiyyətçidən əldə edənə keçməsi kimi hüquqi nəticə yaratmır və bu halda ümumi qaydaya uyğun olaraq tərəfin əldə etməsinin vicdanlılığından asılı olaraq ikitərəfli restitusiya formasında etibarsız əqdin nəticələri tətbiq olunmur. ("H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasmm 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarı). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mənzillərin alqı-satqılarına dair müqavilələrin və onların əsasında verilən “Çıxarış”ların ləğvi tələbi əsaslı sayıla və təmin edilə bilməz. Lakin, hazırki iddianın təmin edilməməsi, iddiaçının Cavabdeh2ndən dəymiş zərərin əvəzini tələb etmək hüququnu istisna etmir. Buna görə də İddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı «Cənub Mənzil Tikinti” kooperativinə qarşı iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında müəyyən olundu ki, «Cənub Mənzil Tikinti” kooperativi ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, müqavilələrdəki “Satıcı "xxxx" MTK-nın direktoru yazıları ilə “Quliyev M. Q.” yazıları arasındakı imzalar X16 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, X8 adından onun imzaları saxtalaşdırılmışdır. Bundan əlavə yuxarıda qeyd olunan müqavilələrlə bağlı biri digərini inkar edən bir sıra sənədlər vardır. Belə ki, işdə olan və 24 nömrəli mənzillə bağlı iddiaçının kooperativin üzvlüyünə qəbulu ilə keçirildiyi göstərilən kooperativ üzvlərinin xx.xx.2021-ci il tarixli iclas protokolundan görünür ki, onun nömrəsi 60-dır. Həmin tarixdən sonra keçirilən iclas protokollarının nömrələri müvafiq olaraq 61, 62, 63 və s. olmalıdır. Lakin, işdə olan və həmin 24 nömrəli mənzillə bağlı olan və bundan 06 ay sonra keçirilmiş Cavabdeh4 kooperativin üzvlüyünə qəbulu ilə bağlı kooperativ üzvlərinin xx.xx.2021-ci il tarixli iclas protokolundan görünür ki, həmin iclas protokolunun da nömrəsi 60-dır. Buna izahat verərək Mehdi Muradov bildirmişdir ki, iddiaçının üzvlüyə qəbulu ilə bağlı iclas prokotolu saxtadır və onun üzvlüyə qəbulu ilə bağlı hər hansı bir iclas keçirilməmişdir. Bundan da əlavə, «Cənub Mənzil Tikinti” kooperativi ilə İddiaçı arasında 29 nömrəli mənzillə bağlı bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə, AS-25/21 nömrəsi ilə nömrələnmişdir. Həmin tarixdən sonra bağlanan müqavilələrinin nömrələri müvafiq olaraq AS- 26/21, AS-27/21 və s. olmalıdır. Lakin, işdə olan və bundan 05 ay sonra Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən də görünür ki, müqavilə həmin AS-25/21 nömrəsi ilə nömrələnmişdir. Buradan da belə nəticə çıxarmaq olar ki, həm iddiaçı, həm də fiziki şəxslər olan cavabdehlər vicdanlı alıcılar olsalar da, Cavabdeh2 səlahiyyətli şəxsləri tərəfindən saxtakarlığa yol verilmiş, nəticədə eyni mənzillər başqa-başqa şəxslərə eyni protokol nömrəsi və eyni nömrəli alqı-satqı müqavilələri ilə satılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh2 barəsində ayrıca xüsusi qərardad çıxarılmalı, həmin qərardad, səlahiyyətli şəxsin (şəxslərin) eyni mənzillərin müxtəlif şəxslərə satılması ilə bağlı əməlinə (əməllərinə) qiymət verilməsi üçün Lənkəran rayon prokurorluğuna göndərilməlidir.
NƏTİCƏ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qətetdi:
İddia təmin edilməsin. İddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı «Cənub Mənzil Tikinti” kooperativinə qarşı iddia qaldırmaq hüququ izah olunsun. Cavabdeh2 barəsində ayrıca xüsusi qərardad çıxarılsın, həmin qərardad, səlahiyyətli şəxsin (şəxslərin) eyni mənzillərin müxtəlif şəxslərə satılması ilə bağlı əməlində (əməllərində) cinayət tərkibi əlamətləri aşkar olduğuna görə, araşdırma aparılması üçün xüsusi qərardad Lənkəran rayon prokurorluğuna göndərilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Muradağa Qasımov