Məhkəmə qərarları › İş №e-2(049)-4309/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4309/2025

24.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4309/2025 24.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X4 küçəsi, ev 37 ünvanında yerləşən 1 nömrəli mənzildən Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) istifadə etmələrinə qadağa qoyulması, sözügedən mənzilin Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) qanunsuz sahibliyindən gerialınması, həmin şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC nümayəndəsi X2 tərəfindən məhkəməyə ünvanlanmış ərizə onunla əsaslandırılmışdı ki, hazırkı işlə bağlı cavabdehlə müəssisələri arasında olan mübahisə öz həllini tapmışdır. Bu səbəbdən iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edib. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 tərəflərindən məhkəməyə ünvanlanmış ərizənin nəzərə alınaraq iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edib. Məhkəmə iddiaçının ərizəsinə əsasən hesab edir ki, iddiaçının nümayəndəsinin ərizəsi qəbul edilməli, idda ərizə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2011-ci il tarixli 3 №-li Qərərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh qarşı «mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat iddiaçıya geri qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar