Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4317/2025 24.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı «Tərəqqi-MM” MMC-nin nümayəndəsi Nümayəndə Şahvəli qızı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «Tərəqqi-MM” MMC-nin Cavabdeh qarşı mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı «Tərəqqi-MM” MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan və ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzildən Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) istifadə etmələrinə qadağa qoyulması, sözügüdən mənzilin onların qanunsuz sahibliyindən geri alınması, həmin şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxzarılmasını xahiş etmişdir. Məhkəmə iclasında «Tərəqqi-MM” MMC-nin nümayəndəsi Nümayəndə Şahvəli qızı cavabdehin nümayəndəsi ilə barışıq sazişini imzaladığını bildirib, məhkəməyə ərizə verməklə onun təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddiaçı ilə barışıq sazişini imzaladığını bildirib, məhkəməyə ərizə verməklə onun təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamışlar:
1. Cavabdeh "xxxx" MMC arasında 13 oktyabr 2016-cı il tarixdə bağlanılmış müqavilə üzrə Lənkəran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 17, 5-ci mərtəbə, 9№-li mənzil üzrə ödənilməmiş 48.000 (qırx səkkiz min) manat məbləğində borcun olmasını etiraf edir və bu məbləğin tərəflər arasında mövcud olan hüquqi mübahisənin predmetini təşkil etdiyini qəbul edir. 2.Cavabdeh, bu Barışıq Sazişi ilə öz üzərinə öhdəlik götürür ki, yuxarıda göstərilən 48.000 (qırx səkkiz min) manat məbləğində borcu Sazişin imzalandığı tarixdən etibarən hər təqvim ayının sonuna qədər 2.000 (iki min) manat məbləğində hissə-hissə olmaqla, qalıq məbləği isə xx.xx.2026-cı il tarixinə kimi tam şəkildə satıcı şirkətin hesabına ödəyəcək. Borcun ödənilməsi üzrə cədvəl tərəflər arasında əlavə razılaşma ilə müəyyən edilə bilər.
3. İddiaçı MMC öz növbəsində öhdəlik götürür ki, cavabdeh tərəfindən mənzil üzrə borcun tam məbləğdə və bu Sazişdə göstərilən müddət ərzində ödənilməsindən sonra, dərhal və ya razılaşdırılmış müddət ərzində həmin mənzilin cavabdehin adına rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görəcək. Tərəflər razılaşırlar ki, mənzilin alıcının adma rəsmiləşdirilməsi ilə bağlı bütün dövlət rüsumları, notariat və reyestr xidmətləri ilə bağh digər xərclər cavabdeh tərəfindən ödəniləcək.
4. İddiaçı MMC öz növbəsində məhkəməyə təqdim etdiyi iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş olunur.
5. Tərəflər razılaşırlar ki, əgər cavabdeh bu Barışıq Sazişi ilə üzərinə götürdüyü öhdəliyi, yəni bu Barışıq Sazişinin 7-ci bəndində göstərilmiş müddət bitənə qədər pul məbləğini ödəməzsə, bu hal barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndirilir. Bu halda, cavabdeh tərəfindən həmin vaxtadək müqavilə üzrə ödənilmiş pul məbləği tam şəkildə ona geri qaytarılır və cavabdeh mənzili boşaldaraq könüllü şəkildə iddiaçıya təhvil verir.
6. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması və cavabdehin məcburi qaydada mənzildən çıxarılması ilə bağlı məhkəmə tərəfindən icra vərəqəsinin verilməsi üçün əsasdır.
7. Tərəflərə Azərbaycan Respublikası MPM-nin 52,191.1, 191.2, 261.0.5 və 262-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəsini qəbul edirlər.
8. Barışıq sazişini bağlamaqla tərəflər Lənkəran Rayon Məhkəməsinə ərizə verərək işin icraatına xitam verməsini xahiş edəcəklər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə həmin saziş təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 191, 216-220 və 223-cü maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddiaçı «Tərəqqi-MM” MMC-nin Cavabdeh qarşı mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə tərəflər arasında 02 fevral 2026-cı il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi vaxtdn on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər.
X4