Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4318/2025 24.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X1 küçəsi, ev 21 ünvanında yerləşən mənzil 8-dən Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) istifadə etmələrinə qadağa qoyulması, sözügedən mənzilin Cavabdeh və onun ailə üzvlərinin (və ya qeyrilərinin) qanunsuz sahibliyindən geri alınması, həmin şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən "xxxx" MMCnin ünvan 1 ünvanında, 7 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən sahəsi 135.1 kv.m olan 6№-li mənzil (yeni ünvanla: Lənkəran şəhəri, X1 küçəsi, ev 21 ünvanında yerləşən 8 №-li mənzil) satış təmsilçisi olaraq "xxxx" MMC tərəfindən Cavabdeh satılmışdır. Cavabdeh öz növbəsində müqavilənin şərtlərinə əsasən, "xxxx" MMC-yə həmin mənzil üçün ümumilikdə 108080.00 manat məbləğində pul ödəməli idi. Lakin Cavabdeh yuxarıda sözügedən müqavilənin şərtlərini pozaraq ödənişi tam formada həyata keçirməmişdir. Belə ki, müqavilənin 2 saylı əlavəsinə görə yaşayış sahəsinin ümumi dəyəri, yəni 108080.00 manatın ödənişi təqdim edilmiş qrafik üzrə 30 ay ərzində ödənilməli idi. Hazırda Cavabdeh almış olduğu mənzil üzrə 69200.00 manat məbləğində borcu qalmışdır. Bununla bağlı "xxxx" MMC Cavabdeh ilə aralarında olan müqaviləyə istinad edərək, ilk olaraq xx.xx.2025-ci il tarixində cavabdehə xəbərdarlıq məktubu göndərərək borcun ödənilməsi tələb edilmişdir. Lakin sözügedən xəbərdarlıq heç bir nəticə vermədiyi üçün "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixində cavabdehə pretenziya göndərilərək, yuxarıda qeyd edilən müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmiş, eyni zamanda mənzilin 10 təqvim günü ərzində boşaldılaraq təhvil verilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən mənzilin boşaldılması istiqamətində hər hansı bir hərəkət həyata keçirilməmiş və hazırda da cavabdeh həmin mənzildən istifadə etməkdədir. Cavabdeh və onun ailə üzvləri tərəfindən istifadə edilən Lənkəran şəhəri, X1 küçəsi, ev 21 ünvanında yerləşən 8№-li mənzil "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarış verilmişdir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, "xxxx" MMC mənzil üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Göründüyü kimi, Cavabdeh tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmaqdadır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizə təqdim edərək verdiyi izahatında bildirdi ki, cavabehlə xx.xx.2026-cı il tarixdə barşıq sazişi bağlayaraq razılığa gəlmişlər, ona görə də mübahisənin sülh yolu ilə həll edilərək işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək verdiyi izahatında bildirdi ki, barışıq sazişinin şərtlərilə razıdır, onun təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hər iki tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəmə iclasında verdiyi izahatlardan, məhkəməyə təqdim etdikləri barışıq sazişindən görünür ki, hal-hazırda tərəflər barışmışlar, ona görə də iddiaçı iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna uyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Sədrlik edən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.2, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L İ R: İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ilə Cavabdeh arasında bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin. Həmin barışıq sazişinin şərtlərinə əsasən Cavabdeh "xxxx" MMC arasında xx.xx.2016cı il tarixdə bağlanılmış müqavilə üzrə Lənkəran şəhəri, X1 küçəsi, ev 21 ünvanında yerləşən 8 №-li mənzil üzrə ödənilməmiş 65.000,00 (altmış beş min) manat məbləğində borcunun olmasını etiraf edir və bu məbləğin tərəflər arasında mövcud olan hüquqi mübahisənin predmetini təşkil etdiyini qəbul edir, həmçinin öz üzərinə öhdəlik götürür ki, 65.000.00 (altmış beş min) manat məbləğində borcu birdəfəlik olmaqla, bu Sazişin imzalandığı tarixdən etibarən xx.xx.2026-cı il tarixinə kimi tam şəkildə satıcı şirkətin hesabına ödəyəcək. İddiaçı MMC öz növbəsində öhdəlik götürür ki, cavabdeh tərəfindən mənzil üzrə borcun tam məbləğdə və bu Sazişdə göstərilən müddət ərzində ödənilməsindən sonra, dərhal və ya razılaşdırılmış müddət ərzində həmin mənzilin cavabdehin adına rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görəcək. Tərəflər razılaşırlar ki, mənzilin alıcının adına rəsmiləşdirilməsi ilə bağlı bütün dövlət rüsumları, notariat və reyestr xidmətləri ilə bağlı digər xərclər cavabdeh tərəfindən ödəniləcək. İddiaçı MMC öz növbəsində məhkəməyə təqdim etdiyi iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Tərəflər razılaşırlar ki, əgər cavabdeh bu Barışıq Sazişi ilə üzərinə götürdüyü öhdəliyi, yəni bu Barışıq Sazişinin 7-ci bəndində göstərilmiş müddət bitənə qədər pul məbləğini ödəməzsə, bu hal barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndirilir. Bu halda, cavabdeh tərəfindən həmin vaxtadək müqavilə üzrə ödənilmiş pul məbləği tam şəkildə ona geri qaytarılır və cavabdeh mənzili boşaldaraq könüllü şəkildə iddiaçıya təhvil verir. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması və cavabdehin məcburi qaydada mənzildən çıxarılması ilə bağlı məhkəmə tərəfindən icra vərəqəsinin verilməsi üçün əsasdır. İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi» tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardad, ondan şikayət vermək hüququ olan şəxslərin yanında elan edilmişsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan, digər şəxslər isə onun surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-4318/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-4318/2025
24.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver