Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-4319/2025 03.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclas katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Hüccət oğluna qarşı istifadəyə qadağa qoyulması, mənzilin qanunsuz sahiblikdən geri alınması, əşyaların və şəxslərin fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh Hüccət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X1 küçəsi, ev 15 ünvanında yerləşən 13 nömrəli mənzildən Cavabdeh Hüccət oğlunun və onun ailə üzvlərinin (və ya qeyrilərinin) istifadə etmələrinə qadağa qoyulması, sözügedən mənzilin Cavabdeh Hüccət oğlunun və onun ailə üzvlərinin (və ya qeyrilərinin) qanunsuz sahibliyindən geri alınması, həmin şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesi: Məhkəmə iclasında İddiaçı nümayəndəsi – Sirius Vəkil Bürosunun vəkili Vəkil cavabdeh Mikayıl Abbasov ilə razılıq əldə etdiyini və bununla bağlı məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli barışıq sazişinin könüllü olaraq imzalandığını, nəticələrinin dərk edildiyini bildirdi, sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini yazılı ərizə təqdim etməklə məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Hüccət oğlu İddiaçı nümayəndəsi – Sirius Vəkil Bürosunun vəkili Vəkil ilə iddia tələbi üzrə aralarında razılıq əldə olunduğunu, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli barışıq sazişinin könüllü olaraq imzaladığını, nəticələrini dərk etdiyini bildirdi, sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini yazılı ərizəni imzasıla təsdiq edib məhkəməyə təqdim etməklə məhkəmədən xahiş etdi. xx.xx.2026-cı il tarixli İddiaçı nümayəndəsi – Sirius Vəkil Bürosunun vəkili Vəkil ilə Cavabdeh Hüccət oğlu arasında bağlanmış barışıq sazişinin mahiyyəti: Mülki iş üzrə iş üzrə işdə iştirak edən şəxslər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir:
1. Cavabdeh "xxxx" MMC arasında 03 iyul 2019-cu il tarixdə bağlanılmış müqavilə üzrə Lənkəran şəhəri, X1 küçəsi, ev 15 ünvanında yerləşən 13№-li mənzil üzrə ödənilməmiş 23.000,00 (iyirmi üç min) manat məbləğində borcun olmasını etiraf edir və bu məbləğin tərəflər arasında mövcud olan hüquqi mübahisənin predmetini təşkil etdiyini qəbul edir.
2. Cavabdeh, bu Barışıq Sazişi ilə öz üzərinə öhdəlik götürür ki, yuxarıda göstərilən 23.000,00 (iyirmi üç min) manat məbləğində birdəfəlik olmaqla, bu Sazişin imzalandığı tarixdən etibarən xx.xx.2026-cı il tarixinə kimi tam şəkildə satıcı şirkətin hesabına ödəyəcək.
3. "Tərəqqi-MM” MMC öz növbəsində öhdəlik götürür ki, cavabdeh tərəfindən mənzil üzrə borcun tam məbləğdə və bu Sazişdə göstərilən müddət ərzində ödənilməsindən sonra, dərhal və ya razılaşdırılmış müddət ərzində həmin mənzilin cavabdehin adına rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görəcək. Tərəflər razılaşırlar ki, mənzilin alıcının adına rəsmiləşdirilməsi ilə bağlı bütün dövlət rüsumları, notariat və reyestr xidmətləri ilə bağlı digər xərclər cavabdeh tərəfindən ödəniləcək.
4. "xxxx" MMC öz növbəsində məhkəməyə təqdim etdiyi iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş olunur.
5. Tərəflər razılaşırlar ki, əgər cavabdeh bu Barışıq Sazişi ilə üzərinə götürdüyü öhdəliyi, yəni bu Barışıq Sazişinin 7-ci bəndində göstərilmiş müddət bitənə qədər pul məbləğini ödəməzsə, bu hal barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndirilir. Bu halda, cavabdeh tərəfindən həmin vaxtadək müqavilə üzrə ödənilmiş pul məbləği tam şəkildə ona geri qaytarılır və cavabdeh mənzili boşaldaraq könüllü şəkildə iddiaçıya təhvil verir.
6. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması və cavabdehin məcburi qaydada mənzildən çıxarılması ilə bağlı məhkəmə tərəfindən icra vərəqəsinin verilməsi üçün əsasdır.
7. Tərəflərə Azərbaycan Respublikası MPM-nin 52,191.1, 191.2, 261.0.5 və 262-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəsini qəbul edirlər.
8. Barışıq sazişini bağlamaqla tərəflər Lənkəran Rayon Məhkəməsinə ərizə verərək işin icraatına xitam verməsini xahiş edəcəklər.
9. Barışıq sazişi 3 nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəməyə, digər nüsxələri isə tərəflərə təqdim edilir.
Məhkəmə işin mahiyyətini, barışıq sazişini və barışıq sazişi təsdiq olunmaqla icraata xitam verilməsi barədə ərizələri, habelə mülki iş materiallarını araşdıraraq hesab edir ki, xx.xx.2026-cı il tarixli İddiaçı nümayəndəsi – Sirius Vəkil Bürosunun vəkili Vəkil ilə Cavabdeh Hüccət oğlu arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-52.5-ci maddələrinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2024-cü il tarixli qərardadında göstərilmişdir ki, mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür. Beləliklə, məhkəmə barışıq sazişini tədqiq edərək belə qənaətə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyil, təsdiqə mane olan hallar mövcud deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Buna görə də, tərəflərin barışıq sazişi təsdiq edilməklə, onların icraata xitam verilməsi barədə ərizəsi təmin edilməli və mülki iş üzrə icraata xitam verilməli, həmçinin iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu İddiaçınə geri qaytarılmalıdır. Həmçinin, tərəflərə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməzliyi izah olunmalıdır. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə Lənkəran Rayon Məhkəməsinə 100 manat (qəbz № **********) dövlət rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1, 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsas Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-262.5-ci maddələrinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Barışıq sazişi təsdiq edilsin, barışıq sazişi təsdiq edilməklə mülki iş üzrə icraata xitam verilməsi barədə tərəflərin ərizələri təmin edilsin. İddiaçı Cavabdeh Hüccət oğluna qarşı «istifadəyə qadağa qoyulması, mənzilin qanunsuz sahiblikdən geri alınması, əşyaların və şəxslərin fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi» tələbinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi – Sirius Vəkil Bürosunun vəkili Vəkil ilə Cavabdeh Hüccət oğlu arasında bağlanmış xx.xx.2026-cı il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: xx.xx.2026-cı il tarixli barışıq sazişinin şərtləri:
10. Cavabdeh "xxxx" MMC arasında 03 iyul 2019-cu il tarixdə bağlanılmış müqavilə üzrə Lənkəran şəhəri, X1 küçəsi, ev 15 ünvanında yerləşən 13№-li mənzil üzrə ödənilməmiş 23.000,00 (iyirmi üç min) manat məbləğində borcun olmasını etiraf edir və bu məbləğin tərəflər arasında mövcud olan hüquqi mübahisənin predmetini təşkil etdiyini qəbul edir.
11. Cavabdeh, bu Barışıq Sazişi ilə öz üzərinə öhdəlik götürür ki, yuxarıda göstərilən 23.000,00 (iyirmi üç min) manat məbləğində birdəfəlik olmaqla, bu Sazişin imzalandığı tarixdən etibarən xx.xx.2026-cı il tarixinə kimi tam şəkildə satıcı şirkətin hesabına ödəyəcək.
12. "Tərəqqi-MM” MMC öz növbəsində öhdəlik götürür ki, cavabdeh tərəfindəu mənzil üzrə borcun tam məbləğdə və bu Sazişdə göstərilən müddət ərzində ödənilməsindən sonra, dərhal və ya razılaşdırılmış müddət ərzində həmin mənzilin cavabdehin adına rəsmiləşdirilməsi üçün zəruri tədbirlər görəcək. Tərəflər razılaşırlar ki, mənzilin alıcının adına rəsmiləşdirilməsi ilə bağlı bütün dövlət rüsumları, notariat və reyestr xidmətləri ilə bağlı digər xərclər cavabdeh tərəfindən ödəniləcək.
13. "xxxx" MMC öz növbəsində məhkəməyə təqdim etdiyi iddia tələbindən imtina edir və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş olunur.
14. Tərəflər razılaşırlar ki, əgər cavabdeh bu Barışıq Sazişi ilə üzərinə götürdüyü öhdəliyi, yəni bu Barışıq Sazişinin 7-ci bəndində göstərilmiş müddət bitənə qədər pul məbləğini ödəməzsə, bu hal barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndirilir. Bu halda, cavabdeh tərəfindən həmin vaxtadək müqavilə üzrə ödənilmiş pul məbləği tam şəkildə ona geri qaytarılır və cavabdeh mənzili boşaldaraq könüllü şəkildə iddiaçıya təhvil verir.
15. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması və cavabdehin məcburi qaydada mənzildən çıxarılması ilə bağlı məhkəmə tərəfindən icra vərəqəsinin verilməsi üçün əsasdır.
16. Tərəflərə Azərbaycan Respublikası MPM-nin 52,191.1, 191.2, 261.0.5 və 262-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqi nəticəsini qəbul edirlər.
17. Barışıq sazişini bağlamaqla tərəflər Lənkəran Rayon Məhkəməsinə ərizə verərək işin icraatına xitam verməsini xahiş edəcəklər.
18. Barışıq sazişi 3 nüsxədə tərtib edildi, bir nüsxəsi məhkəməyə, digər nüsxələri isə tərəflərə təqdim edilir.
İddiaçı Cavabdeh Hüccət oğluna qarşı «istifadəyə qadağa qoyulması, mənzilin qanunsuz sahiblikdən geri alınması, əşyaların və şəxslərin fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul İddiaçınə geri qaytarılsın. (qəbz №: **********). Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Elvin Ələsgərov