Məhkəmə qərarları › İş №e-2(049)-4338/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4338/2025

16.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4338/2025 16.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı Lənkəran rayonu Xolmili-Şıxakəran bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi (qızı) Nümayəndə iştirakı ilə İddiaçı Lənkəran rayonu Xolmili-Şıxakəran bələdiyyəsinin Cavabdeh qarşı “əmlakın qanunsuz zəbt edilməsinin qarşısının alınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Lənkəran rayonu Xolmili-Şıxakəran bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 bələdiyyəsinə məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etməsinə qanuni qiymət verilməsi və həmin torpaq sahəsinin qeyriqanuni ələ keçirilmiş hissəsinin zəbt olunmuş vəziyyətdən azad edilməsi, zəbt olunmuş ərazidə inşa edilən hasarın sökülməsi, orada əvvəl mövcud olan su kanalı xətti və hasarın cavabdehin hesabına bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılması və tam istifadəyə yararlı vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu Şıxəkəran kəndində yerləşən, bələdiyyənin mülkiyyətində olan 0.07 ha torpaq sahəsini bir müddət əvvəl Cavabdeh qanunsuz olaraq zəbt etmiş, su kanalını torpaqla doldurmaqla həmin yolu qismən və ya tamamilə bağlamış, ərazini hasarlayaraq şəxsi istifadəsinə yönəltmişdir. X6 şəhid olmuş Şıxəkəran kənd sakini X7 adını daşıyan yol zədələnmiş və demək olar ki, istifadəyə yararsız hala salınmışdır. Qeyd edilməlidir ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikasının “Bələdiyyə torpaqları haqqında” Qanununa əsasən bələdiyyənin xüsusi mülkiyyətinə daxildir və yalnız bələdiyyə orqanlarının qərarı ilə idarə oluna bilər. Bu səbəbdən, həmin torpaq sahəsinə istənilən fiziki və ya hüquqi şəxs tərəfindən müdaxilə, zəbt və ya hasarlama halları qanunla qadağandır və bələdiyyə mülkiyyətinə qarşı yönəlmiş qanunsuz hərəkət kimi qiymətləndirilir. Həmin şəxsə xəbərdarlıq edilməsinə baxmayaraq hələ də əməllərinə davam edir. Bu səbəbdən də, məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədirl’r. Bu hal kənd sakinləri və şəhid ailəsi tərəfindən də ciddi narazılıqla qarşılanmışdır. Qeyd olunan hallarla bağlı sakinlər narazılıqlarını kənd bələdiyyəsinə yönləndirmişl’r. Sakinlər aşağıda qeyd olunan halları göstərərək, öz şikayətlərini bildirirlər: Cavabdehin bu əməli nəticəsində kənddəki təbii su axını pozulmuş, nəticədə bir neçə kənd sakinlərinin (maraqlı şəxs qismində iştirak edən) evlərini dəfələrlə su basmış, yaşayış şəraiti tamamilə yararsız hala düşmüşdür. Cavabdehin əməlləri digər kənd sakinlərinə ayrıayrılıqda ziyan vurmaqdadır. Belə ki, yağan yağışlar nəticəsində onların həyəti, zirzəmisi, hətta otaqları su altında qalır. Kənd sakinlərinin evlərinin həyətləri, bağları, təsərrüfatları su ilə dolur, meyvə ağacları məhv olur, onların əkinçilik fəaliyyətlərinin dayanmasına səbəb olur. Uşaqlar məktəbə çətinliklə gedirlər, küçənin palçıqlı və sel suları ilə dolu vəziyyəti səbəbindən kənd sakinləri gündəlik həyatlarını davam etdirə bilmirlər. Qeyd edilir ki, bu qanunsuz zəbt və kanalın bağlanması kəndin ümumi infrastrukturunu, əhalinin təhlükəsiz həyat şəraitini və şəhidin adına göstərilməli olan ictimai ehtiramı tamamilə aradan qaldırmışdır. Bu sadalanan vəziyyət artıq iki ildir ki, davam etməkdədir. Hal-hazırda Şıxəkəran-Xolmili Bələdiyyəsinin sədri olaraq üzərində yaranmış bu vəziyyətin həll olunmasından ötrü məhkəmə müdafiəsindən istifadə etmək zərurəti yaranmışdır. İddiaçı Lənkəran rayonu Xolmili-Şıxakəran bələdiyyəsinin nümayəndəsi və vəkili Vəkil sonradan məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, vəkil burosuna ödənilmiş 520 manat məbləğində pul vəsaitinin cavabdehdən tutlaraq iddiaçının xeyrinə ödənilməsi barədə də qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi vəsatətdə qeyd edilmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi göstərmişdir ki, onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə bitişik olan 0.07 ha torpaq sahəsindən getdiyini və həmin torpaq sahəsinin guya tərəfindən iki ildir ki zəbt edildiyini bildirmişdir. Bununla bağlı olaraq qeyd edir ki, yaşadığları ev onun, mülkiyyətində evin yerləşdiyi torpaq sahəsi isə onun və X9, Nümayəndə İ ləsən qızı, X3 ümumi mülkiyyətindədir. Həmin torpaq sahəsi onlara Lənkəran rayon Aqrar İslahat Komissiyasının 03 mart 1998-ci il tarixli 04 saylı qərarı ilə həyətyanı torpaq sahəsi kimi onlara 0.23 ha olaraq verilmişdir. Həmin torpaq sahəsi 0.23 ha rəsmiləşdirilsə də faktiki olaraq 0.29 ha olmuş, həmin vaxtdan da 0.29 ha olaraq faktiki istifadələrində qalmışdır. Topaq sahəsinin qonşuluğunda yerləşən bütün torpaq sahələrinin də mülkiyyətləri vardır və onların faktiki 1998-ci ildən istifadələrində olan 0.06 ha torpaq sahəsinə münasibətdə digər qonşu torpaq mülkiyyətçilərinin hazırki vaxta kimi heç bir iddia və tələbləri olmamış, hazırda da yoxdur. Lənkəran rayonunda torpaq islahatı aparılan zaman hər bir kənd sakininə 0.07 ha torpaq sahəsi verildiyi halda, bizə kənd təsərrüfatı pay torpaq sahəsi verilən zaman həyətyanı torpaq sahəsinə bitişik olan 0.06 ha torpaq sahəsinin zəbt edildiyi əsas gətirilərək 4 nəfərdən ibarət ailə üzvlərinə 0.28 ha torpaq sahəsi verilməli olduğu halda həmin zəbt olunmuş torpaq sahəsi çıxılmaqla hər bir ailə üzvünə 0.055 ha torpaq sahəsi olmaqla ümumilikdə 0.22 ha torpaq sahəsi verilmişdir. Bu da bir daha təsdiq edir ki, həyətyanı torpaq sahəsi kateqoriyasına aid olan zəbt edilmiş 0.06 ha torpaq sahəsinin faktiki olaraq onların mülkiyyətimizdə saxlanılmasına dolayısı ilə razılıq verilməklə torpaq sahələri əvəzlənmişdir. Həmin torpaq sahəsinin faktiki istifadələrində olduğundan və 27 il müddətində heç kimin həmin torpaq sahəsinə iddia və tələbi olmadığından həmin torpaq sahəsinin mülkiyyətimizə verilməsindən ötrü 2022-ci ildən (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınandan sonra) faktiki istifadəmizdə olmaqla, çəpər daxilində yerləşməklə xüsusi mülkiyyətimizdə olan 0.23 ha torpaq sahəsinə bitişik olan 0.06 ha həyətyan kateqoriyaya aid olan torpaq sahəsinin bizim adımıza rəsmiləşdirilməsindən ötrü kənd bələdiyyəsinə müraciət etmiş, kənd bələdiyyəsi tərəfindən müraciətlərimizə heç bir cavab verilməmişdir. Onun müraciətlərimizi cavabsız saxlaması səbəbindən bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı olaraq lənkəran şəhərində yerləşin Lənkəran regional Ədliyyə idarəsinə müraciətlər olunmuşdur. Ədliyyə idarəsində aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bələdiyyə sədri tərəfindən həqiqətə uyğun olmayan məlumatlar əsasında hazırki vaxta kimi 27 ildən artıq bizim faktiki istifadəmizdə olan 0.06 ha torpaq sahəsinin bizim mülkiyyətimizə verilməsi mümkün olmamış, buna səbəb isə kənd bələdiyyəsinin heç bir əsas olamdan hərəkətsizliyindən irəli gəlmişdir.Belə ki, bələdiyyəyə edilmiş müraciətlər cavabsız qaldığından regional idarəyə verilmiş şikayət əsasında araşdırma aparılmı,. xx.xx.2022-ci il tarixli Q-375 saylı cavab məktubunda bildirilmişdir ki, mübahisəli torpaq sahəsinə münasibətdə xx.xx.2022-ci il tarixdə bələdiyyənin iclasında müzakirə olunması və müvafiq rəylərin alınması ilə qərar qəbul edilməsi göstərilmiş və həmin qərarın da müvafiq rəylərin alınması üçün aidiyyəti qurumlara müraciətin edildiyi göstərilmişdir. Lakin sonradan heç bir səbəb olmadan iş üzrə cavabdeh olan bələdiyyə sədri həmin sənədləşməni dayandırmış və torpağın bizim mülkiyyətimizə verilməsindən rəsmi olaraq imtina cavabı verməsə də sənədləşmə işinin aparılmasından qeydi-rəsmi olaraq imtina etmişdir. Belə olan halda məcbur qalıb yenidən ərizə ilə Regional Ədliyyə İdarəsinə müraciət etdik. Təkrar araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq regional idarə tərəfindən bizə xx.xx.2024-cü il tarixli 3-16-18/1-0-239/24 saylı və xx.xx.2024 01 saylı cavab məktubları göndərilmişdir. Həmin məktubun mətnində isə göstərilmişdir ki, bələdiyyənin regional idarəyə verdiyi məlumata əsasən guya həmin torpaq sahəsi ilə bağlı olaraq kənd sakini Nazim və başqaları tərəfindəm məhkəməyə müraciət olunduğundan, eləcə də polis və prokurorluqda araşdırma aparılması səbəbindən eyni, zamanda həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğundan sənədləşmə işinin aparılmaması göstərilmişdir. Halbuki hazırki vaxta kimi həmin torpaq sahəsi ilə bağlı nə məhkəmədə, nə polisdə nə də prokurorluqda heş bir iş. araşdırma və ya hər hansı tədbirlə bağlı olaraq icraata ərizə və ya şikayət daxil olmamışdır. Nazim və ya hər hansı bir başqa şəxslər tərəfindən də həmin torpaq sahəsinə dair hər hansı bir tələblərinin olması ilə bağlı heç bir rəsmi bildiriş və sənəd də bizə təqdim edilməmişdir. Nazim kimi qeyd edilən şəxs kənddə bir nəfər tanıyıram onun evi və torpaq sahəsi bizim evdən, evin yerləşdiyi torpaq sahəsindən və guya mübahisəli olan torpaq sahəsindən çox uzaqda yerləşməklə qonşu da deyildir. Digər şəxslərə gəldikdə isə həmin digər şəxslərin kimlərdən ibarət olması ilə bağlı da bələdiyyə tərəfindən heç bir məlumat verilmir.Bundan başqa kəndin arx sularının axıdılması üçün kanal olmadığından bələdiyyə tərəfindən onların özünə məxsus olan və həyətlərində olan su ötürücü boru götürülərək yolun suyunun onların həyətinə axıdılması üçün basdırılmış və yağış və qurunt suları birbaşa onların həyətinə axıdılması başladılmışdır. Belə olan halda Lənkəran şəhər icra hakimiyyətinə müraciət etmiş, kənd icra nümayəndəliyinə verilmiş tapşırıq əsasında mütəxəsislər cəlb edilmnəklə İcra hakimiyyəti, icra nümayəndəliyi və Bələdiyyənin nümayəndələrinin iştirakı ilə onlar tərəfindən kəndin qurunt sularının kənddən keçən ümumi su ötürücü kanalla (çaya) axıdılması üçün xəndək qazılmış və bundan sonra evimizin yerləşdiyi küçə üzrə gələn qurunt sularının ümumi suötürücü kanala axıdılması təmin edilmişdir. Lakin Bələdiyyə sədi yenidən həmin kanalın doldurulması və qurunt sularının ümumi suötürücü kanala deyil məhz onların həyətinə axıdılması üçün əvvəllər basdırılmış boprunun oradan çıxarılmasınma maneə yaradaraq qurunt sularının əvvəlki kimi onların həyətinə axıdılmasını təmin etmək üçün tədbir görməkdə davam edir. Ən azı həftədə 2-3 dəfə həyətə gələrək mübahisə yaradır, icra hakimiyyəti, bələdiyyə və icra nümayəndəliyi tərəfindən şəki İmiş suötürücü kanalın doldurulması üçün tədbirlər görəcəyini israr etməklə bu ahıl yaşımda öz mülkiyyətimdə olan evdə rahat yaşamağa imkan vermir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə də yenə bələdiyyə sədri bir neçə nəfərlə birlikdə onların həyətinə gələrək bu yaxınlarda suötürücü kanalı dolduracağını bildirmişdir.Həmin vaxtı da ona bir daha bizim zəbtimizdə olan torpaq sahəsinin onların adına rəsmiləşdirilməsi nəyə görə gecikdirdiyini və hansı maneələrin polmasını soruşduqda isə o, 3 ildir ki onlara rəsmi cavab vermədiyini bundan sonra da heç bir rəsmi cavab verməyəcəsini eləcə də heç bir səbəb olmadan torpaq sahəsinin onların mülkiyyətinə keçirilməsini də təmin etməyəcəyini bildirmişdir.Yuxarıda da qeyd etdiyi kimi, hazırki mübahisəli olan 0.06 ha zəbt olunmuş torpaq sahəsi bələdiyyələr yaranmamışdan əvvəl 1998-ci ildən rəsmi olaraq, başqa sözlə 27 ildən artıqdır ki onların istifadəsindədir və həmin torpaq sahəsini təyinatı üzrə istifadə edirlər, həmin zəbt olunmuş torpaq sahəsinin əvəzinə də torpaq islahatı keçirilən zaman zəbt olunmuş 0.06 ha torpaq sahəsinin əvəzi olaraq bizə 4 nəfərdən ibarət ailə üzvlərimizə 0.28 ha torpaq sahəsi əvəzinə 0.22 ha torpaq sahəsi verilməklə həmin zəbt edilmiş 0.06 ha torpaq sahəsi əvəzləşdirilmişdir. Lakin bələdiyyəyə bu barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq həmin torpaq sahəsinin onlara satılması heç bir hüquqi əsas olmadan təmin edilməmişdir. Həmin alqı-satqı yalnız cavabdeh qurum verdiyindən və hazırda həmin qurum sənədləşməni aparmaqdan imtina etdiyindən müvafiq iddia tələbi ilə aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsində iddiaçıya qarşı iddia qaldırmış və həmin iddia tələbi hazırda həmin məhkəmənin icraatındadır. Lənkəran rayonu Xolmili-Şıxakərannin vəkili Vəkil məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsini və vəkil burosuna ödənilmiş 520 manat məbləğində pul vəsaitinin cavabdehdən tutlaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, Cavabdeh qarşı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh onun anasıdır. Bələdiyyənin iddia etdiyi torpaq sahəsi uzun müddətdir ki, onun həyətindədir. 40-50 ilə yaxındır həmin torpaq sahəsi ata-baba yurdudur. Bələdiyyə iddia edir ki, o həmin torpaq sahəsini zəbt edib. Bu tamamilə yalandır. Onun bələdiyyə ilə mübahisəsi ondan ibarətdir ki, bələdiyyə ona həmin torpaq sahəsini ilk əvvəllər bir sotunu 164 manata satmağa razılaşmışdır. Daha sonra bələdiyyə ondan həmin torpaq sahəsinə dair 10.000 manat pul tələb etmişdir. Buna görə də bələdiyyə ilə aralarında alqı-satqı baş tutmamışdır. Bələdiyyə həmin torpaq sahəsini ondan başqa şəxslərə sata bilməz. Onun tərəfindən həmin torpağın satılması qanuna ziddir. İddiada tələb olunan torpaq sahəsi onun şəxsi mülkiyətidir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran rayonu, Xolmili-Şıxakəran bələdiyyəsinin xx.xx.2025-cü il tarixli 13 saylı iclas protokolundan görünür ki, bələdiyyənin üzvlərinin razılığı ilə Şıxakəran kənd sakini X2 zəbt etdiyi 0.07 ha bələdiyyə torpağından kənd daxili su arxını torpaq ilə doldurmuşdur. Həmin mübahisənin həll edilməsi üçün məhkəmədə iddia qaldırılması qərara alınmışdır. Lənkəran rayon Xolmili-Şıxakəran bələdiyyəsinin sədri Tabir Hüseynov tərəfindən cavabdehə göndərilən məktubdan görünür ki, Cavabdeh bələdiyyəyə məxsus 0,06 ha torpaq sahəsini almaq istəmişdir. Lakin həmin ərazidə yaşayan vətəndaşların şikayəti əsasında prosses dayandırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Lənkəran rayonu Xolmilli-Şıxəkəran Bələdiyyəsinə qarşı “torpaq sahəsinin satılması öhdəliyinin cavabdehə həvalə ounması” tələbinə dair 2-1(120)-3355/2025 saylı mülki iş üzrə Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsində qeyd edilmişdir: 1.Hüquqların döviət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24.02 2022-ciı il tanxlı ********** qeydiyyat nomrəiı Çıxarışa və 10 02.2022-cı ıl tanxlı **********42- 10301 reyestr nömrəli Texnıki Pasporta əsəsən iddiaçı X4 və qeyriıərınin müİKiyyətındə olan Lənkəran rayonu, Şıxəkəran kənd ərazisində yerləşən 0,23 ha torpaq sahəsindən əlavə X5 və qeyrılərinin faktiki istifadələrində olan (həmin **********42-10301 reyestr nomrəiı Texnik Pasporta əsasən zəbt torpaq sahəsi) 0,06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. 2.Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 24.02 2022-cı il tarixli, ********** qeydiyyat nomrəiı Çıxarışa və xx.xx.2022-ci ıl tarixi **********42- 10301 reyestr nömrəli Texniki Pasporta əsasən iddiaçı X5 və qeyrilənnin mülkiyyətində olan Lənkəran rayonu Şıxəkəran kəm ərazisində yerləşən 0,23 ha torpaq sahəsindən əlavə Cavabdeh və qeyrilənnin faktiki istifadələrində olan (həmin **********42-10301 reyestr nomrəli Texni Pasporta əsasən zəbt torpaq sahəsi) 0,06 ha torpaq sahəsinin hazırda huquqi statusu bələdiyyə mülkiyyətinə kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına uqodiyasında tikinti altinda olan torpaq sahələinə və məqsədli istifadə növünün həyətyanı və ya fərdi yaşayış evinin tikintisi üçün olması müəyyən edilmişdir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24 02.2022-cı il tarixli. ********** qeydiyyat nömrəli Çıxarışa və xx.xx.2022-ci il tarixli. **********42-10301 reyestr nömrəli Texniki Pasporta əsasən iddiaçı Cavabdeh və qeyrılərının mülkiyyətində olan Lənkəran rayonu Şıxəkəran kəndi ərazisində yerləşər 0.23 na torpaq sahəsindən əlavə bələdiyyə mülkiyyətinə aid 0.06 ha torpaq sahəsinin faktiki otaraq Cavabdeh və qeydlərinin istifadələrində olması və təyinatı uzrə istifadə edilməsi müəyyən olunmuşdur. 4.Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24.02 2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa və 10 02 2022-ci ıl tarixli, **********42- 10301 reyestr nömrəli Texniki Pasporta əsasən iddiaçı Cavabdeh və qeyntenmn mülkiyyətində olan Lənkəran rayonu, Şıxəkəran kəndi ərazisində yerləşən 0,23 ha torpaq sahəsindən əlavə Cavabdeh və qeydlərinin faktiki istifadələrində olan (həmin **********42- 10301 reyestr nömrəli Texniki Pasporta əsasən zəbt torpaq sahəsi 0,06 ha torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi, başqa üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə duşməməsı müəyyən olunmuşdur. Lənkəran rayon Məhkəməsinin 2(049)-1715/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh X8 qarşı Lənkəran rayonu Şıxəkəran kəndi ərazisində yerləşən, özünün mülkiyyətində olan və yaşadığı evin həyətinə qonşu həyətdən hasarın altından çəkilmiş su ötürücü borunun cavabdehin hesabına çıxarılması, 2021-ci ildə Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən qrunt və çirkab sularının axıdılması üçün qazdırılmış su ötürücü kanalın açılması, həmin kanalın su ötürücü qabiliyyətinin cavabdeh tərəfindən bərpa edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə iddia tələbi rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1706/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2(049)-1715/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Lənkəran rayonu Xolmilli-Şıxəkəran Bələdiyyəsinə qarşı “torpaq sahəsinin satılması öhdəliyinin cavabdehə həvalə ounması” tələbinə dair 2-1(120)-3355/2025 saylı mülki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktına əsasən, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 153.1 maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin məcəllənin 153.2 maddəsinə əsasən qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, iddia tələbində mübahisələndirilən və Lənkəran rayonu, Şıxəkəran kəndində yerləşən kənd bələdiyyəsinə məxsus sahəsi 0,06 ha olan torpaq sahəsi Cavabdeh tərəfindən qanuni əsas olmadan zəbt edilərək, istifadə edilir. İddiaçı Lənkəran rayon Xolmili-Şıxakəran bələdiyyəsi həmin torpaq sahəsinin zəbtdən azad edilərək, bələdiyyənin istifadəsinə qaytarılmasını və zəbt olunmuş ərazidə inşa edilən hasarın sökülməsi, orada əvvəl mövcud olan su kanalı xətti və hasarın cavabdehin hesabına bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılması və tam istifadəyə yararlı vəziyyətə gətirilməsini tələb edir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, zəbt edilmiş torpaq sahəsinin bələdiyyənin istifadəsinə qaytarılması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbində qeyd edilən ərazidə zəbt olunmuş ərazidə su kanalı xəttinin və hasarın əvvəllər mövcud olması ilə əlaqadar məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia tələbini həmin hissədə əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh Lənkəran rayonu Şıxəkəran kəndində yerləşən və Lənkəran rayon Xolmili-Şıxakəran bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi Lənkəran rayon Xolmili-Şıxakəran bələdiyyəsinin istifadəsinə qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş Lənkəran rayon Xolmili-Şıxakəran bələdiyyəsinin sədri X11 ilə Lənkəran rayon vəkil bürosunun vəkili Vəkil arasında bağlanmış xx.xx.2025-ci il tarixli “hüquqi yardımın göstərilməsi haqqında” müqavilədən və ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən Lənkəran rayon vəkil bürosunun hesabına hüquqi yardımın göstərilməsi ilə əlaqadar 520 manat vəsait ödənilmişdir. Odur ki, iddia tələbi qismən təmin edildiyinə görə Cavabdeh vəkil burosuna ödənilmiş haqqın əvəzi olaraq 250 manat məbləğində pul vəsaiti Lənkəran rayon Xolmili-Şıxakəran bələdiyyəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Lənkəran rayonu Şıxəkəran kəndində yerləşən və Lənkəran rayon Xolmili- Şıxakəran bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi Lənkəran rayon Xolmili-Şıxakəran bələdiyyəsinin istifadəsinə qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə hüquqi yardımın göstərilməsi ilə əlaqadar iddiaçı tərəfindən vəkilə ödənilmiş haqqın əvəzi olaraq 250 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Lənkəran rayon Xolmili-Şıxakəran bələdiyyəsinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar