Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-644/2024 29.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ X3 Əhmədağa oğlunun sədrliyi,Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı işçinin işəgötürənə vurduğu ziyana görə X5inə dair iddiası üzrə mülki işə 29 mart 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı işçinin işəgötürənə vurduğu ziyana görə X5inə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2117 manat əsas borc məbləği, 65 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və 150 manat hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq olmaqla cəmi 2332 manatın tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" QSC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC-nin satış şöbəsində çalışdığı zaman ona, 3600 manat pul məbləği dəyərində bilet təhvil verilmişdir. Təhvildən bir müddət sonra Cavabdeh tərəfindən ona təhvil verilmiş biletlərin bir qisminin mənimsənildiyi müəyyən olunmuşdur. Belə ki, cavabdeh öz izahatı zamanı 2117 manat məbləğində biletlərin həqiqətən sayım zamanı əskik olduğunu və biletlərin dəyərini xx.xx.2023-cü il tarixində geri qaytaracağına dair söz vermişdir. Bununla da əmək funksiyasını yerinə yetirən zaman qanun pozuntusuna yol verilmişdir. Maddi ziyandan bu günədək heç bir ödəniş edilməmişdir. xx.xx.2023 cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı QSC-nə olan borcu 2117 manat təşkil edir. Nəticədə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənə 2117 manat məbləğində maddi ziyan vurulmuşdur. Göstərilənləri əsas tutaraq, cavabdehdən 2117 manat əsas borc məbləği, 65 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və 150 manat hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq olmaqla cəmi 2332 manatın tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı QSC-nin nümayəndəsi Vəkil iclasda iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək xx.xx.2024-cü il tarixə təyin olunmuş baxış iclasının onun iştirakı olmadan keçirilməsini və işə qiyabı icraat qaydasında baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasını xahiş etməsini nəzərə alıb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə ayrıca qərardadla işə qiyabi icraat qaydasında baxılması barədə qərar qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh elektron kabinetinə, həmçinin kağız variantında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəblərini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsini rəhbər tutub işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 aprel 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" QSC-də satıcı vəzifəsinə işə qəbul olumuşdur. Tərəflər arasında bağlanamış “X5 haqqında” müqavilədən görünür ki, Cavabdeh ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması və görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 000080 və 000081 saylı Malların Təhvil- Təslim Aktlarından görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh ümumilikdə 3600 manat dəyərində bilet təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli izahatından görünür ki, ona verilən 3600 manat lotoreya biletlərinin yoxlanışı zamanı 2117 manat dəyərində lotoreya biletinin pulu əskik gəlmiş və cavabdeh o məbləği xx.xx.2023-cü il tarixində geri qaytaracağına söz vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində "xxxx" QSC-yə 2117 manat maddi ziyan vurulmuş və maddi ziyandan bu arayışın verildiyi günə kimi heç bir ödəniş edilməmişdir. Nəticədə cavabdehin "xxxx" QSC-yə olan borcu xx.xx.2023-cü il tarixinə 2117 manat təşkil edir. Ödəniş portalı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası üçün 65 manat və hüquqi yardımın göstərilməsindən ötrü “Sirius” vəkil bürosunun bank hesabına 150 manat vəsait köçürülmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203.1-ci maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. İddiaçı tərəfindən göstərilən tələblərə əsasən Cavabdeh yazılı izahatı alınmış, "İntegral Express»QSC-nə dəymiş ziyan müəyyən edilmiş, dəymiş ziyanla Cavabdeh hərəkətləri arasında səbəbli əlaqə təsdiq edilmiş və Cavabdeh əməlinin qanunauyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndində işəgotürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, “f” bəndində əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə isçinin əsas vəzifələri olaraq müəyyən edilmişdir. Cavabdeh Əmək Məcəlləsi və “İntegral Express»QSC ilə imzaladığı xx.xx.2023-cü il tarixli Əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Həmin Məcəlləsinin 11-ci maddəsinin “e” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgotürənin işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququ vardır. Həmin Məcəlləsinin 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X5 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. "İntegral Express»QSC-nə vurduğu ziyanı konüllü surətdə ödəməsi barədə Cavabdeh dəfələrlə xəbərdarlıq edilsə də o, ziyanı könüllü ödəməkdən imtina etmişdir. Cavabdeh ilə imzalanmış xx.xx.2023-cü il tarixli X5 X2 Müqaviləsinin 1-ci bəndnə əsasən maddi məsul şəxs ona işəgotürən tərəfindən etibar edilərək verilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eynİ zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olması öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “c” bəndinə əsasən inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda X5 daşıyır. Həmin maddənin “ç” bəndinə əsasən isçi əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Cavabdeh əmək fəaliyyətinin və ona etibar edilmiş maddi sərvətlər üzrə hesabatın müəyyən edilməsi məqsədilə aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh "İntegral Express» QSC tərəfindən əmək müqaviləsi üzrə ona etibar edilən əmlakı öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən isə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" QSC-də satıcı vəzifəsinə işə qəbul olmuş cavabdehə satış şöbəsində işlədiyi zaman 3600 manat dəyərində lotoreya bileti təhvil təhvil verilmiş və təhvildən bir müddət sonra cavabdeh tərəfindən ona təhvil verilmiş biletlərdən bir qisminin, yəni 2117 manat məbləğində biletin mənimsənildiyi müəyyən olunmuşdur. Bununla da cavabdeh, əmək funksiyaların yerinə yetirərəkən qanun pozuntusuna yol verməklə iddiuaçıya maddi ziyan vurmuşdur. Buna görə də cavabehdən maddi ziyanın əvəzi olan 2117 manat tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ilkin mediasiya sessiyası üzrə ödədiyi 65 manat və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödədiyi 150 manat cavabdehə aid edilməli və ondan tutlaraq iddiaçıya verilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh maddi ziyan olaraq 2117 manat, 65 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 150 manat, cəmi 2332 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Cavabdeh, qiyabi qətnaməni aldıqdan sonra on gün müddətində qətnamənin ləğv edilməsi üçün Lənkəran Rayon Məhkəməsinə ərizə verə bilər. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(049)-644/2024
Lənkəran Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(049)-644/2024
29.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver