Məhkəmə qərarları › İş №e-2(049)-991/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-991/2023

16.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-991/2023 16.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X45 Əhmədağa oğlunun sədrliyi,Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx"nin nümayəndəsi X8 iştirakı ilə, İlk İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx"nə qarşı “işdən çıxarılması ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarının, işdən çıxarılması əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair” ilk və qarşılıqlı iddiaçı "xxxx"nin İddiaçı qarşı “kooperativə məxsus möhürlərin, seyflərin açarlarının və uçot sənədlərinin (hüquqi, maliyyə-uçot, kadr uçotu və digər sənədlər) təhvil-təslimi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə 16 iyun 2023-cü il tarixdə, Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MTK-na qarşı işdən çıxarılması ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarının, işdən çıxarılması əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 09 Aprel 2015-ci il tarixində ********** sayla dövlət qeydiyyatımı alınmışdır. Cavabdeh Cəbrayılova (Muradlı) Aytəkin Seyidağa qızı, X16, X17, X23, Məmmədli (Həsəli) Zeynəb İlqar qızı və X24 tərəfindən təsis edilmiş, İddiaçı Cavabdeh təsis edildiyi gündən etibarən kooperativin direktoru vəzifəsində çalışmışdır. Belə ki, xx.xx.2016-eı il tarixində İddiaçı ilə “Cənub" MTK arasında müddətsiz əmək müqaviləsi bağlanılmışdır. Bu müqavilə xx.xx.2016-cı il tarixli, xxxxxxx000400 nömrəli “əmək muqaviləsinin bağlanmasıilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmış, xx.xx.2016-cı il tarixində sistemə daxil edilmişdir. Bu müqavilə ilə İddiaçı hər ay 200 manat məbləğində əmək haqqı ödənilməsi müəyyən edilmişdir. Daha sonra əmək muqaviləsinə edilən dəyişikliklə 320 manat müəyyən edilmişdir. Minimum əmək haqqının artırılması ilə əlaqədar son olaraq isə 360 manat olmuşdur. Lakin xx.xx.2022-ci il tarixində təsisçilərin ümumi yığıncağı tərəfindən İddiaçı oglu tutduğu vəzifədən azad edilmişdir. Bununla bağlı İddiaçı heç bir məlumat verilməmiş, hansı əsasla işdən çıxarıldığı məlum olmamışdır. Belə ki, iddiaçıya işdən çıxarılma əmri təqdim edilməmiş, İddiaçı bu barədə xx.xx.2023-cü il tarixində, Azərbaycan Respublikasının İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyiciləri üzrə kommersiya hüquqi şəxslərin reyestr məlumatları vasitəsi ilə xəbər tutmuşdur. Bildirmək istəyir ki, X39 ’‘Cənub Mənzil Tikinti Koperativi”nə qarşı mənzilin təhvil verilməsi və cavabdeh tərəfindən onun mənzillərə daxil olmasına görə yaradılan qanunsuz maneələrin cavabdehə qadağan edilməsi barədə iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra direktor İddiaçı şəxsində "xxxx" MTK tərəfindən «Cənub MTK»-nın üzvlərinin ümumi iclasının 60, 61 və 62 saylı protokollarının, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reysterindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi verilərək sözügedən müqavilələrin “Cənub" MTK-ya har hansı aidiyyəti olmadığı və orada olan möhür və imzaların saxta olduğu bildirilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2388/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə ekpertizası - məhkəmə- xətşünaslıq ekspertizası və sənədlərin məhkəmə-texmki ekspertizası təyin edilməsi qərara alınmış və məhkəmə ekspertizasının rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Həmin iş Lənkəran Rayon Məhkəməsində 2(049)-119/2023 nömrəsi X53 Aslanovun icraatındadır. Bundan sonra "xxxx" MTK-nin təsisçiləri tərəfindən saxta imza və möhürlərin aydınlaşdırılmaması məqsədi ilə təsisçilərin ümumi yığıncağı keçirilmiş və İddiaçı direktor vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilmişdir. Lakin nə bu qərarın, nə də işdən çıxarılma barədə işəgötürənin müvafiq əmrinin surəti İddiaçı təqdim edilməmişdir. Daha sonra "xxxx" MTKnın direktoru X5 təyin edilmişdir. Burada əsas məqsəd təsisçilər tərərfindən həyata keçirilən qanunsuzluğun aşkar edilməsinə mane olmaqdır. Belə ki, Cəbrayılova Aytəkin tərəfindən Lənkəran Rayon Məhkəməsinə təqdim edilən xx.xx.2023-cü il tarixli ərizədə iş üzrə icraatın dayanlırılmasına əsas olan məhkəmə-texniki ekspertizasının keçirilmədən geri çağırılması və işin məhkəmə baxışına təyin olunması xahiş edilmişdir. Təsisçilər tərəfindən İddiaçı işdən çıxarılmasında və yeni direktorun təyin edilməsində əsas məqsəd iş üzrə obyektiv araşdırma aparılmasının qarşısını almaqdır. Təsisçilər tərəfindən heç bir məlumat verilmədən MTK təsis edildiyi gündən direktor olaraq fəaliyyət göstərən İddiaçı vəzifəsindən qanunsuz olaraq azad edilmişdir. Çünki təsisçilərin məqsədi yeni direktor Aytəkin Cəbrayılovanın vasitəçiliyi ilə qarşılıqlı iddianı geri götürmək və bununla da müqavilədə olan saxta imza və möhürün müəyyən edilməsinin qarşısını almaqdır. Cəbrayılova Aytəkin tərəfindən məhkəməyə təqdim edilən sözügedən ərizə də bunun sübutudur. Belə ki, təsisçilərin əsas məqsədi Emin Rəsulov tərəfidən verilmiş iddianın təmin edilməsidir. Bununla onlar baş vermiş qanunsuzluqların araşdırılmamasını təmin etmək niyyətindədirlər. İddiaçı vəzifəsini icra eldiyi müddət ərzində əsas məqsədi qanunsuzluqların qarşısını almaq olmuşdur. Tərəfindən müvəqqəti təminat tədbirinin təmin edilməsi ilə əlaqədar Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Şirvan Kommersiya Məhkəməsi tərəfindən qəbul edilən 16(121)- 6/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadla X10, X13, X26, X9, Cəbrayılova (Muradlı) Aytəkİn Seyidağa qızına və Cavabdehnə təsisçilərinin növbəti və növbədənkənar, o cümlədən kooperativ sədrinin dəyişdirilməsi ilə bağlı ümumi yığıncağın keçirilməsi qadağan edilmişdir. Bununla bərabər “Cənub Mənzil Tikinti" Kooperativinin sədri X5 tərəfindən Bakı şəhəri 10 Saylı vəkil bürosunun müdirinə məktub ünvanlanaraq bildirilmişdir ki, “Bakı şəhəri 10 saylı vəkil bürosu” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022 -ci il tarixli, 506 saylı müqaviləyə birtərəfli qaydada xilam verilmişdir. Həmçinin müqaviləyə xitam verilməsi və Nümayəndə Şücaət oğluna verilmiş xx.xx.2022-d 11 tarixli vəkil orderinin etibarsız hesab olunması barədə Lənkəran Rayon Məhkəməsinə də məktub təqdim edilmişdir. Odur ki, İddiaçı qanunsuz olaraq işdən çıxarıldığı üçün onun işə bərpa edilməsi barədə iddia ərizəsi ilə Lənkəran Ravon Məhkəməsinə müraciət etmək zərurəti yaranmışdır. Onu da qeyd edək ki, iddiaçı onun əmək hüquqlarının kobud şəkildə pozulması səbəbilə cavabdeh "Cənub Mənzil Tikinti” Kooperativi ilə mübahisənin məhkəmədən kənar həllinə də cəhd edib. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mübahisənin tənzimlənməsi üçün səy göstərib, ancaq, bu səylər heç bir səmərə verməyib. Lənkəran 1 saylı Mediasiya Təşkilatının mediator qismində təyin etdiyi mediatoru X18 xx.xx.2023-cü il tarixli, MŞL-00112 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışında qeyd edilir ki, cavabdeh "Cənub” MTK-nın nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməyib. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq məhkəmədən İddiaçı işdən çıxarılması ilə əlaqədar işəgötürən, "xxxx" MTK-nın əmrinin, "xxxx" MTK-nın təsisçilərinin ümumi yığıncağının İddiaçı direktor vəzifəsinə xilam verilməsi ilə bağlı qərarının ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və işdən çıxarıldığı gündən hesablanmaqla işə bərpa ediləcəyi günə qədər olan məcburi işburaxma dövrünə görə aylıq əmək haqqı olan 360 manat məbləğində əmək haqqının "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh sədri X5 ilk iddiaya qarşı etiraz verərək və etiraz ərizəsinə izahatlarını əlavə edərək etirazını onunla əsaslandırmışdır ki, kooperativin payçıları xx.xx.2022-ci il tarixində növbədənkənar yığıncağ keçirmişlər. Umumi yığıncağ yetərsay həddində yekdilliklə Kooperativin sədri (direktoru) və qanuni təmsilçisi İddiaçı tutduğu vəzifəsindən azad olunması və X1 Cavabdeh sədri və qanuni təmsilçisi seçilməsi barədə qərar qəbul etmişdir. İddiaçı öz vəkili Nümayəndə Şücaət oğlu vasitəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək “işə bərpa” tələbi ilə Cavabdehnə qarşı iddia qaldırmışdır. Həmin iddiaya aşagıdakı səbəblərdən etiraz edir: 1-ci səbəb: Quliyev X4 üzvü deyil. MM-nin 111.1 maddəsinə görə Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Quliyev X4 üzvü deyil, X5 isə Kooperativin üzvüdür və Kooperativin pay fondunda 20 % payı var. 2-ci səbəb: Məhkəmə müraciət etmək üçün qanunla nəzərdə tutulan 1 təqvim ayı müddəti keçmişdir. İddiaçının vəkili iddia edir ki, işdən çıxarılması ilə baglı İddiaçı məlumat verilməmiş, eləcə də işdən çıxarılması ilə bağlı xitam əmri ona təqdim olunmamışdır. İddiaçı işdən çıxarılması barədə məlumatı kommersiya qurumlarının dövlət reyestr məlumatlarından xx.xx.2023-cü il tarixində əldə etmişdir. İddiaçının vəkili tərəfindən yuxarıda qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı tərəfin iddia ərizəsinə əlavə etdiyi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın “mediasiyanın tətbiqi barədə təklifin tarixi” qrafasında xx.xx.2022-ci il tarixi göstərilir. Bundan əlavə xx.xx.2023-cü il tarixində Kooperativin payçısı X6 ünvanına İddiaçı işdən çıxarılmasına əsas olan sənədlərin surətlərinin tələbi ilə, iddiaçının vəkili Nümayəndə Şücaət oğlu tərəfindən xx.xx.2022-ci il tarıxındə imzalanmış məktub (sorğu) göndərilmişdir. xx.xx.2022-ci il tarixində isə İddiaçı özü şəxsən payçı X6 həyat yoldaşı X11 ilə mobil telefonla bu barədə danışmışdır. Əmək Məcəlləsinin 296.2 maddəsində göstərilir ki, həmin məcəllənin 294.2 maddəsində nəzərdə tutulmuş haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərdiyimiz sübutlardan göründüyü kimi, hüququnun pozulmasını iddia edən İddiaçı işdən azad olunması artıq xx.xx.2022-ci il tarixində məlum olmuşdur. Təqdim etdiyi iddia ərizəsinin icraata qəbul olunmayacağını bildiyi üçün iddiaçının vəkili həqiqəti təhrif edərək guya İddiaçı işdən çıxması barədə məlumatı xx.xx.2023- cü il tarıxındə əldə etdiyini göstərmişdir. 3-cü səbəb: İddiaçı əmək haqqı ilə bağlı hər hansı tələbinin Cavabdeh tərəfindən icrası hal-hazırda mümkün deyil. İşdən azad olunmasına baxmayaraq Quliyev X4 uçot sənədlərini, o cümlədən əmək haqqları ilə bağlı cədvəlləri təhvil verməkdən imtina edir. Bu səbəbdən işçinin Kooperativdən bu vaxta qədər aldığı əmək haqqlarının yoxlanılması və işçiyə olan borcun (və yaxud işçinin Kooperativə olan borcunun) dəqiqləşdirilməsi mümkün deyil. 4-cü səbəb: Cavabdeh qaldırılmış iddia üzrə cavabdeh ola bilməz. Belə ki, Mülkı Məcəllənın 111.1 maddəsində qeyd olunur ki, kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. 111.3.2. maddəsi ilə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilir. 111.4. maddəsində göstərilir ki, kooperativin ümumi yığıncağının və ya müşahidə şurasının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri onlar həll edilmək üçün kooperativin icra orqanlarına verə bilməzlər. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsində hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğu qeyd olunur. Eləcə də Konstitusiyanın 71-cı maddəsinin İİ hissəsində qeyd olunur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. İddiaçı işdən cıxarılmasının əsl səbəbləri barədə izahat Etiraza əlavə olunmuşdur. Həmin izahatda göstərilmişdir ki, kooperativin payçıları xx.xx.2022-ci il tarixində növbədənkənar yığıncağ keçirmişdir. Kooperativin payçılarına əvvəlcədən tələbnamələr göndərilərək yığıncağ keçiriləcəyi barədə məlumat verilmişdir. Kooperativin 6 payçısından 5 nəfəri yığıncaqda iştirak etmiş 1 nəfər - paycı X24 yığıncağa gəlməmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 111.7 maddəsinə görə kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Baş tutan növbədənkənar yığıncağının qərarı ilə kooperativin sədri (direktoru) İddiaçı tutduğu vəzifəsindən kənarlaşdırılmışdır. X5 yetərsay həddində yekdilliklə Cavabdeh sədri və qanuni təmsilçisi seçilmişdir. Dəyişikliyin dövlət qeydiyatına alınması üçün Dövlət Vergi Xidmətinə müraciət olunması da qərarla X2 həvalə edilmişdir. Yığıncaqda Kooperativin son 3 illik fəaliyyətinin yoxlanılmasına dair qərar da qəbul edilmişdir. X44 qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununda (maddə 9.3) deyilir ki, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə X44 reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Bu qanunla (maddə 9.2) həm də müəyyən olunur ki, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik barədə, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. xx.xx.2022ci il tarixində müraciət üçün sənədlər Lənkəran Ərazi Vergilər Baş İdarəsinə təqdim olunmuş, xx.xx.2022-ci il tarixində X44 Reyestri tərəfindən sözü gedən dəyişiklik qeydiyyata alınmışdır. Vəzifədən kənarlaşdırılması barədə dəyişiklik qanuni qüvvəyə minənə qədər İddiaçı öz vəzifəsini icra etməyə davam etmişdir. i, İddiaçı xx.xx.2022-ci il tarixindən vəzifə səlahiyyətlərindən kənarlaşdırılsa da onunla bağlanmış əmək müqaviləsinə 01 yanvar 2023-cü il tarıxındə xitam verilmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 111.1 maddəsinə görə Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 109-4.1.3 maddəsində isə kooperativin üzvlərinin kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüququ olduğu qeyd olunur. İddiaçı isə kooperativə sədrlik etdiyi son 4 ildə kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verməkdən boyun qaçırmış, kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını payçılara təqdim etməmişdir. Beləliklə İddiaçı kooperativə sədrlik etdiyi son 4 ildə kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verməmiş, kooperativin cərimə olunmasına səbəb olan 10-dan çox hesabatları vergi orqanlarına təqdim etməmiş, kooperativin daxili kreditlə alıcılara təqdim etdiyi mənzillərdən toplanan 275 000 manat vəsaiti öz istədiyi kimi istifadə edərək hal-hazırda qalıq məbləği vergilər üzrə 69347.80 manat, hesablanmış faizlər üzrə 591.56 manat məbləğində olan borcun bağlanması üçün heç bir səy göstərməmiş, bununla da işlədiyi müddət ərzində 12566.51 vergilər üzrə cərimə faizlərinin hesablanmasına, 86597.17 manat vergi borcu müqabilində kooperativə məxsus (hazlrda bazar qiyməti birlikdə 140-150 min manat olan) iki mənzilin üzərinə həbs qoyulmasına səbəb olmuş, müxtəlif bəhanələrlə təsisçiləri və onların nümayəndələrini şirkətin ofisinə buraxmamış, müştərilər tərəfindən kooperativə qarşı qaldırılmış iddiaların səbəbləri barədə təsisçilərə məlumat verməkdən imtina etmişdir. Bütün bu sadalananlar əsas götürülərək, “Əmək müqaviləsi bildirişi” altsistemində 001/2023 saylı, xx.xx.2023-cü il tarxli xitam əmri ilə İddiaçı Əmək Məcəlləsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Belə ki, İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində müəssisənin və mülkiyyətçilərin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. İddiaçı sözü gedən yığıncaqda qəbul olunmuş “Kooperativin son 3 illik fəaliyyətinin auditor cəlb etməklə yoxlanılması” barədə qərarın icrasına mane olmaq üçün bu günə qədər kooperativin onda olan uçot sənədlərini təhvil verməmişdir. İddianın mahiyyətinə aid olmasa da, iddiaçının vəkilinin işin mahiyyəti ilə əlaqələndirilməyə cəhd etdiyi, Lənkəran rayon Məhkəməsində vətəndaş X40 tərəfindən Cavabdehnə qarşı qaldırılmış “mənzillərin təhvil verilməsi və maniələrin aradan qaldırılması”na dair 2(049)-119/2023 saylı hal-hazırda hakim Murad Aslanovun icraatında olan məhkəmə işi barədə aşagıdakıları məlumat üçün bildirmək istərlər: İddiaçının vəkili adı çəkilən məhkəmə işini bilavasitə İddiaçı vəzifəsindən azad olunması ilə əlaqələndirməyə çalışır. Qeyd edir ki, X41 vicdanlı alıcıdır. O öz briqadası ilə vaxtı ilə kooperativə məxsus mənzillərdə təmir işləri aparmışdır. Daha sonra kooperativin daxili kreditlə vətəndaşlara satdığı 3 mənzil həmin vətəndaşların pul ödəmək imkanı olmadığı üçün geri qaytarılmış, və həmin mənzilləri Rəsulov Emin dəyərini tam ödəməklə əldə etmişdir. Onun kooperativdən 3 mənzil əldə etdiyi bütün payçılara məlumdur. Onu da qeyd etməyi lazım bilirlər ki, kooperativ tərəfindən mənzillər vətəndaşlara təqdim olunarkən müqavilələrin bağlanmasına ixtisasca hüquqşünas olduğu üçün bilavasitə payçı Muradov Mehdi nəzarət edib. Nəzəri olaraq Cavabdeh həmin mənzillərin açarlarını X27 təqdim etmək, və onun mənzillərə daxil olmasını təmin etməklə bu məsələ ilə bağlı məhkəmə icraatını sonlandıra bilər. Lakin kooperativin paycıcı X24 bu iş üzrə iddiaçı olan kooperativin əvvəlki sədri İddiaçı ilə əlbir olaraq, kooperativ tərəfindən X27 verilən mənzilləri ikinci dəfə şəxsiyyəti onlara məlum olmayan şəxslərə satdığı üçün X41 mənzilləri öz adına rəsmiləşdirə bilmir. Kooperativin payçısı Muradov Mehdi də İddiaçı Kooperativin sədri vəzifəsindən kənarlaşdırılması zamanı özünün, yəni X12 hüquqlarının pozulmasını iddia edən ilkin mediasiya təklifi ilə digər payçılara müraciət etmiş, 03 fevral 2023- cü il tarixində ilkin mediasiya sessiyası keçirilmişdir. X3 öz nümayəndəsi vasitəsi ilə ilkin mediasiya sessiyasında iştirak etmiş və tərəflər sonrakı mediasiya sessiyalarında iştirak etmək istəmədiklərini bildirmişlər. Kooperativin paycısı X24 və kooperativin əvvəlki sədri İddiaçı tərəfindən israrla onun, yəni İddiaçı kooperativin sədri vəzifəsinə qaytarılmasının istənməsinin səbəbi onların əlbir olaraq mənzillərin iki və daha çox şəxsə satması barədə araşdırma aparılmasına imkan verməmək və bu kimi əməllərin üstünü örtmək cəhdidir. Aralarında yaxın qohumluq əlaqələri olduğu üçün, payçılar bu məsələnin cinayət araşdırması müstəvisinə çıxardılmasını istəmirlər. Muradov Mehdiyə ya mənzilləri ya da onların dəyərini X27 qaytarmağı təklif edirlər. X52 kooperativin əvvəlki sədrini (İddiaçı) vəzifəsinə geri bərpa etməkdə israr edir və bundan sonra digər payçıları onun təbiri ilə “on il məhkəmələrdə süründürəcəyini” bildirir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsində hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğu qeyd olunur. Eləcə də Konstitusiyanın 71-cı maddəsinin İİ hissəsində qeyd olunur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüququnun pozulduğunu iddia edən İddiaçı əslində özü kooperativin payçılarının hüquqlarını kopud şəkildə pozmuşdur. Mülki Məcəllənin 111.1 maddəsində qeyd olunur ki, kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Həmin məcəllənin 111.3.2. maddəsi ilə kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilir. Yığıncaq keçirərək kooperativin sədrini dəyişməklə payçılar hər hansı bir qanunun tələbini pozmamış, İddiaçı da daxil olmaqla heç kimə qarşı qərəzli qərar qəbul etməmişlər. İddiaçı fəaliyyət dövrü müstəqil auditor tərəfindən araşdırılacaq və yalnız bundan sonra lazım gələrsə qanun çərçivəsində hüquqi tədbirlər görüləcək. «Cənub Mənzil Tikinti Kooperativi”MMC məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək "xxxx" MTK-ə məxsus möhürlərin, seyflərin açarlarının və uçot sənədlərinin və Kooperativin fəaliyyətini əks etdirən digər sənədlərin İddiaçı alınıb Ümumi yığıncağın sədrinə və ya Kooperativin icra orqanına təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarıxındə təsis olunmuşdur. Kooperativin hazırkı payçıları aşağıdakı vətəndaşlarıdır: 1. X14 ş/v AA 0014198, pay fondundakı payı 10 pay, 25% 2. X19 ş/v AZE № 17490164, pay fondundakı payı 8 pay, 20% 3. X24 ş/v AA 0343094, pay fondundakı payı 8 pay, 20% 4. Cəbrayılova (Muradlı) Aytəkin Seyidağa qızış/vAZE №17915176, pay fondundakı payı 8 pay, 20% 5. X23 ş/v AA № 3993054, pay fondundakı payı 4 pay, 10% 6. Məmmədli (Həsənli) Zeynəb İlqar qızı, ş/v AA № 1542443, pay fondundakı payı 2 pay, 5% Kooperativin payçıları xx.xx.2022-ci il tarixində növbədənkənar yığıncağ keçirmişdir. Kooperativin payçılarına əvvəlcədən tələbnamələr göndərilərək yığıncağ keçiriləcəyi barədə məlumat verilmişdir. Kooperativin 6 payçısından 5 nəfəri yığıncaqda iştirak etmiş 1 nəfər - paycı X24 yığıncağa gəlməmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 111.1 maddəsində qeyd olunur ki, Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 111.3.2. maddəsi ilə kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 111.7 maddəsinə görə kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Baş tutan növbədənkənar yığıncağının qərarı ilə kooperativin sədri (direktoru) İddiaçı tutduğu vəzifəsindən kənarlaşdırılmışdır. X5 yetərsay həddində yekdilliklə Cavabdeh sədri və qanuni təmsilçisi seçilmişdir. Dəyişikliyin dövlət qeydiyatına alınması üçün Dövlət Vergi Xidmətinə müraciət olunması da qərarla X2 həvalə edilmişdir. Yığıncaqda Kooperativin son 3 illik fəaliyyətinin yoxlanılmasına dair qərar da qəbul edilmişdir. xx.xx.2022-ci il tarixində qeydiyyat üçün sənədlər Lənkəran Ərazi Vergilər Baş İdarəsinə təqdim olunmuş, xx.xx.2022-ci il tarixində X44 Reyestri tərəfindən sözü gedən dəyişiklik qeydiyyata alınmışdır. Təhvil-təslim üçün, eləcə də işçiyə aid olan son haqq-hesabının dəqiqləşdirilməsi üçün dəvət olunmasına baxmayaraq İddiaçı kooperativə aid sənədləri təhvil verməyəcəyini bildirmiş və görüşməkdən imtina etmişdir. Məhkəməyə müraciət etmək qərarı alaraq iddia ərizəsi məhkəməyə verilənədək müvəqqəti təminat tədbiri qismində özünün, yəni İddiaçı "Cənub Mənzil Tikinti˝ Kooperativinin qanuni təmsilçisi vəzifəsinə bərpa edilməsi, onun qanuni təmsilçilikdən kənarlaşdırılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi və bu barədə dövlət reyestrində müvafiq qeydin aparılmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş edən ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 16(049)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 16(049)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən şikayət verilmişdir. Bu dəfə Lənkəran Rayon Məhkəməsinin 16(049)-38/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, Lənkəran Rayon Məhkəməsinin 26 dekabr 2022ci il tarixli 16(049)-38/2022 saylı qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsində hakim Tofiq Heydərovun sədrliyi ilə 16(106)-6/2023 saylı məhkəmə işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasında xx.xx.2023-cü il tarixli, 16(106)- 6/2023 saylı Qərardad qəbul olunmuş, Lənkəran Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 16(049)-38/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşə bərpa tələbi ilə məhkəməyə müraciət etməklə və eləcə də kooperativə məxsus sənədləri gizlətməklə İddiaçı ümumi yığıncağın qərarı ilə nəzərdə tutulan müəssisədaxili audit yoxlamasının aparılmasına mane olmağa və onun tərəfindən yol verilmiş ciddi qanun pozuntularının üzə çıxmasının qarşısını almağa cəhd edir. Onu da qeyd etmək istərlər ki, Cinayət Məcəlləsinin 326.1 maddəsi ilə “rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə zədələmə və ya gizlətmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının qanunlarını və eləcədə qanunun aliliyini rəhbər tutaraq, xahiş edirlərki, Cavabdehnə məxsus möhürlərin, seyf açarlarının və eləcə də Kooperativin hüquqi sənədlərinin, maliyyə sənədlərinin, kadrların uçotu üzrə sənədlərin və Kooperativin fəaliyyətini əks etdirən digər sənədlərin İddiaçı alınaraq umumi yığıncağın sədrinə və ya Kooperativin icra orqanına təslim olunması barədə qətnamə qəbul edəsiniz. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda ilkin iddia tələbini müdafiə etmiş və ona uyğun izahat vermiş, qarşılıq iddianın qəbul etməyib onun təmin olunmamasını xahiş etmişlər. Nümayəndə əlavə olaraq gösərmişdir ki,əslində İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması üçün hüquqi əsaslar yoxdur. İddiaçı başqa hakimin icraatında olan mülki işlə əlaqədar özünü deyil, təsisçiləri günahkar hesab etdiyi üçün, onu qeyd olunan maddə ilə işdən çıxarmışlar. Həmin maddə ilə işdən çıxarılmış şəxsləri başqa işəgötürənlər işə götürmürlər. Qarşılıqlı iddiaçının tələb etdiyi möhür və s. sənədlər Muxtarda deyil, təsisçilərdən olan Mirmehdidədir. Quliyev X4 üzvü hesab olunur. Belə ki, onun arvadının kooperativin evlərində mənzili vardır. Həmin mənzil Muxtarla birgə nikahları dövründə alınmışdır. Ona görə də onun kooperativin direktoru olması qanuna uyğun olmuşdur. Muxtar kooperativin direktoru olsa da, faktiki olaraq oranı başqa şəxs idarə etmişdir. Muxtara birdən-birə çox ağır tənbeh verilmişdir. İlk əvvəl ona xəbərdarlıq növündə tənbeh verilə bilərdi. Çünki, kooperativə dəyən ziyan birdən birə üzə çıxmamışdır. Ziyanla bağlı qətnamə çoxdan çıxarılsa da, Muxtar qətnamə çıxarıldıqdan xeyli sonra işdən çıxarılmışdır. Onu təsisçilər öz qanunsuz hərəkətlərini pərdələmək məqsədilə işdən çıxarmışlar. Məhkəmədə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx"nin nümayəndəsi X20 qarşılıqlı iddianı müdafiə etmiş, ilkin iddianı qəbul etməyib qarşılıqlı iddia ərizəsində yazılanlara uyğun izahat vermişdir. Əlavə olaraq göstərmişdir ki, kooperativin əmlakı onun üzvlərinə məxsusudur. Lakin Muxtar kooperativin üzvü deyil. O, kooperativin direktoru təyin edilsə də, faktiki olaraq təsisçilərindən biri olan Mehdinin təsiri altında olmuşdur. Muxtarın arvadı kooperativinmevlərindən mənzil almışdır. Lakin həmin mənzilin pulunu Mehdi ödəmişdir. Onların bir biri ilə sıx münasibətdə olmalarına sübut odur ki, onlar hər ikisi həmin mənzildə pasport qeydiyyatındadırlar. Təsisçilər mənzilləri başqa şəxslərə satdıqdan sonra, Muxtar həmin alqı-satqıları qanunsuz hesab edərək onları təkrar satmış və əldə olunmuş pullarla vergiya olan kooperativin borcunun bir hissəsini ödəmişdir. Kooperativə ziyan vurduğu üçün təsisçilər iclas çağıraraq onun işdən çıxarılmasına dair qərar qəbul etmişlər. Muxtar ona görə işə bərpa olunmaq istəyir ki, etdiyi qanunsuz hərəkətləri ört basdır etsin. İşdən çıxarılmasına dair əmrlə bağlı iclas keçirilməmişdən əvvəl Muxtar xəbərdar edilmişdir. Lakin o, həmin iclasda iştirak etməmişdir. Muxtar təsisçilərin iradələrinə zidd hərəkət edərək, vətəndaşların kooperativə qarşı məhkəmədə qaldırdığı iddiaya qarşı, təsisçilərlə məsləhətləşmədən, onlardan xəbərsiz qarşılıqlı iddia vermişdir. Muxtar həmin qarşılıqlı iddiada kooperativin direktoru kimi özünü deyil, təsisçiləri günahkar saymışdır. Həmin qarşılıqlı iddiadan sonra təsisçilər kooperativdəki qanunsuzluqlarla bağlı biri birindən şübhələnməyə başlamışlar. Buna görə təsisşilər həmin şübhələri aradan qalıdırmaq məqsədilə Muxtarla görüşmək üçün Lənkəran şəhərinə gəldikdə, Muxtar “bunlar mənlik deyil” deməklə kifayətlənmişdir. Bundan sonra da onlar dəfələrlə Lənkərana gəlsələr də, hər dəfə ofisin qapısı bağlı olmuş, Muxtar ofisin açarının onda olmadığını bildirmişdir. Muxtarı işdən çıxarmamışdan əvvəl o, işindən kənarlaşdırılmışdır. Çünki o, təsisçilərə və onların nümayəndəsinə tabe olmurdu. Onun təsisçilərə tabe olmaması, öz vəzifəsini icra etməməsi kimi qəbul olunmuşdur. O, vəzifəsindən kənarlaşdırıldıqdan sonra araşdırma aparılmış və müəyyən olmuşdur ki, o, kooperativə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan sonra o, işdən çıxarılmışdır. Lakin kooperativə vyrduğu maddi ziyanla bağlı ondan izahat tələb olunmamışdır. İzahatı təsisçilər ondan onun onları şərlədiyinə görə istəmişlər. Maddi ziyanla bağlı Muxtardan izahat tələb etməsələr də, Mehdidən tələb etmiş və sonuncu həmin izahatı vermişdir. Məhkəmə ilk iddia üzrə iddiaçını və tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli “Əmək Müqaviləsi”nin surətindən görünür ki, "xxxx" ilə İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanaraq sonuncu "xxxx"nin direktoru vəzifəsinə qəbul edilmiş və onun aylıq əmək haqqı 200 manat məbləğində müəyyən edilmişdir. Həmin Müqavilənin 9.1-ci maddəsinə əsasən Əmək müqaviləsi Əmək Məcəlləsinin 68-70, 73-75-cimaddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. 9.2-ci maddəsinə əsasən isə işəgötürən tərəfinfən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericiliklə nəzərdə tutulan hallarda xəbərdar edilir. İş materiallarında olan “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, Əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmış, xx.xx.2016-cı il tarixində sistemə daxil edilmişdir. İş materiallarında olan “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, İddiaçı aylıq əmək haqqı 320 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx"nin Nizamnaməsinin 3-cü bəndinə əsasən kooperativin üzvlüyünə qəbul, üzvlük kitabçasının məzmunu, üzvə veriləcək ödənişlər, üzvlükdən çıxarma, üzvlərin siyahısının rəsmiləşdirlməsi qaydaları ümumi yığıncağın qərarı ilə müəyyən edilir. 4.1-ci bəndinə əsasən Kooperativin ali idarəetmə orqanı kooperativ üzvlərinin ümumi yığıncağıdır. Növbəti və növbədənkənar yığıncaqların keçirilməsi qaydası ümumi yığıncağın qərarları ilə müəyyən olunur. İş materiallarında olan Lənkəran 1 saylı Mediasıya Təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞL-00112 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "Cənub” MTK-ya qarşı işə bərpa edilməsi ilə bağlı mübahisənin ilkin həlli üçün Mediasiya Şurasına müraciət etmiş, mediasiya sessiyası xx.xx.2023-cü il tarixə təyin edilmiş, "xxxx" MTK-nın nümayəndəsi ilkin mediasıya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan "xxxx" MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının 01 saylı xx.xx.2022-ciil tarixli 01 nömrəli protokolun surətindən görünür ki, umumi yığıncağ yetərsay həddində yekdilliklə Kooperativin sədri (direktoru) və qanuni təmsilçisi İddiaçı tutduğu vəzifəsindən azad olunması və X1 Cavabdeh sədri və qanuni təmsilçisi seçilməsi barədə qərar qəbul etmişdir. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli 001/2023 nömrəli əmrdən görünür ki, “Cənub Mənzil Tikinti» Kooperativində direktor vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklkərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda- bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X15 arasında bağlanmış nikah xx.xx.1989-cu il tarixdə rəsmiləşdirilmiş və sonuncuya “Quliyeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş DƏDRX-nin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən, 40 nömrəli mənzil mülkiyyət hüququ əsasında ilk iddia üzrə iddiaçının arvadı X7 adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclasında tərəflər bildirdilər ki, həmin mənzil “Cənub Mənzil Tikinti» Kooperativinin binasında yerləşir. Məhkəmə hər iki iddiaya qiymət verməmişdən əvvəl qeyd edir ki, ilk əvvəl ilk iddiaya qiymət verilməlidir. İlk iddianın əsasını İddiaçı “Cənub Mənzil Tikinti» Kooperativinə direktor vəzifəsinə bərpa edilməsi təşkil edir. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-2.1-ci maddəsinə əsasən kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109-3. Kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. "xxxx"nin Nizamnaməsinin 3-cü bəndinə əsasən kooperativin üzvlüyünə qəbul, üzvlük kitabçasının məzmunu, üzvə veriləcək ödənişlər, üzvlükdən çıxarma, üzvlərin siyahısının rəsmiləşdirlməsi qaydaları ümumi yığıncağın qərarı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır...Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin ... sədri yalnız kooperativin üzvlərindən ola bilər... Məhkəmə yuxarıda qeyd olunan normaları və Nizamnamənin 3-cü bəndini təhlil edərək belə nəticəyə gəlir ki, İddiaçı həmin normaların və Nizamnamənin tələblərinbə zidd olaraq kooperativin durektoru vəzifəsinə seçilmişdir. Belə ki, o, məhkəməyə özünün kooperativin üzvü olmasını təsdiqləyən hər hansı bir sübutunu təqdim etməmişdir (məsələn: üzv olmaq istəməsini təsdiq edən kooperativə ünvanladığı rəsmi ərizəsini, üzvlük kitabçasını, üzvlük haqqının ödənilməsini və s.). Onun arvadının mülkiyyətində "xxxx" tərəfindən inşa edilmiş mənzilin olması, həmin mənzilin onunla arvadının birgə nikahları dövründə alınması və həmin mənzildə onun da payının olması, onun və ya onun arvadının kooperativin üzvü olmaları anlamına gəlmir. O, kooperativin üzvü olmadığından, kooperativin direktoru seçilə bilməzdi. Buna baxmayaraq onun "xxxx"nin direktoru vəzifəsinə təyin edilməsi barədə "xxxx" ilə onun arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsi əhəmiyyətsiz əqddir. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.20212-ci il tarixli Qəraında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 337.3cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.” Konstitusiya Məhkəməsinin bu mövqeyi ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx"nin direktoru vəzifəsinə təyin edilməsi barədə "xxxx" ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəmədə mübahisə qaldırılmasına ehtiyac yoxdur. Həmin müqavilə bağlandığı andan əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Daha sonra həmin Qərarda qeyd edilmişdir ki, “ Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir.” Yəni, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi qanunvericiliyə ziddir. Hazırki mübahisə üzrə İddiaçı barəsində olan əhəmiyyətsiz müqavilənin etibarlı (legitim) hala gətirilməsi yolverilməzdir. Çünki, məhkəmə qanunla yol verməyən işə onu bərpa etməklə, həmin əhəmiyyətsiz müqaviləni legitimləşdirmiş olur. O, kooperativin üzvü olduğu halda əvvəlki işinə bərpa edilə bilərdi. Həmin Qərarda o da qeyd edilmişdir ki, “Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.” Qarşılıqlı iddiaçı ilk iddiaya qarşı etiazında qeyd etmişdir ki, ilk iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulan 1 təqvim ayı müddəti ötürmüşdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunduğu mövqeyinə görə müddətin ötürülüb-ötürülməməsindən asılı olmayaraq yuxarıda qeyd olunan müqavilə əhmiyyətsiz əqddir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinin əhəmiyyətsiz əqd olduğundan ilk iddia təmin edilməməli, qarşıllıqlı iddia isə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərtbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. İlk iddia təmin olunmadığından İddiaçı 100 manat dövlət rüsumu tutularaq dövlət hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlk İddiaçı cavabdeh "xxxx"nə qarşı “işdən çıxarılması ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarının, işdən çıxarılması əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair” ilk iddia təmin edilməsin. Qarşılıqlı iddiaçı "xxxx"nin İddiaçı qarşı “kooperativə məxsus möhürlərin, seyflərin açarlarının və uçot sənədlərinin (hüquqi, maliyyə-uçot, kadr uçotu və digər sənədlər) təhvil-təslimi tələbinə dair” qarşılıqlı iddia təmin edilsin. Cavabdehnə məxsus möhürlər, seyf açarları, kooperativin hüquqi sənədləri, maliyyə sənədləri, kadrların uçotu üzrə sənədlər və kooperativin fəaliyyətini əks etdirən digər sənədlər İddiaçı alınaraq umumi yığıncağın sədrinə və ya kooperativin icra orqanına təhvil verilsin. İddiaçı 100 manat dövlət rüsumu tutularaq dövlət hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X46

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar