Məhkəmə qərarları › İş №e-2(050)-1064/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1064/2025

19.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1064/2025 19.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə. İddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Masallı rayonu Xıl kəndində 253 kv sahədə fərdi yaşayıv evi 23/24 hissədə onun, 1/24 hissə X2 xüsusi mülkiyyətindədir. Cavabdeh1 qardaşıdır. Ona məxsus evdə formal qeydiyyatdadır. Uzun illərdir xaricdə yaşayır. O, mənzillə bağlı sərəncam vermək istəyərkən mənzildə pasport qeydiyyatında olanların razılığı tələb edildiyindən bunu həyata keçirə bilmir. O, cavabdehin yaşayış yerini müəyyən edə bilmədiyindən onunla telefon vasitəsi ilə də əlaqə saxlamaq mümkün olmadığından mülkiyyətçi hüquqları pozulur. Cavabdeh həmin mənzildə faktiki olaraq pasport qeydiyyatındadır. O, uzun illərdir həmin mənzildə yaşamayıb və mənzilə dair kommunal ödənişlərin ödənilməsində ona kömək etməyib. Onun pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, o, cavabdehin razılığı olmadan mənzil üzərində hüquqlarını tam həyata keçirə bilmir, mənzillə bağlı sərəncam vermək hüquqları məhdudlaşır. Şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma onun mənzilində pasport qeydiyyatında olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. İddiaçının vəkili və nümayəndəsi “Elektron Məhkəmə” Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məkhəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Xıl kəndində mülkiyyətdə olan 0.27 ha torpaq sahəsi və onun üzərində yerləşən 253 kv.metr ümumi sahəsindən ibarət fərdi yaşayış evi 23/24 hissədə İddiaçı və 1/24 hissədə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Masallı Rayon İcra hakimiyyəti başçısının Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 aprel 2025-ci il tarixli, 100 saylı arayışından görünür ki, Masallı rayonu, Xıl kəndində yerləşən İddiaçı məxsus 2 mərtəbəli fərdi yaşayış evində İddiaçı, onun bacısı qızı X4, qardaşı Cavabdeh1 və qardaşı oğlu Cavabdeh2 pasport qeydiyyatındadırlar. Masallı Rayon İcra hakimiyyəti başçısının Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 fevral 2025-ci tarixli, 68 saylı arayışından görünür ki, Ağayev X1 rayonu, Xıl kəndində qeydiyyatda olmasına baxmayaraq, bir neçə ildir ki ərazidə yaşamır. Masallı Rayon İcra hakimiyyəti başçısının Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 aprel 2025-ci tarixli, 102 saylı arayışından görünür ki, Ağazadə X3 rayonu, Xıl kəndində qeydiyyatda olmasına baxmayaraq, bir neçə ildir ki, ərazidə yaşamır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarına əsasən yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 may 2016-cı il tarixli Qərarında qeyd ediliri ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Xıl kəndində olan 0.27 ha torpaq sahəsi və onun üzərində yerləşən 253 kv.metr ümumi sahəsindən ibarət fərdi yaşayış evi 23/24 hissədə İddiaçı və 1/24 hissədə X2 mülkiyyətindədir. Cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının yaranmasına baxmayaraq, onlar bir neçə ildir ki, həmin mənzildə yaşamırlar. Həmin müddət ərzində cavabdehlərin mübahisəli evdə yaşamaması ona dəlalət edir ki, onların yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmışdır. Onların yaşayış sahəsinə ehtiyacı olsa belə hal-hazıradək mübahisəli evdə yaşamağın təmin olunması üçün aidiyyəti orqana müraciət etməmiş, mülkiyyətçilərin onların həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallar barədə məlumat verməmişlər. Məhkəmə araşdırması zamanı da, cavabdehlərin mübahisəli mənzildən istifadə etməsinə mülkiyyətçi və ya evin digər sakinləri tərəfindən hər hansı maneənin yaradılması öz təsdiqini tapmamışdır. Belə olan halda cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat, **********20- 10301 reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Xıl kəndində 0.27 ha torpaq sahəsi üzərində yerləşən 253 kv.metr ümumi sahəsindən ibarət fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar