Məhkəmə qərarları › İş №e-2(050)-1329/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-1329/2025

28.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-1329/2025 28.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əşyaların çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əşyaların çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan qonaq otağı mebeli: divan 1 ədəd, masa 1 ədəd, stul 8 ədəd, televizor altlığı 1 ədəd, divar rəfi 1 ədəd, kamut 1 ədəd, komot üstü divar güzgüləri 3 ədəd, Yataq otağı ləvazimatları: çarpayı 1 ədəd, güzgülü termo 1 ədəd, 5 rəfli tumba 1 ədəd, çarpayı yanında dolabça 2 ədəd, şifoner 1 ədəd, uşaq çarpayısı 2 ədəd, Mətbəx mebeli: mətbəx masası 1 ədəd, məx divanı 1 ədəd, tabulet 2 ədəd, Avadanlıqlar: soyuducu 1 ədəd, paltaryuyan 1 ədəd, qaz sobası 1 ədəd, elektrik sobası 1 ədəd, televizor 1 ədəd, Mətbəxtə istifadə edilən gündəlik müxtəlif qablar, stəkanlar, çaşkalar, qaşıqlar, çəngəllər, bıçaqlar, qaşıq dəsti çamadanı 1 ədəd, çərəz qabı 2 ədəd, konfet qabı 2 ədəd, balaca qazan 3 ədəd, böyük qazan 3 ədəd, orta ölçülü qazan 3 ədəd, su bakalları 11 ədəd, gül qabı 2 ədəd, meyvə qabı 1 ədəd, razetkalar 7 ədəd, Müxtəlif xırda əşyalar – yorğan-döşək dəsti, qonaq otağı pərdələri, yataq otağının pərdələri, mətbəx pəncərəsinin jalüzü, 2 ədəd xalça, 1 ədəd lüstr, uşaq üçün 2 balaca kilim, yataq otağı üçün 1 xalça, 1 ədəd lüstr, işlənməmiş qazan dəsti – 1 karopkada, işlənmiş yorğan-döşək üzləri, süfrələr və müxtəlif geyim əşyaların çıxarılması, mülkiyyətində olan Xırdalan şəhəri, 30-cu məhəllə, H.Əliyev pr-ti, ev 7, mənzil 159 ünvandakı yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat, **********54-05307-093044 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Anşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, H.Əliyev prospekti, ev 7, mənzil 159 ünvanında yerləşən 74.10 kv.metr sahəsi olan mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli Qərarında göstərilir ki, “...Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.” Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı əşyaların çıxarılması tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı əşyaların çıxarılması tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar