Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-154/2024 05.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X3 (sədrlik edən), Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «dəmir darvazanın sökülərək götürülməsi və gediş-gəliş yolunun açılması» tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Masallı rayonu, Qızılağac kənində yerləşən 0,075 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən gediş-gəliş yolunun üzərində qoyulmuş dəmir darvazanın sökülərək yoldan götürülməsi, yolun açılması və həmin yoldan gediş-gəlişə olan maneələrin cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Masallı rayonu, Qızılağac kəndində yaşayır. Həmin kənddə onun özünə məxsus 0.075 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi vardır. Onun mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. Onun mülkiyyətində olan torpaq sahəsinə bitişik qonşuluqda atası Cavabdeh məxsus torpaq sahəsi və fərdi yaşayış evi vardır. Həmçinin, ondan sonra digər qardaşına məxsus evdə həmin həyətdə yerləşir. Onun, atasının və digər qardaşının həyətinə əsas yoldan gedən bir yol vardır ki, həmin yolun üzərində atası tərəfindən dəmir darvaza qoyulmuşdur. Onun həyətinə gedən başqa yol mövcud deyildir. Lakin hazırda cavabdeh atasının həmin yolun üzərində yerləşən dəmir darvazanı bağlamaqla onun mülkiyyətinə giriş-çıxışını məhdudlaşdırmışdır. Onun mülkiyyətinə dair texniki pasport sənədində təkcə bir yol nəzərdə tutulmuşdur, həmin yolda onun atası tərəfindən bağlanmışdır. Dəfələrlə atasına təklif etmişdir ki, həmin dəmir darvazanı öz vəsaiti hesabına yolun üzərindən götürərək onun həyətinin giriş hissəsinə qoysun və yolu açsın, lakin atası bununla razılaşmamış və həmin yoldan istifadə etməyinə maneçilik törətmişdir. Cavabdeh onun atası olduğu üçün və onunla heç bir halda razılaşmadığı üçün o, həmişə hərəkətlərinə səbr etmişdir. Hazırkı vəziyyətdə isə atası ümumiyyətlə həmin darvazanı bağlayır və onun yoldan istifadəsinə maneçilik törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Həmin darvaza atası tərəfindən bağlandığı üçün məcbur olub avtomobili küçədə saxlayır və öz evinə darvazanın üzərindən qalxaraq zorla gedir. Cavabdeh atası ilə mübahisənin başqa qaydada həll olunması mümkün olmadığı üçün məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirr. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarının araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Masallı rayonu Qızılağac kəndində mülkiyyətində olan 0.075 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 89.5 kv.m yaşayış, 194.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3-44/2-2333/2024 saylı müətəxəssis rəyindən görünür ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Masallı rayonu Qızılağac kəndində İddiaçı **********75-10301 reyestr nömrəli Çıxarışla xüsusi mülkiyyətinə verilmiş 0,075 ha və bələdiyyə mülkiyyətinə aid 0,1553 ha həyətyanı torpaq sahəsinə tələb olunan, naturada mövcud olan gediş-gəliş yolunun (dalanın) nəzərdə tutulduğu müəyyənləşdirilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən tələb olunan, naturada mövcud olan mübahisəli gedişgəliş yolunun (dalanın), ümumi istifadəli yol kimi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Masallı rayonu Qızılağac kəndində İddiaçı **********75-10301 reyestr nömrəli Çıxarışla xüsusi mülkiyyətinə verilmiş 0,075 ha və bələdiyyə mülkiyyətinə aid 0,1553 ha həyətyanı torpaq sahəsinə tələb olunan gediş-gəliş yolunun (dalanın) giriş hissəsində iddia tələbinə görə Cavabdeh tərəfindən sərbəst gediş-gəlişə maneə yaradan dəmir darvazanın mövcud olduğu müəyyənləşdirilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Masallı rayonu Qızılağac kəndində həyətyanı torpaq sahəsinə tələb olunan gediş-gəliş yolunun (dalanın) giriş hissəsində iddia tələbinə görə Cavabdeh tərəfindən sərbəst gediş-gəlişə maneə yaradan 7,8 metr ölçüdə açılıb-bağlanılan dəmir darvazanın yerləşdiyi müəyyənləşdirilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Masallı rayonu Qızılağac kəndində həyətyanı torpaq sahəsinə tələb olunan gediş-gəliş yolunun (dalanın) giriş hissəsində iddia tələbinə görə Cavabdeh tərəfindən sərbəst gedişgəlişə maneə yaradan açılıb- bağlanılan dəmir darvazanın yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/4316 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin Yerquruluşunun təşkili üzrə mühəndisləri (K.Fətəliyev, R. Əziov, Z. Kərimov) tərəfindən yerində naturadan plana alınaraq kameral şəraitdə elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş və bu baraədə xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2333/2024 saylı mütəxəssis rəyi tərtib edilmişdir. Mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Masallı rayonu Qızılağac kəndində İddiaçı **********75-10301 reyestr nömrəli Çıxarışla xüsusi mülkiyyətinə verilmiş 0,075 ha və bələdiyyə mülkiyyətinə aid 0,1553 ha həyətyanı torpaq sahəsinə tələb olunan, naturada mövcud olan gediş-gəliş yolunun (dalanın) nəzərdə tutulduğu müəyyənləşdirilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən tələb olunan, naturada mövcud olan mübahisəli gediş-gəliş yolunun (dalanın), ümumi istifadəli yol kimi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Masallı rayonu Qızılağac kəndində İddiaçı **********75-10301 reyestr nömrəli Çıxarışla xüsusi mülkiyyətinə verilmiş 0,075 ha və bələdiyyə mülkiyyətinə aid 0,1553 ha həyətyanı torpaq sahəsinə tələb olunan gediş-gəliş yolunun (dalanın) giriş hissəsində iddia tələbinə görə Cavabdeh tərəfindən sərbəst gediş-gəlişə maneə yaradan dəmir darvazanın mövcud olduğu müəyyənləşdirilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Masallı rayonu Qızılağac kəndində həyətyanı torpaq sahəsinə tələb olunan gediş-gəliş yolunun (dalanın) giriş hissəsində iddia tələbinə görə Cavabdeh tərəfindən sərbəst gediş-gəlişə maneə yaradan 7,8 metr ölçüdə açılıbbağlanılan dəmir darvazanın yerləşdiyi müəyyənləşdirilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən Masallı rayonu Qızılağac kəndində həyətyanı torpaq sahəsinə tələb olunan gediş-gəliş yolunun (dalanın) giriş hissəsində iddia tələbinə görə Cavabdeh tərəfindən sərbəst gediş-gəlişə maneə yaradan açılıb-bağlanılan dəmir darvazanın yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə qeyd edilir ki, Bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 170.1.-170.4.-cü maddələrinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Həmin Məcəllənin 47.3-cü maddəsinə əsasən, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, tərəflərin mülkiyyətində olan həyətyanı torpaq sahələri qonşuluqda yerləşir. İddiaçı yaşadığı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin mülkiyyətçisidir. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşmiş 7,8 metr ölçüdə açılıb-bağlanılan dəmir darvaza ilə tutulmuşdur. İddiaçının yaşadığı fərdi yaşayış evinə və torpaq sahəsinə gedən yol avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş normalara uyğun olsa da, həyətyanı torpaq sahəsinə keçidi üçün nəzərdə tutulan normalara uyğun deyildir. Ekspert rəyləri ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 7,8 metr ölçüdə açılıb-bağlanılan dəmir darvaza inşa edilmiş və həmin darvaza nəticəsinə iddiaçının həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə gedən gediş gəliş yolu bağlanmışdır. Odur ki, iddia tələb təmin edilməli və Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə gedən gediş-gəliş yolunun üzərində inşa edilmiş 7,8 metr ölçüdə açılıb-bağlanılan dəmir darvaza sökülməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə iddiaçının ona ilkin hüquqmüəyyənedici torpaqayırma sənədləri əsasında verilmiş torpaq sahəsinə gedən gediş-gəliş yolunun açılması tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyi və mütəxəssis rəyinə əlavə edilmiş sənədlərlə iddiaçının torpaq sahəsinə gedən yolun mübahisəli hissəsinin darvaza daxilində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi Cavabdeh faktiki istifadə etməsi müəyyən olunmuşdur. Məhkəmə iddiaçının onun torpağına gedən gediş-gəliş yolunun açılması tələbini haqlı hesab edir. Odur ki, tələb təmin edilməli və Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə gedən gediş-gəliş yolunun 7,8 metr ölçüdə açılıb-bağlanılan dəmir darvaza ilə tutulmuş hissəsi açılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (bir yüz) manat X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK- CTREAZ22) xeyrinə tutulmalıdır. Bundan başqa iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına 95 manat (doxsan beş) manat məbləğində pul vəsaiti ödənilmişdir. Odur ki, həmin məbləğ də cavabdehə aid edilməli və ondan tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı rayonu Qızılağac kəndində yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən gediş-gəliş və avtomobil üçün nəzərdə tutulmuş yolun üzərində Cavabdeh tərəfindən inşa edilmiş 7,8 metr ölçüdə açılıb-bağlanılan dəmir darvaza cavabdehin hesabına sökülsün. İddiaçı xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********75- 10301 reyestr nömrəli çıxarışla verilmiş Masallı rayonu Qızılağac kəndində yerləşən 0.075 hektar torpaq sahəsinə getmək üçün nəzərdə tutulmuş gediş-gəliş yolu Cavabdeh tərəfindən açılaraq bərpa edilsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (bir yüz) manat X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22) xeyrinə tutulsun. Cavabdeh mütəxəssis rəyinin alınması üçün İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-154/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-154/2024
05.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver