Məhkəmə qərarları › İş №e-2(050)-1560/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1560/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1560/2024 07.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2023 tarixli, KE/93962/89/1 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 42334.4 manat əsas, 4445.7 manat faiz və 1041.74 manat cərimə borcunun, cəmi 47821.84 manat borcun və ödənilmiş 234 manat dövlət rüsumunun tutulması, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, məhəllə 2942B, mənzil 39 (Yeni qaydalarla: ünvan 1 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda Cavabdeh2 və digər şəxslərin ipoteka predmeti olan mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsini dinələyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 16 aprel 2021-ci il tarixli, L007/2021/15 saylı kredit limitinin ayrılması haqqında müqavilədən görünür ki, Cavabdeh1 84 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır. 28 yanvar 2023-cü il tarixli, KE/93962/89/1 saylı kredit sazişindən görünür ki, kredit alan Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 18% olmaqla, istehlak məqsədi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat kredit verilmiş, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. 21 aprel 2021-ci il tarixli, L007/2021/15 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, məhəllə 2942B, mənzil 39 (yeni qaydalarla: ünvan 2 yerləşən mənzili mülkiyyətçi X3 tərəfindən alıcı Cavabdeh1 110000 manat satmış, həmin məbləğin 60000 manatını Cavabdeh1, 50000 manatı isə İddiaçı ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, qeydiyyat tarixi: xx.xx.2021-ci il, qeydiyyat nömrəsi: ********** yüklü edilən əmlakın reyestr nömrəsi: **********46-05301-093141 ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, məhəllə 2942B, mənzil 39 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. 19 aprel 2021-ci il tarixli, **********910 saylı Cavabdeh2 ərizəsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış mövcüd və onlar arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən və razılaşmalardan əmələ gələn pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xüsusi mülkiyyət hüququ ilə X2 məxsus olan (Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 2942B məhəllə, ev, mənzil 39. Yeni qaydalarla: AZ1129, ünvan 3 ünvanında yerləşən mənzilin əri Cavabdeh1 tərəfindən alınmasına və ipoteka ilə yüklü edilməsinə etiraz etmir. Həmin yaşayış sahəsinə tələb yönəldikdə və ya o, qanunvericiliklə müəyyən olunmuş qaydada hər hansı satış üsulu (açıq bazar və ya açıq hərrac) ilə satıldıqda yaşayış sahəsini könüllü surətdə tərk etməyi və həmin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KE/93962/89/1 saylı müqaviləyə əsasən Cavabdeh1 "xxxx" ASC-yə 42334.40 manat əsas, 4445.70 manat faiz və 1041.74 manat cərimə borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, "xxxx" ASC tərəfindən cavbdehlərə banka olan borcunun qaytarılması, qaytarmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 9/4774 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında imzalanmış 28 yanvar 2023-cü il tarixli KE/93962/89/1 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 "xxxx" ASC-yə xx.xx.2024-cü il (maliyyə arayışında göstərilən) tarixə olan borcu 41582.70 manat əsas, 4262.23 faiz borcu müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 16 avqust 2024-cü tarixli 089/BOB/24 saylı mənzilin dəyərini müəyyən etmək üçün keçirilmiş qiymətləndirmə hesabatının nəticəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 2942B məhəllə, ev-, mənzil

39. Yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 266, M7, m4 ünvanında yerləşən mənzilin 16 avqust 2024-cü il tarixinə bazar qiyməti 160000 manat, likvid qiyməti 150000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi hesab olunur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya, (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respubikası Mülki Məcəllənin 317.1. 317.2.-ci maddələrinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respubikası Mülki Məcəlləsinin 319.1. və 319.4.-cü maddələrinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Bundan əlavə, tərəflər arasında ipoteka müqaviləsi münasibətləri vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: -34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 41.1-41.2-ci maddələrinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, 59.3.1- yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. Kredit müqaviləsi üzrə ödəniş müddətləri ötməsinə baxmayaraq, cavabdeh öhdəliklərini layiqincə icra etməmişdir. Belə olan halda iddiaçı tərəfin borc məbləğlərini tələb etməklə, tələbin ipoteka ilə yüklü olunmuş əmlaka yönəldilməsini və hərracda satılmasını tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qanunla qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanin 1 saylı Prtokolunun 1-ci maddəsinin və İnsan Hüquqları Avropa məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Məhkəmə ödənilməli olan əsas və faiz borc məbləğlərini müzakirə edərək qeyd edir ki, təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən 28 yanvar 2023cü il tarixli KE/93962/89/1 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 "xxxx" ASC-yə xx.xx.2024-cü il (maliyyə arayışında göstərilən) tarixə olan borcu 41582.70 manat əsas, 4262.23 manat faiz borcu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh1 28 yanvar 2023-cü il tarixli, KE/93962/89/1 saylı kredit müqaviləsi üzrə 41582.70 manat əsas, 4262.23 manat faiz borcu, 1041.74 manat cərimə borcu, ümumilikdə 46886.67 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 234 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalı, ipoteka predmetinin ilkin satış qiyməti 150000 manat (likvid dəyər) müəyyən edilməli, tələb Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 2942B məhəllə, ev, mənzil 39. Yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 266, M7, m4 ünvanında yerləşən mənzilə yönəldilməklə əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul hesabına qeyd olunan borc məbləğləri "xxxx" ASC-yə ödənilməli, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 2942B məhəllə, ev, mənzil 39. Yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 266, M7, m4 ünvanında yerləşən mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin əmlakdan çıxarılmalı, həmin mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Bundan başqa Cavabdeh1 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 145 manat X1 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SWİFT-CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına və 300 manat "xxxx" MMC-nin (VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, SWİFT BİC İBAZAZ2X, H/h AZ52İBAZ********************, kod:805539,) hesabına tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh1 28 yanvar 2023-cü il tarixli, KE/93962/89/1 saylı kredit müqaviləsi üzrə 41582.70 manat əsas, 4262.23 manat faiz borcu, 1041.74 manat cərimə borcu, ümumilikdə 46886.67 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 234 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. İpoteka predmetinin ilkin satış qiyməti 150000 manat (likvid dəyər) müəyyən edilsin. Tələb Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 2942B məhəllə, ev, mənzil

39. Yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 266, M7, m4 ünvanında yerləşən mənzilə yönəldilməklə əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş pul hesabına qeyd olunan borc məbləğləri "xxxx" ASC-yə ödənilsin. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 2942B məhəllə, ev, mənzil 39. Yeni qaydalarla: AZ1129, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 266, M7, m4 ünvanında yerləşən mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin əmlakdan çıxarılsın, həmin mənzil boşaldılsın və "xxxx" ASC-yə təhvil verilsin. Cavabdeh1 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 145 manat X1 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SWİFT- CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına və 300 manat "xxxx" MMC-nin (VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, M/H AZ03NABZ013501**********2944, SWİFT BİC İBAZAZ2X, H/h AZ52İBAZ********************, kod:805539,) hesabına tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar