Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1650/2024 23.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh1 vəkili Vəkil iştrakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X2 və Cavabdeh2 onun tərəfindən icarəyə götürülmüş torpaq sahəsindən çıxarılmalarına dair və məhkəmə xərci olan 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini, torpaq sahəsini qanunsuz zəbt etdiklərindən X4 və Cavabdeh2 barələrində CM-nin 188.1-ci maddəsi ilə cinayət işi başlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Sərçuvar kəndində 11,0 ha torpaq sahəsinə "xxxx" MMC-nin direktoru X1 müqaviləsi əsasında GCO-23-013 saylı müqavilə bağlamışdır. Hazırda icarə müqaviləsi əsasında torpaqları becərmək, sulamaq istəyərkən cavabdehlər onu torpaq sahəsinə qoymayaraq, müxtəlif şəxsləri torpaq sahəsinə yığaraq, onun icarəsində olan torpaq sahəsinə girməsinə imkan vermirlər və hazırdada cavabdehlər ona torpaq sahəsindən istifadə etməsinə mane olurlar, torpaq sahəsindən çıxmırlar. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, mübahisəli torpaq sahəsindən cavabdehlər hələ də istifadə edirlər. Hər dəfə torpaq sahəsinə getdikdə, torpaq sahəsindən istifadəsinə Cavabdeh1 imkan vermir, Cavabdeh2 isə bildirir ki, o da torpağa görə ona pul vermişdir. Onlar bildirirlər ki, torpağı icarəyə 3 illik götürmüşlər. Torpaq sahəsindən sərbəst istifadə edə bilmir. Köməkçi tikilidə olan əmlaklar da oğurlanıb. Bununla bağlı polisə şikayət etmişdir. Cavabdehlərin onun icarəyə götürdüyü torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçını tanımır. Həmin torpaq sahəsində heç bir iş aparmamış və əkib becərməmişdir. Torpaq sahəsini icarəyə götürmək üçün Cavabdeh1 1200 ABŞ dolları pul vermişdir, lakin sənədləşdirməmişlər. Torpaq sahəsindən çıxmışlar, mübahisəli torpaq sahəsi iddiaçının onların çıxarılmasını tələb etdiyi eyni torpaq sahəsidir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, torpaq sahəsi ilə bağlı mübahisə var. İddiaçı onlara həmin torpaq sahəsini 3 il müddətinə icarəyə götürülməsində köməklik edəcəyini vəd vermişdir. İddiaçı torpağa görə pul almış, lakin müqaviləni öz adına rəsmiləşdirmişdir. Torpaq sahəsinə dair heç bir sənədi yoxdur. Torpaq sahəsindən çıxmışlar. Pulu tələb edirlər, lakin iddiaçı qaytarmır. Bu faktla bağlı məhkəmənin icraatında Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi vardır. Mübahisəli olan torpaq sahəsi iddiaçının onların çıxarılmasını tələb etdiyi eyni torpaq sahəsidir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil bildirdi ki, hazırda torpaq sahəsi iddiaçının istifadəsindədir. Təmsil etdiyi şəxs həmin torpaq sahəsində soğan əkmişdir. İddiaçı ilə şifahi müqavilələri olmuşdur. 3-4 aydır ki, həmin torpaq sahəsindən istifadə etmirlər. İddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. İddiaçının istifadəsində olan 11 ha torpaq sahəsinin cavabdehlərin çıxarılmasını tələb etdiyi eyni torpaq sahəsi olması ilə bağlı mübahisə olmadığından ekspertiza keçirilməsini istəmirlər. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 01 sentyabr 2023-cü il tarixli, GCO-23-013 saylı subicarə müqaviləsindən görünür ki, icarəyə verən "xxxx" MMC Masallı rayonu, Sərçuvar kəndində yerləşən 11 ha torpaq sahəsi və 63 kv.m olan qeyri-yaşayış sahəsini icarəçi İddiaçı istifadəsinə vermişdir. İcarə obyekti üzrə illik haqqı 3000 manat təşkil edir. 01 sentyabr 2024-cü il tarixli, (01 sentyabr 2023-cü il tarixli, GCO-23-013 saylı subicarə müqaviləsinə dair) Razılaşma protokolundan görünür ki, "xxxx" MMC ilə İddiaçı aralarında imzalanmış protokola əsasən xx.xx.2023-cü il tarixli, GCO-23-013 nömrəli subicarə müqaviləsinin müddəti eyni şərtlərlə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi uzadılmış və subicarə müqaviləsinin müddətinin bitməsinə 30 (otuz) gün qalmış tərəflərdən biri müqaviləyə xitam verilməsi ilə bağlı müraciət etmədiyi təqdirdə müqavilə hər zaman eyni şərtlər ilə eyni müddətə uzadılmış hesab olunmuş, GCO-23-013 nömrəli, xx.xx.2023-cü il tarixli subicarə müqaviləsinin 6.1-ci maddəsinin icarə haqqının məbləğini müəyyən edən hissəsi dəyişdirilərək yeni redaksiyada qəbul edilmiş və xx.xx.2024-cü il tarixdən etibarən icarə haqqı ƏDV daxil 4500 (dörd min beş yüz) AZN müəyyən edilmişdir. Torpaqların alqı-satqısına dair aktlardan görünür ki, “X7” MMC Masallı rayonu Təzəkənd bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciətlər etmiş və Masallı rayon Təzəkənd bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli, 2 saylı qərarı ilə 10 ha torpaq sahəsi və 1 ha torpaq sahəsi satılması qərara alınmışdır. Bunun müqabilində “X7” MMC 16012 manat və 2602 manat məbləğində torpaq haqqını ödəmişdir. 01 sentyabr 2023-cü il tarixli, CF-23-001 saylı icarə müqaviləsindən və ona əlavədən görünür ki, icarəyə verən “X7” MMC ona məxsus torpaq sahəsini və qeyriyaşayış sahəsini icarəçi "xxxx" MMC-nin istifadəsinə vermişdir. İcarə obyekti üzrə illik haqqı 2000 manat təşkil edir. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, “X7” MMC Masallı rayonu Təzəkənd bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciətlər etmiş və Masallı rayon Təzəkənd bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli, 2 saylı qərarı ilə 10 ha torpaq sahəsi və 1 ha torpaq sahəsi satılması qərara alınmışdır. Bunun müqabilində “X7” MMC 16012 manat və 2602 manat məbləğində torpaq haqqını ödəmişdir. Sonradan həmin torpaq sahəsini və qeyri yaşayış sahəsini “X7” MMC "xxxx" MMC-yə icarəyə vermişdir. "xxxx" MMC 01 sentyabr 2023-cü il tarixli, GCO-23-013 saylı subicarə müqaviləsinə əsasən Masallı rayonu, Sərçuvar kəndində yerləşən 11 ha torpaq sahəsi və 63 kv.m olan qeyriyaşayış sahəsini icarəçi İddiaçı istifadəsinə vermişdir. İcarə obyekti üzrə illik haqqı 3000 manat təşkil edir. Cavabdehlərin bildirdiyinə görə onları İddiaçı aldatmış icarə müqaviləsini Cavabdeh1 adına rəsmiləşəciyini vəd etsə də, öz adına rəsmiləşdirmişdir. 2-3 ay bundan əvvəl həmin torpaq sahəsində soğan əkmişlər. Cavabdehlərin mübahisəli torpaq sahəsinə dair istifadə, icarə, mülkiyyət və sair sənədləri yoxdur. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, mübahisə predmeti olan torpaq sahəsi İddiaçı "xxxx" MMC-dən icarəyə götürdüyü 11 ha torpaq sahəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Torpaq sahəsinin mülkiyyətçisi olmayan şəxs ona mənsub olan sahəyə sahiblik və ondan istifadə hüquqlarını qanunda və ya mülkiyyətçi ilə müqavilədə müəyyənləşdirilmiş şərtlər və hədlər daxilində həyata keçirir. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək və tətbiq olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddia əsaslıdır. İddiaçı tərəfindən icarəyə götürülmüş Masallı rayonu Sərçuvar kəndində yerləşən 11 ha torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmalıdırlar. Məhkəmə torpaq sahəsini qanunsuz zəbt etdiklərinə görə Cavabdeh1 və Cavabdeh2 barəsində CM-nin 188.1-ci maddəsi ilə cinayət işi başlanması məsələsinə münasibətdə bildirir ki, Cavabdeh1 və Cavabdeh2 hərəkətlərində cinayət əməli müəyyən edilməmişdir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 01 sentyabr 2023-cü il tarixli, GCO-23-013 saylı subicarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş Masallı rayonu Sərçuvar kəndində yerləşən 11 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-1650/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1650/2024
23.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver