Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1862/2023 23.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı BOKT MMC nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT MMC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə istifadə hüququnun itirilməsi, fərdi yaşayış evdən çıxarılması və evin boşaldəlması tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA № ******* nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən fərdi yaşayış ev üzrə istifadə hüquqlarının itirilməsini və həmin fərdi yaşayış evindən çıxarılaraq, evin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 11 fevral 2011-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən,Daşınmaz Əmlak Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA№ ******* nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən fərdi yaşayış evi İddiaçı BOKT MMC-yə məxsusdur. Lakin həmin mənzil İddiaçı BOKT MMC-nin adına keçərkən, mənzildə yaşayan və bu iddia ərizəsi üzrə cavabdehlər olan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 hal-hazıradək həmin evdə yaşayırlar. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA № ******* nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən fərdi yaşayış ev üzrə istifadə hüquqlarının itirilməsini və həmin fərdi yaşayış evindən çıxarılaraq, evin boşaldılması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında İddiaçı BOKT MMC-nin nümayəndəsi Nümayəndə Vazeh oğlu iddia ərisəzinin məzmununa uyğun izahat verərək bildridi ki, Cavabdeh1 və Cavabdeh2 2008-ci ildə İddiaçı BOKT MMC-dən kredit götürmüş, ünvan 1ində yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişlər. Lakin ipoteka və kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün İddiaçı BOKT MMC aidiyyətı üzrə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi çıxmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq, icra və probasiya şöbəsinin vasitəsilə hərraca yönəldilmişdir. Hərracda üçüncü mərhələdə İddiaçı BOKT MMC-yə təklif gəlmiş və İddiaçı BOKT MMC qanuni qüvvəyə minmiş qətnaməyə əsasında borcla əvəzləşdirərək evi xüsusi mülkiyyətinə qəbul etmişdir. Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışa əsasən daşınmaz əmlak İddiaçı BOKT MMC-nin xüsusi mülkiyyətindədir. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Cavabdeh2 məhkəməyə göndərmiş olduğu vəsatətdən məlum olur ki, o, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 265.7 olan fərdi yaşayış evində qeydiyyatda olmasına və evdən istifadə etmsinə dair iddiaya etirazını ifadə etmiş, vəsatətə əlavə etdiyi arayışlara əsasən Masallı rayonu Xoşçobanlı kəndində atası X2 məxsus evdə ailə üzvləri ilə birlikdə yaşadığını bildirmişdir. Cavabdeh1 iddia ərizəsinə yazılı etiraz etmiş, etirazında evin İddiaçı BOKT QSC-nin mülkiyyətinə keçməsinin qanunsuz olmasını, həmçinin Cavabdeh2 həmin evdə qeydiyyatda olmadığını, onun Masallı rayonu Xoşçobanlı kəndində yaşamasını və həmin evdə qeydiyyatda olmasını bildirmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA , ******* nömrəli çıxarışdan görünür ki, ümumi sahəsi 0.20 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 265.7 olan fərdi yaşayış evi **********51-10301 reyestr, ********** qeydiyat nömrə ilə xx.xx.2011-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı BOKT QSC-nin mülkiyyəti kimi qeyd edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı BOKT MMC məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən ev kredit öhdəliyinin təminatı olaraq iddiaçının xeynə ipoteka ilə yüklü edilmiş, borc ödənilmədiyi üçün məhkəmə qətnaməsinə əsasən tələb ipoteka ilə yüklü əmlaka yönəldilmiş və hərrac proseslərindən sonra ev hərracda satılmadığına görə, tələbkar kimi evə İddiaçı BOKT MMC-nin mülkiyyətinə verilmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh3 həmin evə dair yaşayış sahəsinin tərkib hissəsinə istifadə hüquqları yoxdur, mülkiyyətçi ilə kirayə müqaviləsi bağlanmamışdır. Onlar kredit öhdəliyi üzrə evin ipoteka ilə yüklü edilməsinə razılıq verməklə, faktiki olaraq tələbin evə yönəldilməsi və hərracda satılması nəticəsində evdən istifadə hüquqlarından imtina etmişlər. Ona görə də onlara münasibətdə iddia əsaslı hesab olunmalıdır. Məhkəmə iddia tələbləri üzrə Cavabdeh2 münasinbətdə qeyd edir ki, işin faktiki hallarına və cacabdeh tərəfin etirazına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh2 yaşayış yeri Masallı rayonu Xoşçobanlı kəndində olan evdir. Onun şəxsiyyəti ilə bağlı məlumatda qeydiyyat yeri Masallı rayonu Təklə kəndi olsa da, məhz iddiaçının mülkiyyətində olan evdən istifadə etməsi müəyyən deyil. Ona görə də iddia Cavabdeh2 münasibətdə təmin olunmamılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı BOKT MMC məxsus ünvan 1ində yerləşən 0.30 ha olan torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 265.7 kv/m olan fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilsin, evdən çıxarılsınlar və fərdi yaşayış evi ev boşaldılsın. İddia Cavabdeh2 Beyrulla oğluna münasibətdə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-1862/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1862/2023
23.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver