Məhkəmə qərarları › İş №e-2(050)-2008/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-2008/2024

23.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2008/2024 23.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh, üçüncü şəxs Masallı rayon Yeyənkənd bələdiyyəsinə qarşı paybəlli torpağa gedən yolun açılması və su kanalının bağlanması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh, üçüncü şəxs Masallı rayon Yeyənkənd bələdiyyəsinə qarşı paybəlli torpağa gedən yolun açılması və su kanalının bağlanması tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh, üçüncü şəxs Masallı rayon Yeyənkənd bələdiyyəsinə qarşı paybəlli torpağa gedən yolun açılması və su kanalının bağlanması tələbinə dair mülki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar