Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-2058/2025 01.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı Ekologiya və X6 yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X4 Mərkəzinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, dövlət meşə fondu sahəsinin əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında audio-video çəiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı Ekologiya və X6 yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X4 Mərkəzinin direktoru Habil Əliyev iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X3 ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2014-cü il tarixli, 144 qeydiyyat nömrəli icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülməsi və ərazinin boşaldılması, icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək 1 saylı X1ytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ekologiya və X6 yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X4 Mərkəzinin nümayəndəsi Cavid Nəbizadə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini və əlavə olunmuş sənədləri aidiyyəti üzrə göndərilməsindən ötrü geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya icraata xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Ekologiya və X6 yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X4 Mərkəzinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, dövlət meşə fondu sahəsinin əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-2058/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-2058/2025
01.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver