Məhkəmə qərarları › İş №e-2(050)-2855/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2855/2024

07.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2855/2024 07.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеh Bаğırоvа Vüsаlə Tоfiq qızının mülkiyyətində оlаn Mаsаllı şəhəri, M.Füzuli küçəsi, еv-44 ünvаnındа yеrləşən еvdən çıхаrılmаsı bаrədə qətnаmə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mаsаllı şəhəri, M.Füzuli küçəsi, еv-44 ünvаnındа yеrləşən tоrpаq sаhəsi və оrаdа оlаn еv vаlidеynlərindən qаlmışdır. Lаkin, islаhаt zаmаnı еvə аid 0,54 hа tоrpаq onunla yаnаşı kеçmiş аrvаdı оlаn cаvаbdеhlə, birgə nikahlarından оlаn iki övlаdının mülkiyyətinə vеrilmişdir. Еv isə onun mülkiyyətində qаlmışdır. Həmin dаşınmаz əmlаkа dаir Hüquqlаrın dövlət qеydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət rеyеstrindən xx.xx.2015-ci il tаriхli ********** qеydiyyаt nömrəli, **********51- 10301 rеyеstr nömrəli çıхаrışdа dа еvin tаmаmilə onun mülkiyyətində оlmаsı qеyd еdilmişdir. Cаvаbdеhlə nikаhları 03 mаrt 2015-ci il tаriхdə pоzulmаsınа bахmаyаrаq, hаzırdа dа о, qеyd оlunаn еvdən istifаdə еdir. Hаlbuki özü yenidən еvlənmiş və uşаqları vаrdır. Аncаq cаvаbdеh mülkiyyətində оlаn еvdən sərbəst istifаdəsinə imkаn vеrmir. Оnunlа 10 ilə yахındır ki, nikаhları pоzulmаqlа аilə münаsibətlərinə хitаm verilmiş, аilə üzvü оlmаdığı hаldа, mülkiyyətində оlаn еvdən irаdəsinə zidd istifаdə еtməsi qеyri-qаnuni оlmаqlа mülkiyyət hüquqlаrının pоzuntusudur. Odur ki, məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilərək ümumi-birgə mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi, həmin payın naturada ayrılması və evə çəkilmiş xərclərin müəyyən edilərək yarısının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(050)-2855/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmiş, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh geri qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, sözügedən evin tikintisi 1986-cı ildən başlamış və 1990-cı ildə tam təmir olunaraq hazır vəziyyətə gətirilmişdir. Ev onların özlərinə məxsus olmuşdur. 1995-ci ildə cavabdehlə ailə qurmuşdur. 2015-ci ildə nikahları pozulmuşdur. Valideynləri vəfat etdikdən sonra ev onun adına torpaq sahəsi isə onun öz adına, keçmiş arvadı olan cavabdehin və uşaqların birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Cavabdehdən ayrıldıqdan sonra yenidən ailə qurmuş və iki uşağı vardır. Həmin evin birinci mərtəbəsi rütubət olduğundan orada yaşamaq mümkün deyil. Ev onun öz şəxsi mülkiyyəti olduğundan cavabdehin həmin evdən çıxarılmasını istəyir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdehə kompensasiya da təklif etmişlər, lakin cavabdeh bununla razılaşmamışdır. Həmçinin iddiaçı cavabdehin torpaq sahəsində ümumi birgə mülkiyyətçi olmasına görə həmin torpaq sahəsində ev tikməsinə və hər hansı bir istifadəsinə etiraz etmir. Lakin, hazırkı vəziyyətdə cavabdehlə nikahları pozulduğundan, onların faktiki olaraq ayrı-ayrı bir şəxs olmaları səbəbindən idddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməsi qeyri-qanunidir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 1995-ci ildə ailə qurmuşlar, 2015-ci ildə iddiaçı onu aldadaraq nikahlarını pozmuşdur. İddiaçı uzun illər Rusiya Federasiyasında olmuşdur. Həmin illər ərzində təsərrüfatı özü idarə etmiş və iki uşağı ilə həmin evdə yaşamışdır. Sonradan ondan ayrıldıqdan sonra iddiaçı ikinci dəfə ailə qurmuş və evləndiyi şəxsi həmin evə gətirmişdir. Onlar evin birinci mərtəbəsində yaşamış, özü və iki uşağı isə birlikdə ikinci mərtəbədə yaşamışlar. O, heç vaxt iddiaçının işlərinə qarışmamışdır, onun həmin evdə yaşamasına etiraz etməmişdir. Sonradan uşaqlarını söz söhbətlərdən kənar tutmaq üçün Bakı şəhərinə göndərmiş və orada kirayədə yaşamışlar. Özü isə işi ilə əlaqədar olaraq həmin evdə yaşamışdır. Bundan başqa, iddiaçı Rusiyada olduğu müddət ərzində və ondan sonra da həmin evdə yaşadığı vaxt evdə və həyətdə bir çox təmir işləri görmüşdür. Bunları öz şəxsi vəsaiti ilə etmişdir. Hesab edir ki, həmin ev iddiaçının adına qeydə alınsa da, evdən istifadə hüququ vardır. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili nümayəndəsi Nümayəndə2 cavabdehin verdiyi izahatla eyni məzmunda izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin, onların nümayəndələri və vəkillərinin izahatlarını, dinləyib, onların izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Masallı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.054 ha torpaq səhəsi və onun üzərində yerləşən ümumi sahəsi 325.8 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahiblərindən İddiaçı fərdi yaşayış evinə payı tam olmaqla, torpaq sahəsi üzərində onun və digər pay sahibləri Cavabdeh, X4 və X1 ümumi birgə payları qeydiyyata alınmışdır. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah 03 mart 2015-ci ildə ləğv edilmişdir. DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh Masallı şəhəri Füzuli küçəsi ev 44-də daimi qeydiyyatdadır. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı ilə 1995ci il tarixdə nikaha daxil olmuş və Masallı Şəhəri, Füzuli küçəsində sonuncunun atasının mülkiyyətində olan evə gəlin köçmüşdür. 2015-ci il tarixdə rəsmi ayrılsalar da, tərəflər həmin evdə yaşamağa davam etmişdilər. Hazırda da həmin evdə yaşayırlar. Tərəflərin birgə nikahından doğulmuş uşaqları da həmin evə qeydiyyata alınmaqla həmin evdə yaşayırlar. Qeyd edilən evin üzərində iddiaçının tam mülkiyyət hüququ 2015-ci il tarixdə qeydiyyata alınmışdır. Evin inşa edildiyi torpaq sahəsi isə iddiaçı, cavabdeh və onların övladlarının ümumi birgə mülkiyyətində olması ilə bağlı Reseytr xidməti tərəfindən qeydiyyat aparılmışdır. İddiaçı artıq 2015-ci ildən etibarən cavabdehlə nikahlarını pozmasını əsas götürərək, onunla hər hansı bağlılığı olmadığından, eyni zamanda mənzilin tam mülkiyyətçisi olduğundan həmin mənzildə yaşamasının onun mülkiyyət hüquqlarını pozduğunu bildirərək, onun mənzildən çıxarılmasını tələb edir. Cavabdeh isə həmin mənzilə gəlin köçsə də, yaşadığı müddət ərzində həmin mənzildə yaşayaraq təmir-bərpa işlərini gördüyünü, torpaq sahəsini birgə mülkiyyətçisi olduğunu, yaşamağa başqa yaşayış sahəsinin olmadığını bildirərək, mənzildən istifadə hüququnun olduğunu qeyd etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Bu baxımdan məhkəmə tərəflərin arasında yaranmış mübahisəyə hüquqi qiymət vermək üçün cavabdehin qeyd edilən mənzildən istifadə hüququnun olub-olmaması məsələsinə qiymət verməyi zəruri hesab edir. Belə ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 1995-ci il tarixdə nikah münasibətlərinə daxil olaraq, qaynatasına məxsus sözügedən fərdi yaşayış evinə gəlin köçmüşdür. Sonradan 2015-ci il tarixdə iddiaçı ilə rəsmi nikahları pozulduqdan sonra 2015-ci ilin aprel ayında iddiaçı atasından miras qalmış, həmin mənzil üzərində mülkiyyət hüququnu tam mülkiyyət hüququ ilə rəsmi qeydiyyata aldırmışdır. Məhkəmə qeyd edir ki, hazırda həmin ev iddiaçı ilə cavabdeh boşandıqdan sonra iddiaçının adına qeydiyyata alınması əsası ilə cavabdehin həmin mənzilə hər hansı hüququnun olmadığı qənaətinə gəlmək düzgün olmazdı. Çünki həmin fərdi yaşayış evi 1995-ci il tarixdə mövcud olmuş, tərəflər bunu öz izahatlarında da təsdiq etmişdilər. Qeyd edilənlərə əsasən tərəflər arasında sözügedən mənzillə bağlı istifadə hüququ ilə bağlı münasibətlər həmin tarixdən, yəni 1995-ci il tarixdən sonra yaranmaqla, Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları baxımından cavabdehin istifadə hüququnun yarandığı müəyyən edilir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi və Mülki Məcəllənin 228-ci maddəsi ayrı-ayrılıqda vətəndaşların mənzildən istifadə etmək hüququnu tənzimləyərək bu hüququn müxtəlif şərtlərlə həyata keçirilməsini müəyyənləşdirir. Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin, bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir. Mülki Məcəllənin göstərilən maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsini vacib saydığı halda, bu qayda Mənzil Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulmamışdır. Göründüyü kimi, Mənzil Məcəlləsinin 123-cü maddəsi mülkiyyətçi və onun evinə (mənzilinə) köçürülmüş ailə üzvləri arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələrin həlli qaydasının yuxarıda göstərilmiş tələblərini birmənalı əhatə etmir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin münasibətlər bu hüquq normasının əsasında qurulmuş və tənzimlənmişdir. Eyni zamanda bu maddə və ümumiyyətlə, Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ondan ibarətdir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə, bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyil. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir. 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. xx.xx.2001-ci il tarixli qərarında olduğu kimi Konstitusiya Məhkəməsi təkrarən təsdiq edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət hüquqlarının qanuni baxımdan hərtərəfli həllinə təminat verir. Bu qərara görə həmçinin Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi həmin qərarında Mülki Məcəllənin 228.2-ci maddəsində öz əksini tapmış «yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər» normasının onun qəbulundan əvvəl yaranmış münasibətlərlə tətbiq edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı mənzildən istifadə hüqununun xitam verilməsini deyil, cavabdehin mənzildən çıxarılması tələbi ilə məhəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə iddia tələbindən kənara çıxaraq, cavabdehin həmin mənzildən kompensasiya ödənilməsi şərti ilə istifadə hüququna xitam verilməsi məsələsinə baxılmasını mümkün hesab etmir. Məhkəmə eyni zamanda qeyd edir ki, sözü gedən fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla, iddiaçının, onun keçmiş arvadı Cavabdeh (cavabdeh) və onların birgə nikahlarından doğulmuş uşaqlarının mükiyyətindədir. Torpaq sahəsinə mülkiyyət hüququ ilə sahib olan şəxslərin həmin torpaq sahəsinin üzərində inşa edilmiş mənzilə dair mülkiyyət hüquqlarının olmasını da istinsa etmir. Həm şəxsin mənzilə istifadə hüququnun olması, həm də həmin mənzilin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının olması halları şəxsin həmin mənzildən çıxarılmasını qeyri-mümkün edir. Məhkəmə qeyd edir ki, bir tərəfin hüquqlarının müdafiəsinin təmini digərlərinin hüquqlarının pozulması ilə nəticələnməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin mənzildən istifadə hüququ olduğundan onun mənzildən çıxarılması üçün əsaslar mövcud deyildir. Bu səbəblə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia rədd olunmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar