Məhkəmə qərarları › İş №e-2(050)-3007/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3007/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3007/2024 01.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 155.46 manat əsas borc, 9.72 manat faiz borcu, 2.59 manat illik 5 faiz hesablanmaqla faiz borcu olmaqla cəmi 167.77 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********01 saylı Tam Kart müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Borcluya təqdim edilmiş ödəniş kart hesabı üzrə mənfi (overdraft) yaranmışdır. Bununlada xx.xx.2023-cü il tarixli BPM**********01 saylı Tam kart müqaviləsinin şərtlərini kobud şəkildə pozmuşdur. Borclu özünə aid olmayan vəsaitdən istifadə etməklə qeyd olunan həcmdə Banka maddi zərər vurmuşdur. Borclu Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim olunmuş ödəniş kart hesabına sistemdə baş vermiş xətadan istifadə edərək ümumilikdə 155.46 manat məbləğində ona məxsus olmayan vəsaitin məxaric edilməsinə nail olmuşdur. Tərəflər arasında bağlanmış Tam Kart müqaviləsinin 9.3-cü maddəsinə əsasən Müştəri bu müqaviləsini imzalamaqla ABB-nin rəsmi internet səhifəsində (https://abb-bank.az/muqavile) yerləşdirilmiş xx.xx.2023-cü il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə (bundan sonra-Standart Şərtlər) tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların Standart Şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın Standart Şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart Şərtlər bu Müqaviləsnin ayrılmaz tərkib hissəsidir. -həmin müqavilənin 9.6-cı maddəsinə əsasən Müştəri təsdiq edir ki, Standart Şərtlərdə nəzərdə tutulmuş şərtlərlə Texniki overdraft baş verdiyi təqdirdə mövcud Kredit xəttinin müddəti çərçivəsində ABB tərəfindən birtərəfli qaydada Texniki overdraft məbləği qədər Kredit xətti məbləğinin artırılmasına, Kredit xətti mövcud deyilsə, başlanılma ((Texniki overdraftın yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 (bir) gün müdddət saxlanılmaqla ABB tərəfindən birtərəfli qaydada Texniki overdraft məbləği qədər Kredit xətti təyin edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 356-cı maddəsinin tələbləri nəzərə alınmaqla qabaqcadan razılıq verdir. Müştəri bu razılığı heç bir halda ləğv etməyəcəyini bəyan edir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka 155.46 manat əsas borc, 9.72 manat faiz borcu, 2.59 manat illik 5 faiz hesablanmaqla faiz borcu olmaqla cəmi 167.77 manat borcu mövcuddur. Qeyd oluna əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, “iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********01 saylı Tam Kart müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Borcluya təqdim edilmiş ödəniş kart hesabı üzrə mənfi (overdraft) yaranmışdır. Bununlada xx.xx.2023-cü il tarixli BPM**********01 saylı Tam kart müqaviləsinin şərtlərini kobud şəkildə pozmuşdur. Borclu özünə aid olmayan vəsaitdən istifadə etməklə qeyd olunan həcmdə Banka maddi zərər vurmuşdur. Borclu Cavabdeh sözü gedən müqavilə əsasında ona təqdim olunmuş ödəniş kart hesabına sistemdə baş vermiş xətadan istifadə edərək ümumilikdə 155.46 manat məbləğində ona məxsus olmayan vəsaitin məxaric edilməsinə nail olmuşdur. Nəticədə onun "xxxx" ASC-yə borcu yaranmışdır. "xxxx" ASC Cavabdeh cəmi 167.77 manat məbləğində borcu yarandığını bildirir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən məsələ ilə bağlı Mülki məcəllənin əsassız varlanma ilə bağlı maddi hüquq normaları tətbiq edilməlidir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas nolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə cavabdehin tərəfindən müqavilə və qanuni əsas olmadan banka məxsus pul vəaitini əllə keçirməklə əsassız varlandığı qənaətinə gəlir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 155.46 manat əsas borc, 9.72 manat faiz borcu, 2.59 manat illik 5 faiz hesablanmaqla faiz borcu olmaqla cəmi 167.77 manat borcun, o cümlədən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 155.46 manat əsas borc, 9.72 manat faiz borcu, illik 5 faiz hesablanmaqla 2.59 manat pul, cəmi 167.77 manat, o cümlədən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar