Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3334/2024 01.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı payların müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdiyimiz mənzillərin aralarında bölünərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********81-**********6 reyestr nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cü məhəllədə 21 №-li binanın 43,6 kv.metr sahəsi olan 116 saylı mənzilin ½ hissəsinə onun payının, həmçinin Kristal Abşeron MTK-dan 28 avqust 2018-ci il tarixli ********* №-li payçı müqaviləsi əsasında aldıqları Abşeron rayonu Xırdalan Şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə yerləşən 17 №-li binanın 2-ci bloku, 12-ci mərtəbəsində 61,5 kv.metr sahəsi olan 2 otaqlı 112 saylı mənzilə pay hüququnun ½ hissəsinə onun payının müəyyən edilməsi, sonuncu mənzillə bağlı borc öhdəliyinin də onunla yanaşı cavabdehə aid olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 barışıq sazişini ərizələri ilə məhkəməyə təqdim edərək, Azərbaycan Respublikası MPM-nin 191-ci, 261-ci və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək aralarında bağladıqları barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
1. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış nikah dövründə əldə edilmiş mənzildə payların müəyyən edilməsi tələbinə dair mübahisə ilə bağlı Masallı Rayon Məhkəməsində qaldırılan iddiadan imtina edir və aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll etmək üçün hazırkı barışıq sazişini bağlayırlar. 2. Hazırkı barışıq sazişinə əsasən İddiaçı hazırkı sazişin 3-cü maddəsində digər tərəfin götürdüyü öhdəliklərin icra edilməsinin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür. 2.1.Masallı Rayon Məhkəməsində Cavabdeh qarşı qaldırdığı nikah dövründə əldə edilmiş mənzillərdə pay tələbi haqqında iddiadan imtina etmək və hazırkı mübahisə ilə bağlı gələcəkdə ona qarşı heç bir iddia qaldırmamaq; 2.2. Birgə nikah dövründə Kristal Abşeron MTK-dan 28 avqust 2018-ci il tarixli ********* No-ci payçı müqaviləsi əsasında alınmış Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə yerləşən 17 №-li binanın 2-ci bloku, 12-ci mərtəbəsində 61,5 kv.metr sahəsi olan 2 otaqlı 162 saylı mənzillə bağlı kreditin ödənilməmiş qalanhissəsini özü ödəmək. 2.3. Sazişin 2.2-ci bəndində göstərilən mənzillə bağlı ödənilmiş və gələcəkdə ödəniləcək vəsait ilə bağlı Cavabdeh qarşı tələb irəli sürməmək və bununla bağlı ona qarşı iddia qaldırmamaq; 2.4. Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********81-05303-093066 reyestr nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə 21 №-li binanın 43,6 kv.metr sahəsi olan 116 saylı mənzilin müqavilə imzalandıqdan sonra 1 (bir) ay ərzində satışını təşkil edərək CavabdehƏliyusif qızına 52000 (əlli iki min) manat pul vermək; 2.5. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verməmək; 3. Hazırkı barışıq sazişinə əsasən Cavabdeh hazırkı sazişin 2-ci maddəsində İddiaçı tərəfindən götürülmüş öhdəliyin icra edilməsinin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür; 3.1. Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********81-05303-093066 reyestr nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə 21 №li binanın 43,6 kv.metr sahəsi olan 116 saylı mənzilin satılmasına razılıq vermək; 3.2. Sazişin 3.1-ci bəndində göstərilən mənzilin satışından sonra ona ödəniləcək 52000 (əlli iki min) manat pulu almaq və həmin mənzillə bağlı gələcəkdə hər hansı tələb irəli sürməmək; 3.3. Birgə nikah dövründə Kristal Abşeron MTK-dan 28 avqust 2018-ci il tarixli ********* No-ci payçı müqaviləsi əsasında alınmış Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə yerləşən 17 N№-li binanın 2-ci bloku, 12-ci mərtəbəsində 61,5 kv.metr sahəsi olan 2 otaqlı 162 saylı mənzillə bağlı payından imtina etmək, mənzilin gələcəkdə tam ödənildiyi halda, İddiaçı mülkiyyətinə verilməsinə etiraz etməmək; 3.4. Sazişin 3.3-cü bəndində qeyd edilmiş mənzillə bağlı, eləcə də həmin mənzilə görə nikahdövründə ödənilmiş pulla bağlı gələcəkdə hər hansı tələb irəli sürməmək; 3.5. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verməmək; 4. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə üzərlərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq; 5. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf 10 təqvim günündən sonra hazırkı barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra vərəqəsinin verilməsi üçün Masallı Rayon Məhkəməsinə müraciət etmək hüququna malikdir; 6. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər biri hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər biri anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb; 7. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər; 8. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.05 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırkı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır; 9. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Masallı Rayon Məhkəməsinə verilir və tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir; Məhkəmə tərəflərin fikrini dinləyib, iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1 maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM 191.2) Həmin Məcəllənin 261.0.5 maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş uzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. (MPM-262.4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191.2, 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İ. İddiaçı ilə Cavabdeh arasında arasında bağlanmış xx.xx.2024-cü il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin:
1. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış nikah dövründə əldə edilmiş mənzildə payların müəyyən edilməsi tələbinə dair mübahisə ilə bağlı Masallı Rayon Məhkəməsində qaldırılan iddiadan imtina edir və aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll etmək üçün hazırkı barışıq sazişini bağlayırlar.
2. Hazırkı barışıq sazişinə əsasən İddiaçı hazırkı sazişin 3-cü maddəsində digər tərəfin götürdüyü öhdəliklərin icra edilməsinin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 2.1. Masallı Rayon Məhkəməsində Cavabdeh qarşı qaldırdığı nikah dövründə əldə edilmiş mənzillərdə pay tələbi haqqında iddiadan imtina etmək və hazırkı mübahisə ilə bağlı gələcəkdə ona qarşı heç bir iddia qaldırmamaq; 2.2. Birgə nikah dövründə Kristal Abşeron MTK-dan 28 avqust 2018-ci il tarixli ********* Noci payçı müqaviləsi əsasında alınmış Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə yerləşən 17 №-li binanın 2-ci bloku, 12-ci mərtəbəsində 61,5 kv.metr sahəsi olan 2 otaqlı 162 saylı mənzillə bağlı kreditin ödənilməmiş qalanhissəsini özü ödəmək; 2.3. Sazişin 2.2-ci bəndində göstərilən mənzillə bağlı ödənilmiş və gələcəkdə ödəniləcək vəsait ilə bağlı Cavabdeh qarşı tələb irəli sürməmək və bununla bağlı ona qarşı iddia qaldırmamaq; 2.4. Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********81-05303-093066 reyestr nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə 21 №-li binanın 43,6 kv.metr sahəsi olan 116 saylı mənzilin müqavilə imzalandıqdan sonra 1 (bir) ay ərzində satışını təşkil edərək CavabdehƏliyusif qızına 52000 (əlli iki min) manat pul vermək; 2.5. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verməmək; 3 . Hazırkı barışıq sazişinə əsasən Cavabdeh hazırkı sazişin 2-ci maddəsində İddiaçı tərəfindən götürülmüş öhdəliyin icra edilməsinin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür; 3.1. Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********81-05303-093066 reyestr nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə 21 №-li binanın 43,6 kv.metr sahəsi olan 116 saylı mənzilin satılmasına razılıq vermək; 3.2. Sazişin 3.1-ci bəndində göstərilən mənzilin satışından sonra ona ödəniləcək 52000 (əlli iki min) manat pulu almaq və həmin mənzillə bağlı gələcəkdə hər hansı tələb irəli sürməmək; 3.3. Birgə nikah dövründə Kristal Abşeron MTK-dan 28 avqust 2018-ci il tarixli ********* Noci payçı müqaviləsi əsasında alınmış Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədə yerləşən 17 N№-li binanın 2-ci bloku, 12-ci mərtəbəsində 61,5 kv.metr sahəsi olan 2 otaqlı 162 saylı mənzillə bağlı payından imtina etmək, mənzilin gələcəkdə tam ödənildiyi halda, İddiaçı mülkiyyətinə verilməsinə etiraz etməmək; 3.4. Sazişin 3.3-cü bəndində qeyd edilmiş mənzillə bağlı, eləcə də həmin mənzilə görə nikahdövründə ödənilmiş pulla bağlı gələcəkdə hər hansı tələb irəli sürməmək; 3.5. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verməmək;
4. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə üzərlərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq;
5. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf 10 təqvim günündən sonra hazırkı barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icrasını təmin etmək məqsədilə icra vərəqəsinin verilməsi üçün Masallı Rayon Məhkəməsinə müraciət etmək hüququna malikdir;
6. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər biri hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər biri anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb;
7. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər;
8. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.05 və 262.4-cü maddələrinin məzmunu ilə tanış oldular, həmin maddələrin tələbləri və mahiyyəti onlara izah edildi, həmin maddələrin tələbləri, mahiyyəti və nəticələri, yəni barışıq sazişinə əsasən hazırkı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi onlara tam şəkildə aydındır;
9. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Masallı Rayon Məhkəməsinə verilir və tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir; İİ. İddiaçı Cavabdeh qarşı payların müəyyən edilməsi tələbinə dair 2(050)-3334/2024 saylı mülki işin icraatına xitam verilsin. İİİ. İddiaçı və Cavabdeh izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə (elektron məhkəmə sistemi vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Coşqun Abdullayev