Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3762/2025 16.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı1 Cavabdeh qarşı “kommunal xidmətlər üzrə borc” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı1 Cavabdeh qarşı “kommunal xidmətlər üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, komunal xidmətlərə görə 3600 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 56 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı1 ona qarşı “komunal xidmtlər üzrə borc” tələbinə dair iddia ərizəsinin qanunsuz hesab edilməsini İddiaçı1 MMC-nin binada qanunsuz fəaliyyət göstərdiyini nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsi, 4C ünvanında çoxmənzilli yaşayış binası inşa edilmişdir. 30 aprel 2014-cü il tarixli, 090 nömrəli müqaviləyə əsasən inşa edilmiş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən 151 kv.m ümumi sahəsi olan, yaşayış sahəsi 80.9 kv.m təşkil edən 49 nömrəli mənzil müqavilənin 2.1-ci maddəsində müyyən edilmiş şərtlər əsasında payçının sahibliyinə verilmişdir. Yaşayış binası qanunvericiliyə uyğun olaraq istismara qəbul edildikdən sonra MTK öz fəaliyyətini dayandırmış və yaşayış binasında məskunlaşmış sakinlərə və qeyriyaşayış sahələrinin sahiblərinə komunal xidmətlərin göstərilməsini İddiaçı1 MMC-nə həvalə etmiş və bununla bağlı tərəflər arasında müqavilə imzalanmışdır. MMC həmin yaşayış binası üzrə idarəçi təyin edilməklə binada yaşayan sakinlərə bütün komunal xidmətləri binanın mühafizəsi, işıqlandırma, təmizlik, cari təmir və sair həyata keçirmişdir. Bina sakinləri ilə ümumi razılığa əsasən komunal xidmət haqqı bir kv.m üçün 0.40 manat müəyyən edilmişdir. Artıq uzun müddətdir ki, MMC tərəfindən xidmət göstərilir və bir neçə sakin istisna olmaqla komunal xidmətlərə görə müəyyən edilmiş xidmət haqqı ödənilir. Yığılmış xidmət haqqının hesabına işçilərin əmək haqqısı, vergi və sosial ödənişlər, cari təmir və digər xərclər ödənilir. Hazırki iş üzrə cavabdeh isə uzun müddətdir ki, müəyyən edilmiş komunl xidmət haqqını ödəməkdən imtina etmişdir. Bu əsasla hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunur. Tərtib edilmiş maliyyə arayışına əsasən müəyyən edilir ki, 49 saylı mənzil üzrə komunal xidmət borcu 3600 manat təşkil edir. Həmin məbləğ və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu olan 56 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Tərəflərin izahatları:
4. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı1 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, və iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanılmış 30 aprel 2014-cü il tarixli 00090 nömrəli müqavilənin surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsi, 4C ünvanında yerləşən binanın 1 blok, 7 mərtəbə 3 otaqdan ibarət ümumi sahəsi 151 kv.m, yaşayış sahəsi 80,9 olan 49 saylı mənzili Cavabdeh təklif edir və dəyəri ödənildikdən sonra təhvil verir. Yaşayış binalarının ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsi 4C-dir.
9. Sifarişçi "xxxx" MTK ilə İcraçı "xxxx" MMC arasında bağlanılmış 30 aprel 2018-ci il tarixli, 001/DM nömrəli xidmət müqaviləsindən görünür ki, sifarişçi tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında bina sakinlərinə kommunal xidmətlərin göstərilməsi işinin təşkili, həmin xidmətlərin göstərilməsi İcraçıya həvalə olunur, sonuncu göstərdiyi xidmət müqabilində bu müqavilə ilə müəyyən edilmiş qaydada xidmət haqqı alır. Yaşayış binasının ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsi, 4C-dir.
10. 30 aprel 2018-ci il tarixli Aktdan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 30 aprel 2018-ci il tarixdə imzalanmış Servis Xidməti Müqaviləsi ilə əlaqədar MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsi, 4C ünvanında inşa edilmiş yaşayış binasında yaşayan sakinlərə kommunal-təsərrüfat xidmətlərinin göstərilməsi ilə əlaqədar binalarda yerləşən əsas vəsaitlər, maddi texniki-baza tərəflər arasında imzalanmış 30 aprel 2018-ci il tarixli müqavilənin qüvvədə olduğu müddətdə hazırki Aktla "xxxx" MMC-nə təhvil verilmişdir.
11. İddiaçı1 MMC-nin kommunal borc hesabatından görünür ki, 49 saylı mənzil üzrə Cavabdeh kommunal borcu (1 kv.m 0.40 AZN x 150 kv.m = 60 AZN) olmaqla 3600 manat təşkil edir.
12. İddiaçı1 MMC-nin 06 noyabr 2025-ci il tarixli Maliyyə arayışından görünür ki, sahəsi 150 kv.m olan mənzil üzrə kommunal borc (aylıq 1 kv.m 0.40 AZN x 150 kv.m = 60 AZN) olmaqla xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 60 ay olmaqla 3600 AZN təşkil edir.
İşin faktiki halları:
13. Məhkəmə iclasında müəyyən olundu ki, sifarişçi "xxxx" MTK ilə İcraçı "xxxx" MMC arasında bağlanılmış 30 aprel 2018-ci il tarixli, 001/DM nömrəli xidmət müqaviləsinə əsasən, sifarişçi tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında bina sakinlərinə kommunal xidmətlərin göstərilməsi işinin təşkili, həmin xidmətlərin göstərilməsi İcraçıya həvalə olunur, sonuncu göstərdiyi xidmət müqabilində bu müqavilə ilə müəyyən edilmiş qaydada xidmət haqqı alır. Yaşayış binasının ünvanı ünvan 3xli Akta əsasən 30 aprel 2018-ci il tarixdə imzalanmış Servis Xidməti Müqaviləsi ilə əlaqədar MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsi, 4C ünvanında inşa edilmiş yaşayış binasında yaşayan sakinlərə kommunal-təsərrüfat xidmətlərinin göstərilməsi ilə əlaqədar binalarda yerləşən əsas vəsaitlər, maddi texniki-baza tərəflər arasında imzalanmış 30 aprel 2018-ci il tarixli müqavilənin qüvvədə olduğu müddətdə hazırki Aktla "xxxx" MMC-nə təhvil verilmişdir. Hazırda iddiaçı, Cavabdeh göstərilən xidmətlərə görə borcunun yarandığını və həmin borcun tutulmasını xahiş edir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1. fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün - mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçun - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 136.2. çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.1. çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.4. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.10. mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Mənzil Məcəlləsinin 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi 138.5. çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 139.1. kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
15. Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarı: Qərarda qeyd edilmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzilistismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarı: Qərarda qeyd edilmişdir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Həmçinin həmin qərarla qərara alınmışdır ki, çoxmənzilli binaların mənzil və digər sahələrinin mülkiyyətçiləri ilə ümumi əmlakın saxlanmasına dair xidmətləri həyata keçirən idarəedici təşkilatlar arasında müqavilə bağlanarkən Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeləri nəzərə alınmalıdır.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir.
18. Göründüyü kimi mənzil qanunvericiliyində mənzil-tikinti kooperativinin üzvlərinin çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı ödənişləri və (və ya) haqları mənzil-tikinti kooperativinin idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada ödəməsi nəzərdə tutulmuşdur.
19. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar.
20. Hazırki iş üzrə "xxxx" MTK ilə Cavabdeh arasında bağlanılmış 30 aprel 2014-cü il tarixli 00090 nömrəli müqavilədən görünür ki, Kooperativ Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsi, 4C ünvanda yerləşən ümumi sahəsi 151 kv.m olan 49 saylı mənzili Cavabdeh təklif etmiş və dəyəri ödənildikdən sonra təhvil vermişdir. "xxxx" MTK ilə İddiaçı1 MMC arasında bağlanmış 30 aprel 2018-ci il tarixli xidməti müqavilədən görünür ki, sifarişçi "xxxx" MTK Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsi, 4C ünvanında yüksək mərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu icraçı İddiaçı1 MMC-yə vermiş, icraçı İddiaçı1 MMC isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Beləliklə cavabdehin üzvü olduğu mənzil-tikinti kooperativi bu ödənişlərin İddiaçı1 MMC tərəfindən yığılması qaydasını və mənzilin hər kv.metrinə görə 0,40 manat ödənişlərin alınmalı olmasını müəyyən etmişdir. Lakin cavabdeh 01 sentyabr 2020-ci il tarixindən 30 sentyabr 2025-ci tarixinədək 60 ay olmaqla kommunal xidmətlərə görə yaranmış 3600 manat borcu ödəməmişdir.
21. Məhkəmə cavabdehdən mənzilinin sahəsinə görə tələb edilən kommunal haqqın miqdarını da, ağlabatan hesab edir. Belə ki, cavabdehdən tələb edilən məbləğ (mənzilin hər kvadrat metrinə görə 40 qəpik) “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 saylı Qərarının tələblərinə uyğundur.
22. Beləliklə, məhkəmə hesab edir ki, 01 sentyabr 2020-ci il tarixindən 30 sentyabr 2025-ci tarixinədək 60 ay müddət üçün kommunal xidmətdən istifadə ilə bağlı yaranmış 3600 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
24. İddia təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 56 (əlli altı) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1nə ödənilməlidir.
Nəticə:
25. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, 01 sentyabr 2021ci il tarixindən 30 sentyabr 2025-ci tarixinədək 60 ay müddət üçün kommunal xidmətdən istifadə ilə bağlı yaranmış 3600 manat məbləğində pul və ödənilmiş 56 (əlli altı) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı1 xeyrinə tutulmalıdır.
26. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 01 sentyabr 2020-ci il tarixindən 30 sentyabr 2025-ci tarixinədək 60 ay müddət üçün kommunal xidmətdən istifadə ilə bağlı yaranmış 3600 (üç min altı yüz) manat məbləğində pul və ödənilmiş 56 (əlli altı) manat məbləğində pul tutularaq İddiaçı1nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov