Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3764/2025 31.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, İddiaçılar İddiaçı2 MMC-nin və İddiaçı1 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 152.1., 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır, yəni tərəflər arasında mübahisə mövcud olduqda məhkəmədə iş başlanılır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 087 №-li müqavilənin 7.1-ci bəndində bu müqavilədən irəli gələn mübahisələr tərəflərin qarşılıqlı razılaşması ilə həll edilmədikdə aidiyyat qaydalarına riayət edilməklə müvafiq məhkəmədə həll olunması qeyd edilmişdir. Məhkəmə tərəfindən iş materialları nəzərdən keçirilərkən tərəflərin qarşılıqlı razılaşma üçün hər hansı hərəkətlərə yol verməsi, iddiaçı tərəfin pretenziya qaydasında cavabdehə müraciət edərək kommunal xidmətlərə görə ödənilməmiş xidmət haqqını tələb etməsini sübuta yetirəcək sənəd iş materiallarına əlavə edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, iddia ərizəsi pretenziya qaydalarına riayət edilmədiyindən geri qaytarılmalıdır. Bundan əlavə iddiaçılar tərəfindən iddia ərizəsinin forma məzmunda da yanlışlığa yol verilmişdir. Belə ki, iddias ərizəsində İddiaçı2 MMC-yə dair məlumatlar qeyd edilsə də, digər İddiaçı1 barədə məlumatlar, onun yaşayış yeri və ya olduğu yer haqqında məlumatlar qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şah idin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1.2-ci maddəsinə əsasən ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Odur ki, iddia verilməsi üçün ödənilmiş (xx.xx.2025-ci il tarixli, qəbz nömrəsi **********) 56 (əlli altı) manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 MMC-nin və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia verilməsi üçün ödənilmiş (xx.xx.2025-ci il tarixli, qəbz nömrəsi **********) 56 (əlli altı) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-3764/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3764/2025
31.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver