Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-38/2023 12.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Cavabdeh6 və Cavabdeh1 iştirakları ilə. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə, Masallı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 020R********** saylı kredit razılaşmasının ləğv edilməsi; Cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 020R********** saylı kredit razılaşması üzrə 11588.21 manat kredit borcu, 147.83 manat faiz borcu və 6305.15 manat cərimə borcu olmaqla 020R********** saylı kredit razılaşması üzrə 690.63 manat kredit borcu, 12.21 manat faiz borcu və 457.87 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 19201.90 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 147.61 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; Tələbin Cavabdeh6 mülkiyyətində olan Masallı rayonu, Ərkivan qəsəbəsində 0.10 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 19201.90 manat borcun, ödənilmiş 147.61 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 ümumi müştərək qaydada tutulması; Cavabdeh6 mülkiyyətində olan Masallı rayonu, Ərkivan qəsəbəsində 0.10 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh6 istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh6 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 040L**********20 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 020R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12450.94 manat kredit götürmüşdür. Cavabdeh6 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli oğlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh6 götürdüyü kredit borcundan 862.73 manat ödəmiş, onun 11588.21 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh6 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 542 gün üçün hesablanmış faiz borcu 147.83 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02% məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 542 gün üçün hesablanmış cərimə 6305.15 manat təşkil edir. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 020R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 959.77 manat kredit götürmüşdür. Cavabdeh6 kredit razılaşmasının 1.2-ci bəndinin tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli oğlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh6 götürdüyü kredit borcundan 269.14 manat ödəmiş, onun 690.63 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfmdən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh6 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 542 gün üçün hesablanmış faiz borcu 12.21 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02% məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 542 gün üçün hesablanmış cərimə 457.87 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh6 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehipoteka qoyan və əsas borclu Cavabdeh6 və bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 040M**********01 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Masallı rayonu, Ərkivan qəsəbəsində 0.10 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən Seriya RX ******* saylı çıxarışla Masallı rayonu, Masallı rayonu, Ərkivan qəsəbəsində 0.10 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evi Cavabdeh6 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehipoteka qoyana İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışlar. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Odur ki, məhkəməyə müraciət olunaraq kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, lakin nümayəndəsi X1 ərizə ilə müraciət edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh6 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, banka olan borcundan 06 oktyabr 2022-ci il tarixdə 6000 manat ödəniş etmişdir. Odur ki, iddia təmin edilərkən ödədiyi 6000 manat pulun borcdan çıxılmasını xahiş etmişdir. Cavabdeh1, Cavabdeh6 verdiyi izahatla eyni məzmunda izahat vermişdir. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: xx.xx.2014-cü il tarixli, 040L**********20 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC Cavabdeh6 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. xx.xx.2019-cu il tarixli 020R********** saylı kredit razılaşmasından görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 İddiaçı QSC ilə bağladığı razılaşma əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 12450.94 manat kredit götürmüşdür. xx.xx.2019-cu il tarixli 020R********** saylı kredit razılaşmasından görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 İddiaçı QSC ilə bağladığı razılaşma əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 959.77 manat kredit götürmüşdür. xx.xx.2019-cu il tarixli 020R********** saylı krеdit razılaşması üzrə ödəniş qrafikindən görünür ki, zaminlər və ipoteka qoyan kredit razılaşması ilə razı olmalarını ifadə etmişdir. xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, 020R********** saylı kredit razılaşması üzrə Cavabdeh6 12450.94 manat pul vəsaitini borc almışdır. xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, 020R********** saylı kredit razılaşması üzrə Cavabdeh6 959.77 manat pul vəsaitini borc almışdır. xx.xx.2016-cı il tarixli 040S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, uzun müddətli kredit xətti müqaviləsi üzrə əsas borclunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zamin Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit Xəttinin məbləği 300000 manat, müddəti 120 aydır. xx.xx.2016-cı il tarixli 040S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, uzun müddətli kredit xətti müqaviləsi üzrə əsas borclunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zamin Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit Xəttinin məbləği 300000 manat, müddəti 120 aydır. xx.xx.2014-cü il tarixli 040S**********04 saylı zaminlik müqaviləsindən görünür ki, uzun müddətli kredit xətti müqaviləsi üzrə əsas borclunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zamin Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit Xəttinin məbləği 300000 manat, müddəti 120 aydır. xx.xx.2019-cü il tarixli 020S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, uzun müddətli kredit xətti müqaviləsi üzrə əsas borclunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zamin Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit Xəttinin məbləği 300000 manat, müddəti 120 aydır. xx.xx.2019-cü il tarixli 020S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, uzun müddətli kredit xətti müqaviləsi üzrə əsas borclunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zamin Cavabdeh5 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit Xəttinin məbləği 300000 manat, müddəti 120 aydır. xx.xx.2014-cü il tarixli 040M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh6 ilə xx.xx.2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında Masallı rayonu, Ərkivan qəsəbəsində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2-(1) mərtəbəli, 4 otaqlı, 261.8 kv.m ümumi sahə, 97.7 kv.m yaşayış sahəsi, 164.1 kv.m yardımçı sahədən ibarət xüsusi mülkiyyətli fərdi yaşayış evi, Liter A: (Yaşayış evləri): 2 mərtəbəli, 4 otaqlı , 97.7 kv.m yaşayış sahəsi, 261.8 kv.m ümumi sahədən ibarət yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən Seriya RX ******* saylı çıxarışından görünür ki, Masallı rayonu, Masallı rayonu, Ərkivan qəsəbəsində 0.10 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evi Cavabdeh6 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, ipoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka qoyan Cavabdeh6 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Elektron qəbzlərdən görünür ki, İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Əsas borclu və ipoteka qoyan Cavabdeh6, zaminlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcun ödənilməsi barədə onlara bildiriş göndərilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. 09 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 020R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə Cavabdeh6 11588.21 manat əsas kredit borcu, 147.83 manat faiz borcu və 6305.15 manat cərimə borcu olmaqla, cəmi 18041.19 manat borc yaranmışdır. 09 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 020R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə Cavabdeh6 690.69 manat əsas kredit borcu, 12.21 manat faiz borcu və 457.87 manat cərimə borcu olmaqla, cəmi 1160.71 manat borc yaranmışdır. 12 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 020R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə Cavabdeh6 5662.14 manat əsas kredit borcu, 25.50 manat faiz borcu və 6799 manat cərimə borcu olmaqla, cəmi 12487.10 manat borc yaranmışdır. xx.xx.2019-cu il tarixli kassa məxaric orderlərinin surətinlərdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti həmin tarixdə Cavabdeh6 020R********** saylı müqavilə üzrə 12450.94 manat, 020R********** müqavilə üzrə 959.77 manat kredit vermişdir. Bank qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırılması üçün 147.61 manat dövlət rüsumu ödəmişdir. "xxxx" MMC-nin 20 fevral 2023-cü il tarixli qiymətləndirmə barədə mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan evin bazar qiyməti 30000 manat, likvid qiyməti 25000 manat təşkil edir. Cavabdeh6 tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, 06 oktyabr 2022-ci il tarixdə Fuad Mrizəyev 6000 manat pul ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslıdır. Azərbaycan Respubikası Mülki Məcəllənin 317.1. 317.2.-ci maddələrinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respubikası Mülki Məcəllənin 319.1. və 319.4.-cü maddələrinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2. maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: -öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 465.1.-ci maddəsinə görə əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1.,470.2. və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1.-472.3.-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1.-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 41.1-41.2-ci maddələrinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, kredit müqaviləsi üzrə əsas borclu Cavabdeh6 və borc məbləğinin təminatçısı kimi cavabdehlər olan zaminlər üçün həmin müqavilələr əsasında birgə borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. Kredit müqavilələri üzrə ödəniş müddəti ötməsinə baxmayaraq, onlar öhdəliklərini layiqincə icra etməmişlər. Belə olan halda iddiaçı tərəfin borc məbləğlərini tələb etməklə, tələbin ipoteka ilə yüklü olunmuş əmlaka yönəldilməsini və hərracda satılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə ödənilməli olan borc məbləğlərini müzakirə edərək qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına və cavabdeh tərəfindən təqdim edilmiş mədaxil qəbzinə əsasən 020R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 5662,14 manat kredit borcu, 25,,50 manat faiz borcu və 67799 manat cərimə borcu, cəmi 12487,10 manat, 09 avqust 2022-ci il tarixli maliyyə arayışına əsasən 020R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 690.69 manat əsas, 12.21 manat faiz və 457.87 manat cərimə, cəmi 1160.71 manat borc yaranmışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qanunla qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanin 1 saylı Protokolunun 1-ci maddəsinin və İnsan Hüquqları Avropa məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə cavabdehlərin əmlak vəziyyətləri nəzərə alınmalı və cərimə pulu azadılmalıdır. Odur ki, məhkəmə cərimə pulunun 020R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 5662,14 manat əsas borca münasibətdə 700 manat, 020R********** saylı, xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 690.69 manat əsas borca münaibətdə 70 manat həddində tutulmasını daha ədalətli hesab edir. Bundan başqa tələb tutma ipoteka ilə yüklü edilmiş Masallı rayonu, Ərkivan qəsəbəsində 0.10 ha xüsusi mülkiyyətli torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahəsi və ev hərracdan satılmalı və hərracda ilkin satış (likvid) qiyməti 25000 manat müəyyən olunmalıdır. Bundan əlavə məhkəmə evə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh6 həmin fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin bоşaldılması və alıcıya təhvil verilməsi tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: -59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya -59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi, Qanuna əsasən tələb evə yönəldikdən və satıldıqdan sonra, ev boşaldılmalı və cavabdehin istifadə hüquqlarına xitam verilməli və evdən çıxarılmalıdır. Məhkəmə hərracdan əldə olunmuş vəsatinin borcun ödənilməsinə kifayət etmədiyi halda, qalan məbləğin cavabdehlərdən tələbinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsaslı hesab olunmalıdır. Belə ki, borc məbləğinin tam ödənilməsi üçün, hərracdan əldə olunmuş vəsait kifayət etmədikdə, icra tədbirləri davam etdirilməlidir. Bundan başqa məhkəmə xərcləri ilə bağlı ödənilmiş ipoteka bildirşinin qeydə alınmasına görə 15 manat rüsum və xidmət haqqı 30 manat, habelə 147,61 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 020R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 020R********** saylı kredit razılaşması üzrə 5662,14 manat kredit borcu, 25,50 manat faiz borcu və 700 manat cərimə borcu, cəmi 6387,64 manat 020R********** saylı kredit razılaşması üzrə 690.63 manat kredit borcu, 12.21 manat faiz borcu və 70 manat cərimə borcu, cəmi 772.84 manat, ümumilikdə cəmi 7160.48 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 147.61 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutulsun. Tələb Cavabdeh6 mülkiyyətində olan Masallı rayonu, Ərkivan qəsəbəsində 0.10 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin torpaq sahəsi və ev hərracda satılsın və borc ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulsun. Cavabdeh6 mülkiyyətində olan Masallı rayonu, Ərkivan qəsəbəsində 0.10 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh6 istifadə hüququnun itirilsin, o, həmin evdən çıxarılsın, əmlakı boşaldılsın və alıcıya təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-38/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-38/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver