Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3804/2025 01.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-in Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş “Huawei” markalı ruter avadanlığı geri qaytarılmadığı üçün 74 manat cərimə məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı abunəçiyə müqavilədə razılaşdırılmış internet xidmətlərinin göstərilməsini təmin edir, abunəçi isə öz növbəsində təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 14 bəndinə əsasən İddiaçı öz mülahizəsinə əsasən abunəçini xidmətlərə qoşulmaq üçün istifadə olunan vasitəçi avadanlıqlar ilə təmin etmişdir. Həmin müqavilənin 4.3.8 bəndinə əsasən abunəçi müqavilədə nəzərdə tutulmuş xidmətlərdən imtina etmək (müqaviləyə xitam vermək) və ya xidmətləri müəyyən edilən müddətdən çox olmayaraq müvəqqəti olaraq dayandırmaq istədiyi halda, İddiaçı MMC-nin rəsmi Müştəri Xidməti Mərkəzində əvvəlcədən rəsmi yazılı qaydada və yaxud İddiaçı MMC-nin rəsmi əlaqə mərkəzinə zəng vasitəsilə müraciət etmək öhdəliyi götürmüşdür. Həmin müqavilənin 4.4.4 bəndinə əsasən abunəçi müqavilənin 4.3.8-ci bəndində müəyyən edilmiş qaydada İddiaçı MMC-yə müraciət etməklə, xidmətlərin göstərilməsinin 4 (dörd) ay müddətindən artıq olmayan müddətə dayandırılmasını və eyni qaydada müraciət etməklə xidmətlərin bərpasını tələb etmək hüququna malikdir. Həmin müqavilənin 4.3.10 bəndinə əsasən abunəçi istifadəsinə verilmiş, İddiaçı MMC-nin mülkiyyətində olan avadanlıqlara onun təqsiri nəticəsində hər hansı zərər vurulduğu, sıradan çıxdığı və geri qaytarılmadığı hallarda, İddiaçı MMC-nin tələbinə əsasən belə avadanlıqların dəyərini nağd və ya köçürmə yolu ilə İddiaçı MMC-yə ödəməlidir. Həmin Müqavilənin 5.4 bəndinə əsasən abunəçi bu müqavilədə qeyd edilən öhdəliklərini pozması nəticəsində İddiaçı MMC-yə birbaşa və ya dolayı yolla dəymiş zərərin (faktiki zərər, əldə çıxmış fayda, işgüzar nüfuza dəymiş zərər, dəbbə pulu) İddiaçı MMC-yə ödənilməsinə görə məsuliyyət daşıyır. Həmin müqavilənin 6.6 bəndinə əsasən avadanlıqdan istifadə müddəti müqavilənin müddəti ilə məhdudlaşır. Həmin müqavilənin 8.2.4 bəndinə əsasən İddiaçı MMC abunəçi tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq ödəniş öhdəlikləri yerinə yetirilmədikdə öz mülahizəsi əsasında müqavilənin icrasını birtəfli qaydada dayandıra və ya ona xitam verə bilər. Həmin müqavilənin 8.4 bəndinə əsasən müqaviləyə xitam verildikdə İddiaçı MMC tərəfindən abunəçinin istifadəsinə verilmiş avadanlıqlar İddiaçı MMC-nin rəsmi internet səhifəsində (https://www.citynet.az/terms-andconditions) müəyyən olunan qaydalara uyğun olaraq, müqaviləyə xitam verilməsi tarixindən sonra 20 (iyirmi) təqvim günündən ibarət müddət bitdikdən sonra 5 (beş) təqvim günü ərzində müəyyən edilmiş məbləğdə abunəçi tərəfindən İddiaçı MMC-yə cərimə (dəbbə pulu) ödənilməlidir. Abunəçi bu öhdəliyi icra etmədikdə, İddiaçı MMC abunəçidən cərimə (dəbbə pulu) məbləğinin tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi tədbirlər görmək hüququna malikdir. Həmin müqavilənin 9.3 bəndinə əsasən İddiaçı MMC məhkəməyə müraciət etməzdən öncə əvvəl abunəçiyə yazılı və ya şifahi bildiriş, məlumat, pretenziya tədqim etmək öhdəliyi daşımır. Abunəçi xidmətlərin istifadəsindən birtərəfli qaydada imtina etmiş, ödənişləri dayandırmış, lakin xidmətlərdən imtina və ya onların müvəqqəti dayandırması barədə tələb olunan qaydada İddiaçı MMC-yə məlumat verməmiş, xidmətlərin göstərilməsi üçün təqdim edilmiş avadanlıqları geri qaytarmamışdır. Tərəflərindən abunəçiyə təqdim edilmiş “Huawei” markalı ruter avadanlığının geri qaytarılması və ya cərimə məbləğinin ödənilməsi ilə bağlı xx.xx.2025 tarixli bildiriş göndərilmiş, lakin bugünədək avadanlıqlar geri qaytarılmamış və ya müvafiq ödəniş həyata keçirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı abunəçiyə müqavilədə razılaşdırılmış internet xidmətlərinin göstərilməsini təmin edir, abunəçi isə öz növbəsində təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 14 bəndinə əsasən İddiaçı öz mülahizəsinə əsasən abunəçini xidmətlərə qoşulmaq üçün istifadə olunan vasitəçi avadanlıqlar ilə təmin etmişdir. Həmin müqavilənin 4.3.8 bəndinə əsasən abunəçi müqavilədə nəzərdə tutulmuş xidmətlərdən imtina etmək (müqaviləyə xitam vermək) və ya xidmətləri müəyyən edilən müddətdən çox olmayaraq müvəqqəti olaraq dayandırmaq istədiyi halda, İddiaçı MMC-nin rəsmi Müştəri Xidməti Mərkəzində əvvəlcədən rəsmi yazılı qaydada və yaxud İddiaçı MMC-nin rəsmi əlaqə mərkəzinə zəng vasitəsilə müraciət etmək öhdəliyi götürmüşdür. Həmin müqavilənin 4.4.4 bəndinə əsasən abunəçi müqavilənin 4.3.8-ci bəndində müəyyən edilmiş qaydada İddiaçı MMC-yə müraciət etməklə, xidmətlərin göstərilməsinin 4 (dörd) ay müddətindən artıq olmayan müddətə dayandırılmasını və eyni qaydada müraciət etməklə xidmətlərin bərpasını tələb etmək hüququna malikdir. Həmin müqavilənin 4.3.10 bəndinə əsasən abunəçi istifadəsinə verilmiş, İddiaçı MMC-nin mülkiyyətində olan avadanlıqlara onun təqsiri nəticəsində hər hansı zərər vurulduğu, sıradan çıxdığı və geri qaytarılmadığı hallarda, İddiaçı MMC-nin tələbinə əsasən belə avadanlıqların dəyərini nağd və ya köçürmə yolu ilə İddiaçı MMC-yə ödəməlidir. Həmin Müqavilənin 5.4 bəndinə əsasən abunəçi bu müqavilədə qeyd edilən öhdəliklərini pozması nəticəsində İddiaçı MMC-yə birbaşa və ya dolayı yolla dəymiş zərərin (faktiki zərər, əldə çıxmış fayda, işgüzar nüfuza dəymiş zərər, dəbbə pulu) İddiaçı MMC-yə ödənilməsinə görə məsuliyyət daşıyır. Həmin müqavilənin 6.6 bəndinə əsasən avadanlıqdan istifadə müddəti müqavilənin müddəti ilə məhdudlaşır. Həmin müqavilənin 8.2.4 bəndinə əsasən İddiaçı MMC abunəçi tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq ödəniş öhdəlikləri yerinə yetirilmədikdə öz mülahizəsi əsasında müqavilənin icrasını birtəfli qaydada dayandıra və ya ona xitam verə bilər. Həmin müqavilənin 8.4 bəndinə əsasən müqaviləyə xitam verildikdə İddiaçı MMC tərəfindən abunəçinin istifadəsinə verilmiş avadanlıqlar İddiaçı MMC-nin rəsmi internet səhifəsində (https://www.citynet.az/terms-andconditions) müəyyən olunan qaydalara uyğun olaraq, müqaviləyə xitam verilməsi tarixindən sonra 20 (iyirmi) təqvim günündən ibarət müddət bitdikdən sonra 5 (beş) təqvim günü ərzində müəyyən edilmiş məbləğdə abunəçi tərəfindən İddiaçı MMC-yə cərimə (dəbbə pulu) ödənilməlidir. Abunəçi bu öhdəliyi icra etmədikdə, İddiaçı MMC abunəçidən cərimə (dəbbə pulu) məbləğinin tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi tədbirlər görmək hüququna malikdir. Həmin müqavilənin 9.3 bəndinə əsasən İddiaçı MMC məhkəməyə müraciət etməzdən öncə əvvəl abunəçiyə yazılı və ya şifahi bildiriş, məlumat, pretenziya tədqim etmək öhdəliyi daşımır. Abunəçi xidmətlərin istifadəsindən birtərəfli qaydada imtina etmiş, ödənişləri dayandırmış, lakin xidmətlərdən imtina və ya onların müvəqqəti dayandırması barədə tələb olunan qaydada İddiaçı MMC-yə məlumat verməmiş, xidmətlərin göstərilməsi üçün təqdim edilmiş avadanlıqları geri qaytarmamışdır. Tərəflərindən abunəçiyə təqdim edilmiş “Huawei” markalı ruter avadanlığının geri qaytarılması və ya cərimə məbləğinin ödənilməsi ilə bağlı xx.xx.2025 tarixli bildiriş göndərilmiş, lakin bugünədək avadanlıqlar geri qaytarılmamış və ya müvafiq ödəniş həyata keçirilməmişdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Göründüyü kimi Cavabdeh İddiaçı MMC ilə bağladığı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borclarını vaxtında ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin iddiaçı təşkilata olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi tələb edilən hissədə əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 219-220-ci, 284-6-cı, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş “Huawei” markalı ruter avadanlığı geri qaytarılmadığı üçün 74 manat məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-3804/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3804/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver