Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-545/2025 22.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14800 (on dörd min səkkiz yüz) manat məbləğində pul və 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona 14800 (on dörd min səkkiz yüz) manat məbləğində pul borcludur. Belə ki. 05 dekabr 2021-ci ildə şəxsən təqdim etdiyi yazılı müqaviləyə əsasən onunla Cavabdeh arasında 1000 (bir min) manat dəyərində kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh həmin pulu 15 ay müddətinə qaytarmağı öhtəsinə götürmüşdür. Daha sonra 17 iyun 2022-ci ildə şəxsən təqdim etdiyi yazılı müqaviləyə əsasən onunla Cavabdeh arasında 1800 (bir min səkkiz yüz) manat dəyərində kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh pulu 15 ay müddətinə qaytarmağı öhtəsinə götürmüşdür. 05 may 2023-cü ildə şəxsən təqdim etdiyi yazılı müqaviləyə əsasən onunla Cavabdeh arasında 7000 (yeddi min) manat dəyərində kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh pulu 15 iyul 2024-cü il tarixədək qaytarmağı öhtəsinə götürmüşdür. 26 may 2023-cü il tarixdə onunla Cavabdeh arasında 5000 (beş min) manat dəyərində iltizam verməklə bağlanmış müqaviləyə əsasən cavabdeh 01 yanvar 2024-cü il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin tarixlərdə ümumilikdə götürdüyü 14800 (on dörd min səkkiz yüz) manat pul borcundan ödəniş etməmişdir. Dəfələrlə ona şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, hər dəfə borcunu ödəyəcəyini bildirmiş, lakin bugünə kimi pul ödəməmişdir. Tərəfindən 10 iyul 2023-cü ildə bildirişi Cavabdeh göndərməklə ona ümumi olan 14800 (on dörd min səkkiz yüz) manat pul borcunu 3 gün müddətində geri qaytarmağı tələb etmiş, əks halda qanunvericiliyə müvafiq olaraq barəsində borcun alınması məqsədilə məhkəmə qaydasında müraciət etməklə tələb edəcəyi bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh yenə də, pulu ödəməmişdir. O, da pullarının geri qaytarılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, 05 dekabr 2021-ci il tarixli iltizama əsasən cavabdeh borca aldığığı 1000 manat məbləğində pulu 15 ay müddətinə, 17 iyun 2022-ci il tarixli iltizama əsasən 1800 manat məbləğində pulu 15 ay müddətinə, 05 may 2023-cü il tarixli borc müqaviləsinə əsasən 7000 manat məbləğində pulu 15 iyul 2024-cü il tarixədək, 26 may 2023-cü il tarixli iltizama əsasən 5000 manat məbləğində pulu 01 aprel 2024-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Sonuncu iltizama əsasən pulu ödəməyəcəyi halda evini ipoteka qoyacağını bildirmişdir. Cavabdeh ümumilikdə götürdüyü 14800 manat pul borcundan 420 manat və 265 manat ödəniş etmişdr. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bugünə kimi pul ödəməmişdir. İddiaçı 1000 manat və 1800 manat məbləğində pulu faizə vermişdir. Cavabdeh 1000 manat müqabilində 1500 manat, 1800 manat müqabilində 2700 manat qaytarmalı idi. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. 05 dekabr 2021-ci il tarixli iltizamdan görünür ki, İddiaçı ilə Cavabdeh lotareya oyunu qurmuşlar, 05 dekabr 2021-ci il tarixdən oyun başlanır. 15 ay müddətində hər ay 100 manat ödəmək şərti ilə oyuna daxil olur. 1000 manat pulu Cavabdeh götürür, əvəzində hər ay 100 manat məbləğində ödənişi hər ay 5-də ödəməyə söz verir. Əks halda məhkəməyə verilməsinə qanun qarşısında cavabdehlik daşıyır. İddiaçı 2022-ci ilin yanvar, fevral, mart, aprel, may və iyun aylarında hər ay 70 manat olmaqla cəmi 420 manat pulu almışdır.
8. 17 iyun 2022-ci il tarixli iltizamdan görünür ki, İddiaçı ilə Cavabdeh lotareya oyunu qurmuşlar, 17 iyun 2022-ci il tarixdə oyun başlanır. 15 ay müddətində hər ay 180 manat ödəmək şərti ilə oyuna daxil olur. 1800 manat pulu Cavabdeh götürür, əvəzində hər ay 180 manat məbləğində ödənişi hər ay 17-də ödəməyə söz verir. Əks halda məhkəməyə verilməsinə qanun qarşısında cavabdehlik daşıyır. İddiaçı 2022-ci ilin iyun ayında 130 manat, dekabr ayında 135 manat olmaqla cəmi 265 manat pulu almışdır.
9. 05 may 2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı Cavabdeh 7000 manat məbləğində pul verilmiş, cavabdeh həmin borcu hər ay 500 manat olmaqla 15 iyul 2024cü il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür.
10. 26 may 2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 5000 manat məbləğində pulun götürməsini təsdiq edir, həmin borcu 01 yanvar 2024-cü il tarixdə qaytaracaq. Borc üzrə öhdəliyi yerinə yetirmədiyi təqdirdə ipoteka predmeti olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini ipoteka yüklü etməyi və əmlakı İddiaçı mülkiyyətinə verməyi öhdəlik kimi icra edəcəkdir.
11. 27 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 135 manat dövlət rüsumu ödəmişdir. İşin faktiki halları:
12. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı 05 dekabr 2021-ci il tarixdə 1000 manat məbləğində, 17 iyun 2022-ci il tarixdə 1800 manat məbləğində, 26 may 2023-cü il tarixdə 5000 manat məbləğində borc pul alıb və bu barədə tərəflər yazılı qaydada iltizamlar təsdiq etmişlər. Cavabdeh İddiaçı 7000 manat məbləğində pulu isə 05 may 2023-cü il tarixli borc müqaviləsi əasında almışdır. Cavabdeh 05 dekabr 2021-ci il tarixdə borca aldığı 1000 manat puldan 420 manat, 17 iyun 2022-ci il tarixdə borca aldığı 1800 manat məbləğində puldan 265 manat pul qaytarmışdır. İddiaçı pulun qaytarılmasını tələb etsə də, Cavabdeh ümumi olan 14800 manat məbləğində borcun qalan hissəsini qaytarmamışdır. Hazırda iddiaçı ona vurulmuş maddi ziyana görə 14800 (on dörd min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 135 manat məbləğində pul vəsaiti tələb edir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.1.2-ci bındinə əsasən əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində; qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
17. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, tərəflər arasında yazılı formada bağlanmış 05 may 2023cü il tarixli əqdə və yazılı qaydada tərtib olunmuş iltizamlara əsasən iddiaçı cavabdehə borca pul verməyi, cavabdeh isə tərtib olunmuş sənədlərdə qeyd olunan tarixlərdə və şərtlərlə pulu geri qaytarmağı öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərinə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında müəyyən olunmuş pulu geri qaytarması barədə öhdəliyi götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir.
18. Göründüyü kimi iddiaçının təqdim etdiyi 05 dekabr 2021-ci il tarixli, 17 iyun 2022ci il tarixli və 26 may 2023-cü il tarixli iltizamlara, o cümlədən 05 may 2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı 14800 manat məbləğində pulu Cavabdeh vermiş, cavabdeh həmin puldan cəmi 685 manat qaytarmış, 14115 manat borcu isə qalmışdır.
19. Beləliklə, iddiaçının cavabdehə 14800 manat məbləğində pulu verməsi işin mübahisəsiz halıdır.
20. Məhkəmə iddiaçının cavabdehdən 14800 manat məbləğində pulu tam olaraq qaytarması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının özünün təqdim etdiyi, o cümlədən nümayəndəsi və vəkilinin də, məhkəmə iclasında bildirdiyi kimi cavabdeh borcdan 685 manat pulu qaytarmışdır. Belə olan halda iddiaçı həmin pulun tam qaytarılmasını tələb edə bilməz.
21. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 14115 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
22. Məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 135 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 14115 manat tutulduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 133 (yüz otuz üç) manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 2 (iki) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
23. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 14115 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 133 manat tutularaq İddiaçı ödənilməlidir.
24. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14115 (on dörd min yüz on beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 133 (yüz otuz üç) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri 2 (iki) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov