Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-687/2024 06.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «müqaviləyə xitam verilməsi, avtomobilin qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 10 iyul 2023-cü il tarixli K-491-A-PCC-23 nöməli avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməsi, Ravon R3 SX minik markalı **-PD-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini və ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumun əvəzini Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 iyul 2023-cü il tarixli K-491-A-PPC-23 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən Ravon R3 SX minik markalı **-PD-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini (şassi XWBTF69V9LA004738) satın almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin satış dəyəri 16900 (on altı min doqquz yüz) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh 16900 (on altı min doqquz yüz) manat məbləğində pulun hissə-hissə olmaqla 28 (iyirmi səkkiz) ay müddətinə ayda 604 (altı yüz dörd) manat ödənilməsi haqqında razılıq əldə edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də 2023-cü ilin sentyabr ayından sonra ödənişlərin icrasını tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehlə əlaqə yaradılaraq ya müqavilə üzrə öhdəliklərini icra etməsi ya da avtomobili qaytarması tələb edilsə də cavabdeh muqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir. Bununla da cavabdeh cəmiyyətin hüquqlarını kobud surətdə pozmuş və cəmiyyət məcbur qalaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış 10 iyul 2023-cü il tarixli K-491-A-PCC-23 saylı avtomobilin müddətli satışı üzrə müqavilənin 3.2.3-cü maddəsinə əsasən alıcı müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı MMC müqavilənin icrasından birtərəfli qaydada imtina edə, nəqliyyat vasitəsini geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. Müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etdiyi üçün Cavabdeh ilə bağlanmış 10 iyul 2023-cü il tarixli K-491-A-PCC-23 №-li muqaviləyə xitam verilməlidir və Ravon R3 SX minik markalı **-PD-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi haqqında qətnamə çıxarılmalıdır. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, 10 iyul 2023-cü il tarixli K-491-A-PPC-23 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən Ravon R3 SX minik markalı **-PD-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini (şassi XWBTF69V9LA004738) satın almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin satış dəyəri 16900 (on altı min doqquz yüz) manat məbləğində müəyyən edilmişdir. Cavabdeh 16900 (on altı min doqquz yüz) manat məbləğində pulun hissə-hissə olmaqla 28 (iyirmi səkkiz) ay müddətinə ayda 604 (altı yüz dörd) manat ödənilməsi haqqında razılıq əldə edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də 2023-cü ilin sentyabr ayından sonra ödənişlərin icrasını tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehlə əlaqə yaradılaraq ya müqavilə üzrə öhdəliklərini icra etməsi ya da avtomobili qaytarması tələb edilsə də cavabdeh muqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini icra etməmişdir. Bununla da cavabdeh cəmiyyətin hüquqlarını kobud surətdə pozmuş və cəmiyyət məcbur qalaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış 10 iyul 2023-cü il tarixli K-491-A-PCC-23 saylı avtomobilin müddətli satışı üzrə müqavilənin 3.2.3-cü maddəsinə əsasən alıcı müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı MMC müqavilənin icrasından birtərəfli qaydada imtina edə, nəqliyyat vasitəsini geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli K-491-A-PPC-23 saylı avtomobilin müddətli satışı üzrə müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqaviləsi bağlanmış, Ravon R3 SX minik markalı, **-PD-*** dövlət qeydiyyat nömrəli, XWBTF69V9LA004738 ban nömrəli avtomobil 28 ay müddətinə, hər ay 604 manat ödənilməklə 16900 manat məbləğində avtomobil Cavabdeh satılmışdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Məcəlləyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlərini müəyyən olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda bunu qismən yerinə yetirmişdir. Buna görə də tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli və qanunvericiliyin tələbinə əsasən avtomobil iddiaçıya qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 101 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli K-491-A-PPC-23 saylı avtomobilin müddətli satışı üzrə müqaviləsi ləğv edilsin. Ravon R3 SX minik markalı, **-PD-*** dövlət qeydiyyat nömrəli, XWBTF69V9LA004738 ban nömrəli avtomobil Cavabdeh alınaraq mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh 101 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-687/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-687/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver