Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-693/2023 30.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə. İddiaçı X4 cavabdeh X7 qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X9 cavabdeh X7 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 müqavilə öhdəliklərini pozaraq qəsdən ona vurduğu 1200 (bir min iki yüz) manat məbləğində zərərin, həmçinin məhkəməyə ödənilmiş 32 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mülkiyyət hüquqları ilə ona məxsus olan mənzili yeni almışdır. Həmin mənzilin təmir işləri yekunlaşdıqdan sonra evin mebel təchizatı üçün müxtəlif mebel ustaları ilə şifahi müqavilə bağlayaraq onlardan xidmət almışdır. Xidmətlərdən biri də X10 olmuşdur. Həmin şəxslə ilk olaraq qarderob mebelinin düzəldilməsi barədə razılıq əldə etmişlər və söz verdiyi vaxtda həmin mebeli təhvil verdikdən sonra razılaşdıqları məbləği cavabdehə ödəmişdir. Daha sonra o, Abıyev Samirlə mətbəx mebelinin düzəldilməsi barədə razılaşmışlar. Cavabdeh ona bildirmişdir ki, mebeli düzəldib təhvil verməyi üçün ehtiyat hissələri almalıdır və bu ehtiyat hissələri təxminən 1500 (min beş yüz) manatdır. O, cavabdehlə razılığa gəlmişdir ki, mebel üçün ilkin ödəniş 1500 (min beş yüz) manat və mebel təhvil verildiyi zaman isə 3000 (üç min) manat ödəməlidir. İlk mebel sifarişini heç bir gecikmə olmadan təhvil verdiyi üçün Abıyev Samirə etibar etmiş və ona istədiyi 1500 (min beş yüz) manat ilkin ödəniş məbləğini 2022-ci ilin oktyabr ayının əvvəllərində ona məxsus yaşadığı evdə ödəmişdir. Aradan xeyli zaman keçməsinə baxmayaraq nə mebeli, nə də ödənişi təhvil verməmişdir. Bu səbəbdən 01 noyabr 2022-ci il tarixdə həmin şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bu müraciəti Daxili İşlər Nazirliyi tərəfindən 001-76906A-4122 nömrəsi ilə qeydiyyata alınmış və araşdırılmışdır. Lakin polisin dəvətinə və çağırışlarına məhəl qoymayan Abıyev Samir xx.xx.2022-ci il tarixdə ödənişin sadəcə 300 (üç yüz) manat məbləğini yoldaşı X6 məxsus kart hesabına geri qaytarmışdır. Abıyev Samirin ona bugünədək 1200 (min iki yüz) manat məbləğində borcu qalmaqdadır. Bu borcu özü də whatsapp proqramındakı səs yazılarının birində etiraf etmişdir. Həmin səs yazısını elektron məhkəmə sisteminə yükləmək mümkün olmadığından iş materiallarına əlavə olunması və sübut kimi dəyərləndirilməsi üçün sizə poçt vasitəsilə CD faylda göndəriləcəkdir. Odur ki, borcun alınıb ona verilməsi barədə qətnamə çıxanlmasmı məhkmədən xahiş etmişdir. İddiaçı X9 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X10 məhkəməyə teleqram ünvanlayaraq işə baxılması üçün müddətin uzadılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsində qeyd edilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda göstərilən normalarına əsasən cavabdehin borcu qaytarmaq üzrə öhdəliklərini yerinə yetirməyən şəxs kimi tanınması üçün tərəflər arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, cavabdeh onları yerinə yetirməli olduğu halda yerinə yetirmir və buna görə də mülki mübahisənin yaranmasına gətirib çıxarır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsində qeyd edilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia təmin edildiyindən qeyd olunan məbləğ də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh X3 1200 (bir min iki yüz) manat məbləğində pul və ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X8 verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-693/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-693/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver