Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-717/2024 06.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakdan çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nüayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21472.78 manat əsas borcun, 17568.98 manat faiz borcunun, 4.38 manat cərimə borcunun, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 846.32 manat faiz borcunun və iş üzrə ödənilmiş 209.68 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.025 ha torpaq sahəsinə yönəlməsi,yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin torpaq sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə hazırlıq iclası 06 avqust 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş tərəflər, heç bir üzürlü səbəb olmadan 06 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Eyni zamanda tərəflər işə onların iştirakı olmadan baxmağı məhkəmədən xahiş etməmişlər. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.” Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X1 qarşı kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakdan çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-717/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-717/2024
06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver