Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-725/2025 29.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı Qapalı Səmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səmdar Cəmiyyətinin (bundan sonra QSC) Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı QSC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5525 manat əsas borc məbləği, 300 manat vəkilə ödənilən xidmət haqqı, 79 manat dövlət rüsumu olmaqla, cəmi 5904 manat pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh Ağayev X1 və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı olmuşdur. xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixədək İnteqral QSC-nin mühafizəsini həyata keçirmişdir. Cavabdeh uzun müddətli fəaliyyəti ilə əlaqədar ona etibar edilmiş və bir neçə dəfə satması üçün mal təhvil verilmişdir. Cavabdeh həmin malları sataraq pulun xəzinəyə ödənilməsini təmin etmişdir. Sonuncu dəfə 2024-cü ilin avqust ayının 21-də İddiaçı QSC-yə məxsus (Soyuducu İndesit DS 4160 S 2_**********90- **********40, Soyuducu İndesit İTİ 5181 W UA_**********30-**********91, Soyuducu İndesit İTR 5180 S_**********20-**********58, Soyuducu İndesit İTS 4180 S_**********40- **********85, Soyuducu İndesit İTS 4180 S_**********40-**********72, Soyuducu Samsung RT43K6000S8WT_0G3V4DBR901166K,SoyuducuSamRT35K5440S8WT_0DWE4DAH80 0465S, Soyuducu İndesit İTR 5180 S_********************9418, Soyuducu İndesit İTR 4160 E_**********30-**********28, Soyuducu İndesit DS 318 W_**********10- **********21, Soyuducu İndesit İTS 4160 S_********************3554 modelli) ümumi dəyəri 5525 manat olan, 11 ədəd soyuducu Cavabdeh tərəfindən tanışına satmaq məqsədilə götürülmüşdür. Lakin, sonuncu dəfə Cavabdeh tərəfindən götürülən ümumi dəyəri 5525 manat olan malların dəyəri bu günədək İddiaçı QSC-nə ödənilməmişdir. Cavabdeh öz izahatı zamanı soyuducuları Lənkərandan olan tanışına satmaq üçün götürdüyünü bildirmişdir. Həmçinin, cavabdeh qeyd etmişdir ki, tanışı soyuducuları təhvil aldıqdan sonra aldığı malların dəyərinin müəyyən hissəsini ona məxsus karta göndərib. Lakin, Cavabdeh pulu kartdan çıxardıqdan sonra itirdiyini bildirmişdir. Eyni zamanda hazırda maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş və həmin məbləği şirkətə geri qaytara bilmədiyini qeyd edərək borcu qısa zamanda qaytaracağına dair vəd vermişdir. Buna baxmayaraq, dəfələrlə əlaqə saxlamağa çalışsalar da, Cavabdeh borcun ödənilməsindən yayınmışdır. İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixində Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin həmin ünvanın bağlı olması səbəbi ilə məktub geri qaytarılmışdır. İnteqral QSC xx.xx.2024-cü il tarixində Cavabdeh əməlinə hüquqi qiymət verilməsi üçün Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Nərimanov rayon Polis İdarəsindən daxil olan xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh keçirilmiş tədbirlər nəticəsində Polis İdarəsinə gətirilərək onun izahatı alnmışdır. Məktubda həmçinin qeyd edilmişdir ki, müracətin araşdırılması zamanı əməldə cinayət tərkibi aşkar olunmamış və mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. xx.xx.2024-cü il tarixində Nərimanov rayon 17-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən verilən izahatın surətinin İnteqral QSC-nə təqdim edilməsini xahiş etmişlər. Hazırda Cavabdeh İddiaçı QSC qarşısında öhdəliyi 11 ədəd soyuducunun dəyəri – 5525 manat, Hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilən 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 79 manat, cəmi 5904 manat müəyyən edilir. Həmin məbləğlərin cavabdehdən tutulması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh Babaşlı Nəbi Qəhrəman oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh bildirş göndərilməklə 2024-cü ilin avqust ayının 21-də İddiaçı QSC-nə məxsus İndesit və Samsung markalı ümumi dəyəri 5525 manat olan 11 ədəd soyuducuya görə borcu yarandığı barədə məlumat verilmişdir. Borcun qaytarılmadığı təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı QSC Cavabdeh əməlinə hüquqi qiymət verilməsi üçün Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Nərimanov rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh keçirilmiş tədbirlər nəticəsində Polis İdarəsinə gətirilərək onun izahatı alnmışdır. Məktubda həmçinin qeyd edilmişdir ki, müracətin araşdırılması zamanı əməldə cinayət tərkibi aşkar olunmamış və mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı QSC Nərimanov rayon 17-ci Polis Bölməsinə müraciət edərək, cavabdeh tərəfindən verilən izahatın surətinin İddiaçı QSC-nə təqdim edilməsini xahiş etmişlər. Cavabdeh İddiaçı QSC-nin müdriyyətinə verdiyi izahatından göstərmişdir ki, o, soyuducuları (İndesit DS 4160 S 2_**********90-**********40, Soyuducu İndesit İTİ 5181 W UA_**********30-**********91, Soyuducu İndesit İTR 5180 S_**********20-**********58, Soyuducu İndesit İTS 4180 S_**********40-**********85, Soyuducu İndesit İTS 4180 S_**********40-**********72, Soyuducu Samsung RT43K6000S8WT_0G3V4DBR901166K, Soyuducu Samsung RT35K5440S8WT_0DWE4DAH800465S, Soyuducu İndesit İTR 5180 S_********************9418, Soyuducu İndesit İTR 4160 E_**********30-**********28, Soyuducu İndesit DS 318 W_**********10- **********21, Soyuducu İndesit İTS 4160 S_********************3554 modelli) Lənkərandan olan tanışına satmaq üçün götürdüyünü bildirmişdir. Həmçinin qeyd etmişdir ki, tanışı soyuducuları təhvil aldıqdan sonra aldığı malların dəyərinin müəyyən hissəsini ona məxsus karta göndərib. Lakin o, pulu kartdan çıxardıqdan sonra itirdiyini bildirmişdir. Eyni zamanda hazırda maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş və həmin məbləği şirkətə geri qaytara bilmədiyini qeyd edərək borcu qısa zamanda qaytaracağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı QSC-nə məxsus ümumi dəyəri 5525 manat olan, 11 ədəd soyuducucunu nisyə alqı-satqı müqaviləsi əsasında təhvil almış, lakin sonradan aldığı malların dəyərini İddiaçı QSC-yə ödəməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, şirkət rəhbərliyinə verdiyi izahatında soyuducuları həqiqətən də nisyə aldığını, soyuducuları satsa da, pulunu itirdiyindən şirkətə hər hansı məbləğdə pulu ödəmədiyini qeyd etmişdir. Buradan da görünür ki, cavabdeh iddia tələbini qəbul etmiş, hər hansı etirazını bu və ya digər formada məhkəməyə bildirməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin: -385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. - 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. - 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. - 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Məhkəmə işin faktiki hallarını, məhkəmə iclasında tədqiq edilmiş sübutları və iş materiallarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı malları cavabdehə verməklə öhdəliyini icra etmiş, lakin cavadeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə iddiaçı yaranmış borcun tələb edilməsi üçün məhkəməyə hazırki iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə iddia ərizəsində göstərilmiş hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə ödənilmiş 300 manat pul tələbi ilə bağlı qeyd edir ki, iddiaçı vəkilə və order markasına görə qeyd edilən məbləğdə pulun ödənilməsini təsdiq edən sübutları (ödəniş çeki, qəbz) məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edilən səbəblərdən hesab edir ki, iddiaçı vəkil xərci ilə bağlı tələbini sübut edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5525 manat pul və ödənilmiş 79 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 5525 manat pul və ödənilmiş 79 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-725/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-725/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver