Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-89/2025 22.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və payların müəyyən edilməsi tələbinə dair mülki işə Masallı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Vаlideynləri X25 оğlu ilə Əbilоvа Mərcаn Cоruq qızı nikаhlаrını 08 yаnvаr 1963-cü ildə rəsmi qeyd etdirməklə evlənmişlər. Оnlаrın rəsmi nikahdan əvvəl Nurcаhаn аdlı bаcısı, Bаhаdır, Аbidin, Аdil və Zаkir аdlı qаrdаşlаrı оlmuşdur. Rəsmi nikah bağladıqdan sonra ilə onunla yаnаşı Hikmət, Rаfiq, Sаkit və Nаmik аdlı qаrdаşlаrı, Dilşаd, Səbirə, Аğаbаcı аdlı bаcılаrı оlmuşdur. Аnаsı xx.xx.2004-cü ildə, аtаsı isə xx.xx.2020-ci ildə vəfаt etmişdir. Qаrdаşlаrındаn Hikmət Vəliyev xx.xx.1994-cü ildə, Rаfiq Vəliyev xx.xx.1982-ci ildə, Bаhаdır Əbilоv xx.xx.2022-ci ildə vəfаt etmişdir. Göründüyü kimi аnаsınа münаsibətdə birinci növbəli vərəsə kimi onunla yаnаşı Nurcаhаn, Səbirə, Dilşаd, Аğаbаcı аdlı bаcılаrı, Аbidin, Аdil, Zаkir, Sаkit və Nаmik аdlı qаrdаşlаrı, аtаsınа münаsibətdə isə birinci növbəli vərəsə kimi onunla yаnаşı Səbirə, Dilşаd, Аğаbаcı аdlı bаcılаrı, Sаkit və Nаmik аdlı qаrdаşlаrı qаlmışdır. Bаcılаrındаn Nurcаhаna, qаrdаşlаrındаn isə Аbidin, Аdil və Zаkirə münаsibətdə аtаlıq fаktı müəyyən edilmədiyindən оnlаr аtаsınа münаsibətdə vərəsə hesаb edilmirlər. Vəfаt edənədək vаlideynlərinin mülkiyyətində Tоrpаğın mülkiyyətə verilməsinə dаir JN-021А sаylı Şəhаdətnаmə ilə Mаsаllı rаyоnu Kubin kəndində 0,28 hа həyətyаnı tоrpаq sаhəsi оlmuşdur. Həyətyanı tоrpаq sаhəsinə mülkiyyət hüququnа dаir sənəddə vаlideynləri ilə yаnаşı onun, həyаt yоldаşının, 2 övlаdının, qаrdаşı Nаmik və bаcılаrı Səbirə ilə Аğаbаcının dа аdlаrı qeyd edilmişdir. Göründüyü kimi mirаs tоrpаq sаhəsi ümumi birgə mülkiyyətdə оlmаqlа həmin tоrpаq sаhəsinin 1/9-i аnаsındаn, 1/9-i isə аtаsındаn mirаs qаlmışdır. Mаsаllı rаyоnu Kubin kəndində qeydiyyаtdа оlsа dа, fаktiki оlаrаq Bаkı şəhərində yаşаyır. Dəfələrlə həbs edilməklə uzun müddət həbsdə оlmuşdur. Həmçinin səhhəti ilə bаğlı müаlicə аlmışdır. Bu səbəbdən də mirаsın qəbulu ilə bаğlı vахtındа ərizə verməmişdir. Bu yахınlаrdа Dövlət rüsumunun ödənilməsi haqqında məlumat üçün Nоtаriаt Оfisinə mürаciət etdikdə isə, mirаsın qəbul müddətinin burахıldığı və vərəsələr аrаsındа mübаhisə оlmаsı səbəbindən vərəsəlik işinin nоtаriаl qаydаdа sənədləşdirilməsinin mümkün оlmаmаsı bаrədə məktub verilmişdir. Mirаsı nоtаriаt оfisində sənədləşdirmək mümkün оlmаdığındаn mirаslа bаğlı məhkəməyə mürаciət etmək məcburiyyətində qаlmışdır. Mərhum vаlideynlərindən mirаs qаlmış tоrpаq sаhəsi ilə bаğlı vərəsəlik şəhаdətnаməsi verilməsi üçün Nоtаriаt Оfisinə mürаciət etsə də, mirаsın bölüşdürülməsi məsələsində cаvаbdehlərlə аrаsındа nаrаzılıqlаr yаrаnmışdır. İddiaçının tələbi: Mаsаllı rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının 17 sentyаbr 1998-ci il tаriхli 46 sаylı qərаrı əsаsındа verilmiş JN-021А kоd 80523038 sаylı şəhаdətnаmə ilə pаylı mülkiyyətdə оlmuş Mаsаllı rаyоnu Kubin kəndində yerləşən 0,28 hа həyətyаnı tоrpаq sаhəsində mərhum X25 оğlu ilə Əbilоvа Mərcаn Cоruq qızının hər birinin 1/9 pаyının müəyyən edilməsi, həmin mirаsın qəbul edilməsi üçün müddətin uzаdılmаsı və həmin mirаs əmlаkа pаylаrının müəyyən edilməsi bаrədə qətnаmə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında idddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin əvvəlki məhkəmə iclasında izahatında bildirmişdir ki, atası xx.xx.2020-ci ildə vəfat edib. Həmin vaxt həbsdə olduğundan vərəsəliklə bağlı müraciət edə bilməmişdir. İlk dəfə 1994cü ildə, daha sonra 2001-ci ildə, 2007-ci ildə, 2008-ci ildə, 2011-ci ildə, sonuncu dəfə isə 2019-cu ilin mart ayında törətdiyi oğurluq əməlinə görə məhkum olunmuşdur. xx.xx.2021ci ildə həbsdən çıxmışdır. Mərhum atasının ölüm il dönümündə iştirak etmişdir. 2021-ci ildən etibarən qardaşı Namik onu ata həyətinə buraxmır. Dəfələrlə barəsində polisə şikayət edilmişdir. Hazırda bacısıgildə yaşayır. Qalmağa başqa yeri yoxdur. Ata mülkiyyətində onun da payı vardır. Ona düşən payı tələb edir. Atasının rəhmətə getdiyi evdə Namik öz ailəsi ilə qalır. Bu müddət ərzində bütün təsərrüfatdan Namik istifadə edib və oranı Namik idarə edib. Yoldaşı və uşaqları Namikgilə gedib-gəlir. Sonuncu dəfə 1999cu ildə həmin torpaq sahəsində əkin biçin işləri aparmışdır. Cavabdeh3 məhkəmə iclasında izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin əvvəlki məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, mərhum anası X15 xx.xx.2004-cü il tarixdə, mərhum atası X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Anası rəhmətə getdikdən sonra atası ilə o qalmışdır. Bütün bacı qardaşları təsərrüfatdan ayrılıb getmişdir. Bacılarından Dilşad arabir atasına baxmağa gəlmişdir. Lakin davamlı olaraq o və onun ailəsi atasının qulluğunda dayanmışdır. Atası rəhmətə getdikdən sonra da təsərrüfatı təkbaşına idarə etmişdir. Ondan başqa miras əmlakı qəbul edən bacı qardaşı olmamışdır. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs uzun müddət məhkumluq həyatı keçirmiş, həmçinin səhhətində bir sıra problemlər olmuşdur. Həbsdən çıxdıqdan sonra da müalicələr almışdır. Bu səbəbdən vərəsəliklə bağlı vaxtında müraciət edə bilməmişdir. Bundan əlavə hüquqlarını müdafiə etdiyi şəxs torpağın mülkiyyətçilərindən biridir. Həmin şəhadətnamədə İddiaçı, onun həyat yoldaşının və 2 övladının adı qeyd olunmuşdur. Valideynlərindən qalmış miras əmlaka da qanun üzrə vərəsəlik hüququ vardır. Mərhum valideynlərindən qalan torpaq sahəsinin 1/9 hissəsinə tələb hüququ vardır. İddiaçı yalnız özünə düşən torpaq sahəsinə tələb irəli sürür. Digər bacı qardaşların öz paylarına düşən torpaq sahəsindən istifadə etmələrinə heç bir etirazı yoxdur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh X20 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Anası rəhmətə getdikdən sonra həmin evdə qardaşı Namik qalmış, atasına da son günə qədər o qulluq etmişdir. Arabir bacısı Dilşad da gedib köməklik göstərmişdir. Miras əmlak qardaşı Namik tərəfindən qəbul edilmişdir. Hazırda da təsərrüfatı Namik idarə edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh8 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Mərhum anası şəkər xəstəsi olduğundan ona yeddi il özü qulluq etmişdir. Anasının vəfatından sonra da atasının qulluğunda durmuşdur. Mərhum atasının gözləri ömrünün son iki ilində tutulmuşdur. Atasının vəfatından sonra ilk bir ildə ata evinə gedib gəlmişdir. Orada qoyun saxlamışdır. Ümumilikdə 13 baş qoyunu olmuşdur. Hesab edir ki, ata mülkündən hər birinin payı ayrılmalıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Mərhum anası rəhmətə gedəndə o hüzrdə iştirak edə bilməmişdir. Anasından sonra atası həmin evdə Namik ailəsi ilə yaşamışdır. Mübahisəli əmlakda tikinti işlərinə köməklik etmişdir. Tikinti materialları göndərmişdir. Atası rəhmətə gedəndən sonra həyət-bacada hər hansı bir iş görməmiş, torpağı əkib becərməmişdir. Lakin qardaşıgilə gəlib getmişdir. Miras əmlakdakı payının müəyyən edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh7 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Anası rəhmətə getdikdən sonra həmin evdə daimi olaraq Namik və atası yaşamışdır. Onun ata həyətində 1 baş inəyi, 10 baş qoyunu olmuşdur. Atası rəhmətə getdikdən sonra Namik torpaq sahəsindən istifadə etməyinə imkan verməmişdir. Miras əmlakdan payının ayrılmasını xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh9 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Atası rəhmətə getdikdən sonra o həmin torpaq sahəsinə getməmişdir. Payıbəlli torpağının bölünməsini tələb edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh5 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Miras əmlakdan payının ayrılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlər: Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 872 №-li məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X6 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, vərəsəliyin qəbul müddəti keçdiyi üçün və eyni zamanda qohumluq əlaqələrini təsdiq edən sənədləri tam şəkildə təqdim edə bilmədiyi və vərəsələr arasında mübahisə olduğu səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət etməsi xahiş olunur. Masallı Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 873 №-li məktubundan görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş anası X7 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, vərəsəliyin qəbul müddəti keçdiyi üçün və eyni zamanda qohumluq əlaqələrini təsdiq edən sənədləri tam şəkildə təqdim edə bilmədiyi və vərəsələr arasında mübahisə olduğu səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət etməsi xahiş olunur. Ölüm haqqında arayışdan görünür ki, X15 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında arayışdan görünür ki, X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında arayışdan görünür ki, X17 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Ölüm haqqında arayışdan görünür ki, X19 xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-210/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 02 (iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)- 1451/2024 saylı qərarından görünür ki, məhkum edilmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-210/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü məhkum edilmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Nikah haqqında arayışdan görünür ki, X2 Mərcan Coruq qızı ilə nikahlarını xx.xx.1963cü il tarixdə Masallı rayon Hişkədərə ərazi nümayəndəliyində rəsmiləşdirmişlər və buna dair 02 saylı qeydiyyat aparılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair (JN-021A KOD ********) şəhadətnamədən görünür ki, Masallı rayonu Kubin kəndində yerləşən 0,28 ha torpaq sahəsi X16 və onun ailə üzvləri olan X10, X8, İddiaçı, X4, X12, X1, X5, X9 ümumi istifadəsinə verilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-4391/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.1974-cü ildə Masallı rayonu, Kubin kəndində yaşayan, (FİN:xxxxxxx) İddiaçı stasionar müalicə olunması üçün qeyri-könüllü olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”na yerləşdirilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-178/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-4391/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-522/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: 213.1 və 213.2-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci madddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 223.1-223.4-cü maddələrinə uyğun olaraq birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2 və 152.7-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014cü il 18 iyul tarixli Qərarında qeyd edilmişdir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halları aşağıdakılardan ibarətdir.
1. Mаsаllı rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının 17 sentyаbr 1998-ci il tаriхli 46 sаylı qərаrı əsаsındа verilmiş JN-021А kоd 80523038 sаylı şəhаdətnаmə ilə pаylı mülkiyyətdə оlmuş Mаsаllı rаyоnu Kubin kəndində yerləşən 0,28 hа həyətyаnı tоrpаq sаhəsi X16 və onun ailə üzvləri olan X10, X8, İddiaçı, X4, X12, X1, X5, X9 ümumi istifadəsinə verilmişdir.
2. X3 xx.xx.2020-ci il tarixdə, mərhum X15 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir.
3. Mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh3 istifadəsindədir.
Məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəli halları aşağıdakılardan ibarətdir.
1. Mаsаllı rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının 17 sentyаbr 1998-ci il tаriхli 46 sаylı qərаrı əsаsındа verilmiş JN-021А kоd 80523038 sаylı şəhаdətnаmə ilə pаylı mülkiyyətdə оlmuş Mаsаllı rаyоnu Kubin kəndində yerləşən 0,28 hа həyətyаnı tоrpаq sаhəsinin payçıları və onların hər birinə münasibətdə payın nisbəti.
2. Mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması üçün üzrlü səbəblərin olub-olmaması İşə baxan məhkəmənin mövqeyi.
İddiaçı hazırki məhkəmə mübahisəsində mərhum valideynlərindən miras qalmış əmlakdan pay almağa nail olmaq istəyir və mirası qəbul etmək üçün müəyyən edilmiş müddəti ötürdüyünə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzrlü hesab edilərək, həmin müddətin uzadılması tələbini irəli sürür. Qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə İddiaçı və miras əmlakdan pay tələb edən digər cavabdehlər miras qoyanlar X16 və X10 övladları olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq miras qoyanın birinci növbə vərəsələridir və vərəsə kimi mirasdan pay almaq hüquqlar vardır. Mirası qəbul etmə müddətinə münasibətdə məhkəmə qeyd edir ki, bu müddət hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə və ya ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn, mirasın qəbulu vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktiki başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlakla əlaqədar yaranır. Bundan başqa, mirasın qəbulu və qəbulundan imtina müəyyən bəlli müddət, vaxt ərzində həyata keçirilməlidir. Bununla bərabər, miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzrlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında göstəriş yoxdur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarında Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu adıçəkilən Qərarında həmçinin vurğulamışdır ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və qeyd olunan qanunvericilik normalarına uyğun olaraq mirasın qəbulu müddətinin ötürülməsi həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmur və məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinə “məhdudlaşdırıcı” istiqamətdən yanaşmamalı və məsələni ətraflı araşdıraraq müddətin ötürülməsini üzrlü saydığı halda, həmin müddəti uzatmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normaları və Konstitusiya Məhkəməsinin qərarına əsasən belə nəticəyə gəlir ki, miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddət üzrlü hesab edilməklə uzadıla bilməz. Belə ki, X3 xx.xx.2020-ci il tarixdə, mərhum X15 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü əsası kimi iddiaçının uzun illər həbsdə olması və çıxdıqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nda məcburi müalicə alması göstərilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı isə sonuncu dəfə 2021-ci ilin dekabr ayında həbsdən çıxmış, bundan iki il sonra Masallı Rayon Məhkəməsinin 2(050)-4391/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən qeyri-könüllü olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”na yerləşdirilmişdir. Bu müddət ərzində iddiaçının özünün də iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərdiyi kimi cavabdeh olan qardaşı Cavabdeh3 ilə aralarında miras əmlaka dair mübahisələr olmuşdur. Buna baxmayaraq həmin müddət ərzində iddiaçı tərəfindən miras əmlakın qəbulu ilə bağlı notariat orqanına və ya mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmək imkanı olduğu halda bu hüquqdan istifadə edilməmişdir. Hazırki iş üzrə vərəsənin notariat orqanına qanunla müəyyənləşdirilmiş müddətlərdə müraciət edə bilməməsinə dair dəlilləri ağlabatan olmamaqla işin mövcud hallarına, tərəflərin vəziyyətinə uyğun gəlmir və iddiaçının istinad etdiyi hallar mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülmüş hesab edilməsi üçün əsas kimi çıxış etmir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Mаsаllı rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının 17 sentyаbr 1998-ci il tаriхli 46 sаylı qərаrı əsаsındа verilmiş JN- 021А kоd 80523038 sаylı şəhаdətnаmə ilə pаylı mülkiyyətdə оlmuş Mаsаllı rаyоnu Kubin kəndində yerləşən 0,28 hа həyətyаnı tоrpаq sаhəsində X11, X10, X8, İddiaçı, X4, X12, X1, X5, X9 hər birinin 1/9 hissədə payları müəyyən edilməli, iddia tələbi mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması və həmin mirаs əmlаkа pаylаrının müəyyən edilməsi hissəsində təmin edilməməlidir.
Məhkəmə xərcləri:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Mаsаllı rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının 17 sentyаbr 1998-ci il tаriхli 46 sаylı qərаrı əsаsındа verilmiş JN-021А kоd 80523038 sаylı şəhаdətnаmə ilə pаylı mülkiyyətdə оlmuş Mаsаllı rаyоnu Kubin kəndində yerləşən 0,28 hа həyətyаnı tоrpаq sаhəsində X11, X10, X8, İddiaçı, X4, X12, X1, X5, X9 hər birinin 1/9 hissədə payları müəyyən edilsin. İddia tələbi mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması və həmin mirаs əmlаkа pаylаrının müəyyən edilməsi hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerlşədirilməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.
Hakim: Ellara Abbasova