Məhkəmə qərarları › İş №e-2(050)-946/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-946/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-946/2024 30.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, iddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı müqavələ öhdəliklərinin pozulması ilə əlaqədar pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı QSC-nin direktoru Əliağa Babayev iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 111 776 (yüz on bir min yeddi yüz yetmiş altı) manat 47 qəpik əsas borc məbləğinin, gecikdirilmiş dövr üçün 465 (dörd yüz altmış beş) manatın, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğ olmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 403 (dörd yüz üç) manatın, cəmi 112 944 (yüz on iki min doqquz yüz qırx dörd) manat 47 qəpik pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 110476 (yüz on min dörd yüz yetmiş altı) manat 47 qəpik əsas borc məbləğinin, gecikdirilmiş dövr üçün 460 (dörd yüz altmış) manatın, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğ olmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 403 (dörd yüz üç) manatın, cəmi 111 639 (yüz on bir min altı yüz otuz doqquz) manat 47 qəpik pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15 avqust 2022-ci il tarixində, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında, Distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən №47733 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler tərəfindən tərəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq əmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin, Dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 oktyabr 2023-cü il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 30 oktyabr 2023-cü il tarixinin sonuna Cavabdeh İddiaçı QSC-ə borcu 112 576 (yüz on iki min beş yüz yetmiş altı) manat 47 qəpik təşkil edir. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. Cavabdeh tərəfindən mövcud borcla əlaqədar ümumilikdə 800 manat ödəniş edildikdən sonra xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı QSC-ə olan borcu 111 776,47 manat təşkil edir. Həmçinin, Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, həmçinin kreditorun borcunu tələb etmək hüququ və borclunun borcunu geri qaytarmaq vəzifəsi də həmin andan başlanır. Borclunun borcunu geri qaytarmaq vəzifəsi ilk yazılı tələbi göndərdiyi andan başlanır, belə ki, kreditor olaraq İddiaçı QSC tərəfindən xx.xx.2023-cü il tarixində Cavabdeh ilk yazılı pretenziya göndərilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz dəməyə borcludur. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddəti də nəzərə alsaq, borclunun öhdəliyi icra etmək vəzifəsi xx.xx.2023-cü il tarixindən başlanmalıdır. İddianın gecikdirilməsi üzrə məbləğ 1 ay əsasında ((111 776,47*5%)/12)*1= 465,73 manat hesablanmalıdır. Məhkəmə iclası zamanı iddiaçının vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdeh tərəfindən mövcud borcla əlaqədar 800 manatdan əlavə iki dəfəyə 1300 manat, ümumilikdə isə 2100 manat ödəniş edilmişdir. Bu səbəbdən də hazırda Cavabdeh İddiaçı QSC-ə olan əsas borcu 110476,47 manat təşkil edir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən Cavabdeh 110476 (yüz on min dörd yüz yetmiş altı) manat 47 qəpik əsas borc məbləğinin, gecikdirilmiş dövr üçün 460 (dörd yüz altmış) manatın, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 300 (üç yüz) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 403 (dörd yüz üç) manatın, cəmi 111639 (yüz on bir min altı yüz otuz doqquz) manat 47 qəpik məbləğində pulun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə tam sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş: -İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2022-ci il tarixli, 47733 saylı Diler müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir. Diller öz növbısində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Tərəflər arasında satışın həyata keçirilməsini tənzimləyən əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olacaq. Satılan malın miqdarı, qiyməti malın üərində təqim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını distribütor təqdim edəcək, həmçinin malın dilerə çatdırılmasını distribütor öz hesabına həyata keçirəcək. -İddiaçı QSC-nin nümayəndəsi Fuad Hacıyevin, müştəri Cavabdeh və İddiaçı QSCnin satış şöbəsinin müdirinin imzaları ilə təsdiq olunmuş 01 noyabr 2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh 31 oktyabr 2023-cü il tarixinin sonuna İddiaçı QSC-yə olan borcu 112 576,47 manat təşkil edir. -30 yanvar 2024-cü il tarixli, 119 nömrəli maliyyə arayışından görünür ki, 15 avqust 2022-ci il tarixli, 47733 saylı diler müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-yə olan borcu 111 776,47 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh diler müqaviləsi üzrə İddiaçı QSC-dən aldığı malların pulunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsədüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Konstitusiya Məhkəməsi Plenumunun 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş dövr üçün illik beş faiz tələbi hissəsində də əsaslıdır. Belə ki, cavabdeh diler müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklərini icra etməyərək iddiaçının pul vəsaitini qanunsuz olaraq saxladığından iddiaçı tərəfindən cavabdehə ilk yazılı pretenziya göndərildiyi gündən, yəni 05 dekabr 2023-cü il tarixdən sonra hesablanmış 465 manat məbləğində pulu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh əsas borca görə 110476 (yüz on min dörd yüz yetmiş altı) manat 47 qəpik, gecikdirilmiş dövr üçün 460 (dörd yüz altmış) manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 403 (dörd yüz üç) manat, cəmi 111 639 (yüz on bir min altı yüz otuz doqquz) manat 47 qəpik məbləğində pul tutularaq İddiaçı QSC-nin xeyrinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 110476 (yüz on min dörd yüz yetmiş altı) manat 47 qəpik, gecikdirilmiş dövr üçün 460 (dörd yüz altmış) manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 300 (üç yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 403 (dörd yüz üç) manat, cəmi 111 639 (yüz on bir min altı yüz otuz doqquz) manat 47 qəpik məbləğində pul tutularaq İddiaçı QSC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar