Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1021/2023 11.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının və vərəsəliyin müəyyən edilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı mirasın qəbul edilməsi faktının və vərəsəliyin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, doğma bacısı olan mərhum X2 1956-cı il tarixdə Ağcabədi şəhərində doğulmuşdur. Mərhum heç vaxt ailə həyatı qurmayıb. Mərhum bacısı X2 15 sentyabr 2021-ci il tarixdə Ağcabədi şəhərində vəfat edib. Mərhum bacısı X1 Ağcabədi şəhəri İsmət Qayıbov küçəsində xüsusi mülkiyyətlə ümumi sahəsi 34.30 kvd metr olan bina 9 mənzil 1 miras qalıbdır. O, mirasın qəbulu ilə bağlı X4 xidmətin notariat ofisinə ona vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı müraciət etsə də, ona ünvanlanmış 18 yanvar 2023-cü il tarixli 34 saylı məktubla bildirilib ki, mirasın qəbuluna dair müddət buraxıldığı üçün vərəsəlik şəhadətnaməsi təqdim oluna bilmir. Məhkəmədən Mə rhum bacısı X1 qalan Ağcabədi şəhəri İsmət Qayıbov küçəsində xüsusi mülkiyyətlə ümumi sahəsi 34.30 kvd metr olan bina 9 mənzil 1 ünvanının miras əmlakı kimi tərəfindən qəbul edilməsi və vərəsəliyin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, onun mirasın qəbul edilməsi faktı və vərəsəliyin müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını xahiş edir. Məhkəmə iddiaçının iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsini araşdıraraq müəyyən etdi ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170.1 və 170.2, 263- 264, 266, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı mirasın qəbul edilməsi faktının və vərəsəliyin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-1021/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1021/2023
11.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver