Məhkəmə qərarları › İş №e-2(051)-1045/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1045/2024

17.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1045/2024 17.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızı, Əliyeva Əminə Malik qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və cavabdeh Mingəçevir şəhər Təhsil sektoru üzrə İ.Zeynalov adına 2 nömrəli Tam Orta Məktəbin direktoru Cavabdeh Məmməd qızının iştirakları ilə İddiaçı cavabdeh Mingəçevir şəhər Təhsil sektoru üzrə İ.Zeynalov adına 2 nömrəli Tam Orta Məktəbin direktoru Cavabdeh Məmməd qızına qarşı əmrin ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmrin ləğv edilməsi və sair tələbinə iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər Təhsil sektoru üzrə İ.Zeynalov adına 2 nömrəli Tam Orta Məktəbin direktoru Cavabdeh 06 mart 2024-cü il tarixli 28 saylı inzibati tənbeh növü-töhmət verilmə barədə əmrin qanunsuz olduğu üçün ləğv edilməsi, 300 (üç yüz) manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mediasiyaya müraciət etməmişdir, belə ki, hazırki mübahisə üzrə mediasiya təşkilatına müraciət edilməsinə zərurət yoxdur. Bununla belə iddia ərizəsi icraata qəbul edilibsə icraat davam etməlidir. İddianın baxılmamış saxlanılmasına etiraz edir. Cavabdeh Mingəçevir şəhər Təhsil sektoru üzrə İ.Zeynalov adına 2 nömrəli Tam Orta Məktəbin direktoru Cavabdeh Məmməd qızı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, hazırkı mübahisə əmək mübahisəsi olduğu üçün ilk olaraq onu mediasiya sessiyasına dəvət etməli idilər. X1 heç bir təklif göndərilməmişdir. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda iddia ərizəsi baxılmamış saxlanılır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsil sektoru üzrə İ.Zeynalov adına 2 nömrəli Tam Orta Məktəbin direktoru Cavabdeh Məmməd qızına qarşı əmrin ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar