Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1085/2023 20.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə hüquqi əsas olmadan əldə olunan vəsaitə görə qalıq borc üzrə 548.12 manat, faiz borcu üzrə 137.39 manat olmaqla cəmi 685.51 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1085/2023 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı "xxxx" ASC-nin Nəsimi filialı tərəfindən Bakı Baş Səhiyyə İdarəsininxx.xx.2021-ci il tarixli Bank xidmətlərinin istifadəsinə dair ərizəsinə əsasən Bank tərəfindən təşkilatın işçilərinin istifadəsinə verilməsi üçün 49 ədəd əmək haqqı kartı 3 il müddətinə açılmış və istifadə edilməsi üçün plastik kart verilmişdir. Nəsimi filialının müştərisi olanCavabdehsözügedən ərizə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 1491.87 AZN məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan da göründüyü kimi, xx.xx.2021 və xx.xx.2021 tarixlərində eyni miqdarda (1491.87 AZN) “AMAK HAQQİ” təyinatı ilə vəsait mədaxil olunmuşdur. Köçürülmüş hər iki əməkhaqqı cavabdeh tərəfindən xx.xx.2021 tarixində məxaric edilmişdir. xx.xx.2021 tarixində “AMAK HAQQİ (REVERSE)” təyinatı ilə vəsaitin biri geri qaytarılaraq overdraft yaranmışdır. Bankın Nəsimi filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən CavabdehBanka hazırki dövr üçün qalıq borc üzrə 548.12AZN, faiz borcu üzrə 137.39AZN olmaqla cəmi 685.51AZN borcu olmuşdur. Maliyyə arayışına əsasən müxtəlif vaxtlarda edilən hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün silinmələr və nağd ödənişlər vasitəsi ilə cəmi 943.62AZN məbləğində borcdan ödəniş olunmuşdur. Hal-hazırdaAbbasova Təranı Emin qızının hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə cəmi 685.51 AZN borcu mövcuddur. Eyni zamanda tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2023cü il tarixli 6-2-22/2-6048/2023 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, ABB-nin onu məhkəməyə verməsinə heç bir əsas yoxdur. O, Abşeron modul tipli xəstəxanasında cığır xəstələrlə işləmişdir. İşlədiyi müddətdə heç bir maaş almamışdır. 2 aya yaxın işləmişdir, sonra ixtisara düşmüşdür. İşdən çıxarılandan 1 ay sonra maaş almamış və heç bir şeydən xəbəri olmayıb. Eşitmiş ki, maaş keçib, o da gedib maaşını almışdır və heç bir şeydən xəbəri olmayıb. İndi neçə il keçəndən sonra bank ayılıb ki, “sənə artıq pul yazılıb”. Odur ki, məhkəmədən qətnamə çıxararkən izahatında göstərdiyi halları nəzərə almasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan «Azərbaycan Beynəlxalq Bankı” ASC-də ABBASOVA TARANA EMİN hesabından çıxarışdan görünür ki, hüquqi əsas olmadan hesabdan çıxarılmış məbləğ cəmi 1,491.74 manat, hesablanmış faiz 137.39 manat olmaqla cəmi 1,629.13 manatdır. Cəmi ödənilmiş məbləğ 943.62 manatdır. Cəmi qalıq borc 685.51 manatdır. Dövlət rüsumu 30 manat, komissiya haqqı 0.40 manat olmaqla ümumi tələb edilən məbləğ 715.91 manatdır. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankdan Cavabdeh hüquqi əsas olmadan əmək haqqı kartı ilə 1491.87 manat pul götürmüşdür. Cavabdehin həmin borcuna 137.39 manat faiz hesablanmışdır. Cavabdeh borcundan 943.62 manat ödəniş etsə də, qalıq borc olan 685.51 manat pulu ödəməmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka 548.12 manat əsas, 137.39 manat faiz olmaqla, cəmi 685.51 manat borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 548.12 manat əsas, 137.39 manat faiz olmaqla, cəmi 685.51 manat pul tutulub iddiaçı "xxxx" ASC-nə verilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat və xidmət haqqı 0,40 manat məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçı bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 548.12 (beş yüz qırx səkkiz manat, on iki qəpik) manat əsas, 137.39 (bir yüz otuz yeddi manat, otuz doqquz qəpik) manat faiz olmaqla, cəmi 685.51 (altı yüz səksən beş manat, əlli bir qəpik) manat pul alınıb iddiaçı "xxxx" ASC-nə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul və xidmət haqqı 0,40 (qırx qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-1085/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1085/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver