Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1093/2025 26.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə “pul və ziyan” tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində 1500 (bir min beş yüz) manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 950 (doqquz yüz əlli) manat və 45 (qırx beş) manat dövlət rüsmumu olmaqla, cəmi 2495 (iki min dörd yüz doxsan beş) manat ödənişin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi baradə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində iddiaçıya dəymiş 1500 manat maddi zərərin, hüquqi yardım üçün ödənilmiş 950 (doqquz yüz əlli) manat məbləğində vəsaitin, iddia ərizəsinin ödənilməsinə görə ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun, ümumilikdə 2495 (iki min dörd yüz doxsan beş) manat vəsaitin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə 03 dekabr 2024-cü il tarixində əmək müqaviləsi bağlamaqla əsas iş yeri üzrə “çiskaçı” vəzifəsinə işə qəbul edilmişdir. 01 noyabr 2024-cü il tarixində iddiaçı ilə cavabdeh arasında 9112 saylı tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Elə həmin tarixdə, yəni 01 noyabr 2024-cü il tarixində iddiaçı və cavabdeh arasında 9110 saylı “Sponsorluq” müqaviləsi bağlanmışdır. Həmin müqavilə hər iki tərəfin ortaq maraqları əsasında cavabdehin əlavə xərc çəkmədən peşə biliklərinə yiyələnməsi, bütün ömrü boyu tətbiq edə bilməsi və iddiaçının əlavə xərc çəkməklə öz fəaliyyəti üçün kadr yetişdirməsi məqsədi ilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı nəzərdə tutulan təlimin həyata keçirilməsi üçün maliyyə vəsaiti təmin edir və həmin vəsait onun tərəfindən təlimverənə ödənilir. Cavabdeh isə bunun qarşılığında təlimdə yiyələndiyi peşə biliklərini əmək funksiyasını həyata keçirən zaman müqavilənin qüvvədə olduğu müddət ərzində işdə tətbiq etməyi öhdəsinə götürür. Müqavilənin 2.6-cı, 4.1-ci və 4.2-ci bəndlərinə əsasən cavabdehin əmək hüquqları məhdudlaşdırılmır, onun əmək müqaviləsinə Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada xitam verməsinə qadağa qoyulmur, lakin bu iddiaçının çəkdiyi xərcləri tələb etməsini və cavabdehin tam maddi məsuliyyətini istisna etmir. Bu müqavilənin məqsədinin həyata keçirilməsi üçün 01 noyabr 2024-cü il tarixində iddiaçı, cavabdeh və fərdi sahibkar (təlimçi) X2 (VÖEN: **********) arasında “Xidmətlərin göstərilməsinə dair” 9113 saylı, üçtərəfli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən təlimçi iddiaçının sifarişi əsasında cavabdehə “cild baxımı prosedurları mövzusu (çistka, dermapen, peeling, lazer epilyasiyası və sairə bunlar kimi əlavə tibbi bilik tələb etməyən prosedurlar) çərçivəsində həm nəzəri, həm də praktiki təlimlər keçməyi, cavabdeh bu təlimlərdə iştirak etməyi, iddiaçı isə müəyyənləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən məbləğ 1 (bir) ay üçün 1500 manat təşkil etmişdir. 01 dekabr 2024-cü il tarixli, iddiaçı, cavabdeh və təlimçi tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən nəzəri və praktiki qaydada cild (dəri) baxımı prosedurları (təlimləri) keçirilmişdir. 01 dekabr 2024-cü il tarixli, 187255 seriya İMH nömrəli kassa mədaxil orderi ilə iddiaçı tərəfindən 1500 (bir min beş yüz) manat vəsait təlimçi-fərdi sahibkar X1 ödənilmişdir. 28 fevral 2025-ci il tarixində iddiaçı tərəfindən qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə 03A nömrəli əmr əsasında Cavabdeh ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a”- tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli 9110 nömrəli Sponsorluq müqaviləsinin 2.11-ci bəndinə əsasən, Dəstəklənən təlimdən uğurla keçdikdən sonra (və ya təlim bitdikdən) 3 (üç) il ərzində işdən ayrılmaq üçün müraciət edərsə və yaxud AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c”, “ç” və “d” bəndləri ilə onun əmək müqaviləsinə xitam verilərsə təlim üçün Sponsor tərəfindən ödənilmiş maddi dəyər daxil olmaqla hərəkət (hərəkətsizlik) nəticəsində Sponsora dəymiş zərər Dəstəklənən tərəfindən Sponsora geri ödənilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi Cavabdeh xx.xx.2024-cü il tarixli 9110 nömrəli Sponsorluq müqaviləsinin tələblərindən irəli gələn öhdəliklərini yerinə yerinə yetirməməsi nəticəsində iddiaçının müqavilə ilə nəzərdə tutduğu məqsədə nail olmasının qarşısını almaqla onun zərərə məruz qalmasına səbəb olmuşdur. Cavabdehlə aramızda yaranmış mübahisənin danışıqlar yolu ilə həlledilməsi üçün edilən bütün cəhdlərin heç bir nəticəsi olmadığından qanuni maraqlarımızın müdafiəsi baxımından mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həll edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, gözəllik salonu 28 may ərazisinsə Jalə Plazada yerləşir. Mübahisənin məhkəmədən kənar qaydada həlli üçün çalışsalar da, heç bir nəticə verməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada təkrar məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İşdə olan 01 noyabr 2024-cü il tarixində iddiaçı və cavabdeh arasında bağlanmış 9110 saylı “Sponsorluq” müqaviləsinə əsasən müqavilə hər iki tərəfin ortaq maraqları əsasında cavabdehin əlavə xərc çəkmədən peşə biliklərinə yiyələnməsi, bütün ömrü boyu tətbiq edə bilməsi və iddiaçının əlavə xərc çəkməklə öz fəaliyyəti üçün kadr yetişdirməsi məqsədi ilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı nəzərdə tutulan təlimin həyata keçirilməsi üçün maliyyə vəsaiti təmin edir və həmin vəsait onun tərəfindən təlimverənə ödənilir. Cavabdeh isə bunun qarşılığında təlimdə yiyələndiyi peşə biliklərini əmək funksiyasını həyata keçirən zaman müqavilənin qüvvədə olduğu müddət ərzində işdə tətbiq etməyi öhdəsinə götürür. Müqavilənin 2.6-cı, 4.1-ci və 4.2-ci bəndlərinə əsasən cavabdehin əmək hüquqları məhdudlaşdırılmır, onun əmək müqaviləsinə Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada xitam verməsinə qadağa qoyulmur, lakin bu iddiaçının çəkdiyi xərcləri tələb etməsini və cavabdehin tam maddi məsuliyyətini istisna etmir. İşdə olan 01 noyabr 2024-cü il tarixində iddiaçı, cavabdeh və fərdi sahibkar (təlimçi) X2 (VÖEN: **********) arasında “Xidmətlərin göstərilməsinə dair” 9113 saylı, üçtərəfli müqaviləyə əsasən təlimçi iddiaçının sifarişi əsasında cavabdehə “cild baxımı prosedurları mövzusu (çistka, dermapen, peeling, lazer epilyasiyası və sairə bunlar kimi əlavə tibbi bilik tələb etməyən prosedurlar) çərçivəsində həm nəzəri, həm də praktiki təlimlər keçməyi, cavabdeh bu təlimlərdə iştirak etməyi, iddiaçı isə müəyyənləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən məbləğ 1 (bir) ay üçün 1500 manat təşkil etmişdir. İşdə olan 01 dekabr 2024-cü il tarixli, iddiaçı, cavabdeh və təlimçi tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən nəzəri və praktiki qaydada cild (dəri) baxımı prosedurları (təlimləri) keçirilmişdir. 01 dekabr 2024-cü il tarixli, 187255 seriya İMH nömrəli kassa mədaxil orderi ilə iddiaçı tərəfindən 1500 (bir min beş yüz) manat vəsait təlimçi-fərdi sahibkar X1 ödənilmişdir.. İşdə olan “əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli, 03A saylı əmrdən görünür ki, İddiaçı tərəfindən “çistkaçı” vəzifəsində işləyən Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən işinin öz ərizəsi əsasında xitam verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, ADV-MPR-16 saylı “hüquq xidmətlərinə dair abunə müqaviləsi”ndən görünür ki, İddiaçı məhkəmədə təmsil etməyi öz üzərlərinə götürmüşlər. İşdə olan 01 noyabr 2024-cü il tarixli 9112 №li “tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. işdə olan 01 mart 2025-ci il tarixli, 408102 №li kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı ADV-MPR 16 saylı, xx.xx.2025-ci il tarixli müqavilə üzrə hüquq xidməti göstərilmiş və 950 manat pul ödənilmişdir. İşdə olan 17 mart 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İşdə olan 01 dekabr 2024-cü il tarixli, 187255 №li kassa mədaxil orderindən görünür ki, İddiaçı “çistka” təlimi üçün 1.500 manat məbləğində pulu kassaya mədaxil etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli “təhvil-təslim” aktından görünür ki, nəzəri və praktiki qaydada cild-dəri baxım prosedurlarına İddiaçı tərəfindən 1.500 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, Cavabdeh əsas iş yeri üzrə “çistkaçı” vəzifəsinə işə qəbul edilmiş, 01 noyabr 2024-cü il tarixdə “sponsorluq müqavilə”si bağlamaqla tam maddi məsuliyyət haqqında müqavilə imzalamışdır. Bu müqavilənin məqsədinin həyata keçirilməsi üçün 01 noyabr 2024-cü il tarixində iddiaçı, cavabdeh və fərdi sahibkar (təlimçi) X2 arasında “Xidmətlərin göstərilməsinə dair” 9113 saylı, üçtərəfli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən məbləğ 1 (bir) ay üçün 1500 manat təşkil etmişdir. 01 dekabr 2024-cü il tarixli, iddiaçı, cavabdeh və təlimçi tərəfindən imzalanmış təhvil-təslim aktına əsasən nəzəri və praktiki qaydada cild (dəri) baxımı prosedurları (təlimləri) keçirilmişdir. 01 dekabr 2024-cü il tarixli, 187255 seriya İMH nömrəli kassa mədaxil orderi ilə iddiaçı tərəfindən 1500 (bir min beş yüz) manat vəsait təlimçi-fərdi sahibkar X1 ödənilmişdir. 28 fevral 2025ci il tarixində iddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə 03A nömrəli əmr əsasında Cavabdeh ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a”- tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli 9110 nömrəli Sponsorluq müqaviləsinin 2.11-ci bəndinə əsasən, Dəstəklənən təlimdən uğurla keçdikdən sonra (və ya təlim bitdikdən) 3 (üç) il ərzində işdən ayrılmaq üçün müraciət edərsə və yaxud AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c”, “ç” və “d” bəndləri ilə onun əmək müqaviləsinə xitam verilərsə təlim üçün Sponsor tərəfindən ödənilmiş maddi dəyər daxil olmaqla hərəkət (hərəkətsizlik) nəticəsində Sponsora dəymiş zərər Dəstəklənən tərəfindən Sponsora geri ödənilməlidir. Qeyd edilənlərdən də göründüyü kimi Cavabdeh xx.xx.2024-cü il tarixli 9110 nömrəli Sponsorluq müqaviləsinin tələblərindən irəli gələn öhdəliklərini yerinə yerinə yetirməməsi nəticəsində iddiaçının müqavilə ilə nəzərdə tutduğu məqsədə nail olmasının qarşısını almaqla onun zərərə məruz qalmasına səbəb olmuşdur.Lakin buna baxmayaraq cavabdeh üzərinə düşən vəzifəni yerinə yetirməmiş və sözügedən 1500 manat pulu sahibi olan iddiaçıya geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehə 1500 manat məbləğində pul verilməsi iddiaçı tərəfindən işdə olan sənədlərlə tam sübut olunmuşdur. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri tapşırıq müqaviləsindən irəli gələn mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.” 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. xx.xx.2024-cü il tarixli 9110 nömrəli Sponsorluq müqaviləsinin 2.11-ci bəndinə əsasən, Dəstəklənən təlimdən uğurla keçdikdən sonra (və ya təlim bitdikdən) 3 (üç) il ərzində işdən ayrılmaq üçün müraciət edərsə və yaxud AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c”, “ç” və “d” bəndləri ilə onun əmək müqaviləsinə xitam verilərsə təlim üçün Sponsor tərəfindən ödənilmiş maddi dəyər daxil olmaqla hərəkət (hərəkətsizlik) nəticəsində Sponsora dəymiş zərər Dəstəklənən tərəfindən Sponsora geri ödənilməlidir. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul, hüquqi yardım üçün vəkilə ödənilmiş 950 manat pul və 45 (qırx beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul, hüquqi yardım üçün vəkilə ödənilmiş 950 (doqquz yüz əlli) manat və dövlət rüsumu kimi ödənilmiş 45 (qırx beş) manat məbləğində pul alınaraq cavabdehə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi haqqında (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-1093/2025
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(051)-1093/2025
26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver