Məhkəmə qərarları › İş №e-2(051)-1200/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1200/2024

27.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1200/2024 27.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızı, Əliyeva Əminə Malik qızının katibliyi, İddiaçı Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Televiziya və Radio Verlişləri QSC-nin Cavabdeh qarşı işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Televiziya və Radio Verilişləri QSC Cavabdeh qarşı işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi kimi 20164.65 (iyirmi min yüz altmış dörd manat altmış beş qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mediasiyaya müraciət etmişlər. Lakin cavabdeh hazırda faktiki olaraq Abşeron rayonunda yaşadığı üçün mediasiya prosesidə onun yaşadığı yerə görə keçirilmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Televiziyaya müəyyən sənədlər təqdim etmişdir ki, proses onun yaşadığı yer üzrə keçirilsin. Qarşı tərəf mediasiya prosesində iştirakla bağlı aidiyyət qaydasını pozmuşdur. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, müəyyən edilmişdir ki, mediasiya prosesindən keçmə qaydası ilə bağlı aidiyyət qaydası pozulmuşdur. Belə ki, mediasiya sessiyasından cavabdehin qeydiyyatda olduğu ərazi üzrə keçirilməli olduğu halda ünvan 1 ünvanında qeydiyyatdadır. İş əlavə olunmuş “X1 İştirak edilməməsi barədə” Arayışdan görünür ki, tərəflər arasında əmək mübahisəsinə dair ilkin mediasiya Bakı13 saylı Mediasiya Təşkilatında keçirilmişdir. “Mediasiya haqqında Qanun”un 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X1 iştirak etməlidirlər. 28.2. Bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. 28.3. Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi Mingəçevir şəhər Məhkəməsində baxılmalı olduğuna görə ilkin mediasiya sessiyasi Mingəçevir şəhər 1 saylı Mediasiya Təşkilatında keçirilməli olduğu halda, Bakı şəhəri ərazisində yerləşən 8 saylı Mediasiya Təşkilatında keçirilmişdir. Belə olan halda iş üzrə ilkin mediasiya sessiyasının Bakı şəhərində keçirilməsi “Mediasiya haqqında Qanunun”un tələblərini pozmuşdur. Mediasiya haqqında Qanun”un 31.2-ci maddəsinə əsasən tərəflər qarşılıqlı razılıq əsasında mübahisəyə baxacaq mediasiya təşkilatı və ya mediator barədə razılığa gələ bilərlər. Belə razılıq olmadıqda, mübahisəyə həmin məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu maddənin üçüncü cümləsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatında baxılır. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə mediasiyanın aparılması üçün mediator müəyyən edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Cavabdeh qarşı işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar