Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1204/2023 22.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2ndan miras qalmış Ağcabədi şəhəri İsmət Qayıbov küçəsində yerləşən ümumi sahəsi 34,30 kv.m olan, 9 nömrəli binanın 1 nömrəli mənzilinin miras əmlak kimi Ərizəçi Əbdüləli oğlu tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəliyin müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, doğma bacısı mərhum X9 1956-cı il tarixdə Ağcabədi şəhərində doğulmuşdur. O, heç vaxt ailə qurmamışdır. X2 15 sentyabr 2021-ci il tarixdə Ağcabədi şəhərində vəfat etmişdir. X6 01 sentyabr 2000-ci il tarixdə vəfat edibdir. X3 27 noyabr 2015-ci il tarixdə vəfat edibdir. Onlar övladlar olaraq bəziləri soyadları atalarının soyadları ilə bəziləri isə babalarının adı ilə qeydə aldırmışdır. Mərhum bacısı X5, Ağcabədi şəhəri İsmət Qayıbov küçəsində xüsusi mülkiyyətlə ümumi sahəsi 34,30 kv.m olan bina 9 mənzil 1 miras qalmışdır. Mirasın qəbul ilə bağlı X32 xidmətin notariat ofisinə müraciət etsədə ona vərəsəlik şəhadətnaməsi verilsin ancaq ona verilən 18 yanvar 2023cü il tarixli 34 saylı məktubla bildirilir ki, mirasın qəbuluna dair müddət buraxıldığı üçün vərəsəlik şəhadətnaməsi təqdim oluna bilmir. Qeyd edir ki, mərhum X2nın mövcud mirasına dair heç bir mübahisə yoxdur. Ondan başqa sağ olan ikinci dərəcə vərəsələr və həyatda olmayan ikinci dərəcəli vərəsləri onun xeyirnə mərhun bacısı X8 Ağcabədi şəhəri İsmət Qayıbov küçəsində xüsusi mülkiyyətlə ümumi sahəsi 34,30 kv.m olan bina 9 mənzil 1 mülkündən notarial qaydada verdikləri ərizələri ilə imtina etmişlər. Odur ki mərhum X2ndan miras qalmış Ağcabədi şəhəri İsmət Qayıbov küçəsində yerləşən ümumi sahəsi 34,30 kv.m olan, 9 nömrəli binanın 1 nömrəli mənzilinin miras əmlak kimi Ərizəçi Əbdüləli oğlu tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəliyin müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi sonradan tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənzilə sahibliyi həyata keçirdiyini, kommunal xərclərini ödədiyini və orda təsərrüfat apardığını bildirərək, mərhum X2ndan miras qalmış Ağcabədi şəhəri İsmət Qayıbov küçəsində yerləşən ümumi sahəsi 34,30 kv.m olan, 9 nömrəli binanın 1 nömrəli mənzilinin miras əmlak kimi Ərizəçi Əbdüləli oğlu tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclası zamanı ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Ağcabədi Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 18 yanvar 2023-cü il tarixli 34 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 34,30 kv.m olan mənzil üzərində X7 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Ağcabədi rayon Qeydiyyat şöbəsinin 04 iyul 2019-cu il tarixli arayışa əsasən X9 haqqında nikah qeydi aşkarlanmamışdır. İşdə olan X21, X13, X14, X17, X10, X20, X15 tərəfindən ayrı-ayrılıqda verilmiş və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, X4 tərəfindən miras əmlakdan ona çatan qanun üzrə vərəsəlik payını qəbul etməmiş və qəbul etmir, miras əmlaka sahiblik etməmiş, onun idarəçiliyində iştirak etməmiş, idarəçilik etməyə başlamamış, mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməmiş, gələcəkdə mirasın qəbulu ilə bağlı müddətin uzadılması ilə əlaqədar məhkəməyə müraciət etməyəcəklər. İşdə olan Apostildən görünür ki, Tağıyev Mehman xx.xx.2013-cü il tarixində Alanyada vəfat etmiş və Alanya İcra Nümayəndəliyində xx.xx.2013-cü il tarixdə, 994 nömrə ilə qeyd olunmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətlərinə əsasən X18 xx.xx.2023-cü il tarixdə Ağcabədi şəhərində vəfat etmişdir, X12 xx.xx.2015-c il tarixdə Ağcabədi şəhərində, X11 15.09.21-ci il tarixdə İmişli rayonunda, X11 xx.xx.2021-ci il tarixdə, Bakı şəhərində, Xətai rayonunda, X19 xx.xx.2000-ci il tarixində Ağcabədi şəhərində vəfat etmişlər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 ünvan 2 ünvanıda yerləşən mənzil qalmışdır. Ərizəçi həmin evdən miras açılan gündən bu günə kimi faktiki sahiblik etməklə miras əmlak kimi faktiki qəbul etmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalmış ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 34,30 kv.m olan mənzil Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Həmin Məcəllənin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Digər vərəsələr isə miras əmlakdan imtina etmişlər və mübahisə olmadığından həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış, ünvan 2 ünvanında yerləşən mənzil Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Miras əmlak faktının müəyyən edilməsi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-1204/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1204/2023
22.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver