Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1555/2023 17.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı QSC-nin nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin nümayəndəsi Vəkil Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC cavabdeh Vəkil qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 1093 manat əsas borc məbləği, 50 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və 150 manat hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən haqq olmaqla cəmi 1293 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı) ilə, Cavabdeh arasında (bundan sonra cavabdeh) arasında 22 fevral 2022-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müqavilədə cavabdehin əsas iş yeri kimi İddiaçı QSC, vəzifə olaraq isə satıcı qismində fəaliyyət göstərəcəyi qeyd edilmişdir. Cavabdeh İddiaçı QSC-nin satış şöbəsində çalışdığı zaman ona, 2400 AZN pul məbləği dəyərində bilet təhvil verilmişdir. Təhvildən bir müddət sonra cavabdeh tərəfindən ona təhvil verilmiş biletlərin bir qisminin mənimsənildiyi müəyyən olunmuşdur. Belə ki, izahat zamanı cavabdeh, ona təhvil verilən 2400 manatlıq lotoreya biletlərindən 1093 manat məbləğində olan biletləri ehtiyacı olduğu üçün götürdüyünü bildirmiş, lakin həmin məbləğ bu günə kimi geri qaytarılmamışdır. Bununla da əmək funksiyasını yerinə yetirən zaman qanun pozuntusuna yol verdiyini etiraf etmişdir. xx.xx.2023- cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı QSC-nə olan borcu 1093 manat təşkil edir. Nəticədə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənə 1093 manat məbləğində maddiziyan vurulmuşdur. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, həqiqəndən də o, İntegral Expressdə satıcı vəziəsində çalışmışdır. O, iddia tələbində qeyd edilən məhsullarn sdartısı ilə mə.ğul olub. Ona və digərləeinə şirkət tərəfindən yardım ediləcəyi söz verilmişdir. Lakin ona şirkət tərəfindən yardım göstərilməmişdir. O ehtiyacı olduğu üçün həmin satışdan əldə edilən vəsaiti öz ehtiyacları üçün istifadə etmişdir. Onun pulu ödəmək niyyəti yoxdur. Çünki şirkət ona ödənilməmiş əmək haqqı borcu vardır. O pul nə zaman ödəsələr oda borcunu ödəyəcəkdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatları, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilədən görünür ki, biinci tərəf İddiaçı QSC ikinci tərəf olan işci Cavabdeh maddi sərvətlərin gələcəkdə qoruyub saxlamaq məqsədi ilə aşağıdakı tələblərə əməl etməklə müqavilə bağlamışlar. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh şirkətə maddi ziyan vurması nəticəsində 1093 manat borcu yaranmışdır. İşdə olan 22 fevral 2022-ci il tarixli malların təhfil təslim aktından görünür ki, 1000 ədəd Qızıl, 300 ədəd Şans və 160 ədəd Brilliant lotoreya bilətləri İddiaçı QSC tərəfindən Gündüz Məhərrəmoa təhfil verilmişdir. İşdə olan satış təmsilçisi Cavabdeh tərəfindən yazılan izahatdan görünür o, 1093 manat pul məbləğini xx.xx.2022-ci il tarixdə anası xəstə olduğu üçün götürmüş və xx.xx.2022-ci il tarixə qədər qaytaracağına söz vermişdir. Beləliklə, məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərinin və cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatın tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında) arasında 22 fevral 2022-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Bu razılaşmadan sonra iddiaçı tərəf 22 fevral 2022-ci il tarixli malların təhfil təslim aktına əsasən cavabdehə 1000 ədəd Qızıl, 300 ədəd Şans və 160 ədəd Brilliant lotoreya bilətləri təhfil verilmişdir. Lakin bir müddət sonra cavabdeh tərəfindən ona təhvil verilmiş biletlərinin satışından əldə etdiyi pul məbləğinin bir qisminin mənimsənildiyi müəyyən olunmuşdur. Bu hal cavabdeh tərəfindən verilmiş yazılı izahatı ilə də müəyyən olunur. Bundan sonra iddiaçı tərəf cavabdehdən mənimsənilən pulların geri qaytarılmasını tələb etsə də, cavabdeh tərəf vəsaiti geri qaytarmaqdan imtina etmişdir. Eyni zamanda məhkəmə iclası zamanı cavabdeh öz izahatında bu halı qəbul etmiş, lakin həmin pulu cavabdehə qaytarmaqdan imtina edir. Əsas kimi isə onu göstərmişdir ki, şirkətdə çalışdığı zaman ona əmək haqqı verilməmişdir. Belə ki, əmək haqqı verilsə o da borcunu ödəyər. Bütün bunlara əsasən olan halda məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə cavabdehin ona 1093 manat məbləğində pul qaytarmalı olmasını sübutetmə yükü iddiaçının üzərinə, lakin həmin pul öhdəliyinin mövcudluğunun olmamasının sübut etmə yükü isə cavabdehin üzərinə düşür düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq vəzifəsi vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198–ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmçinin ƏM-in 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. MM-in 14.1 və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. MM-in 386.1-ci maddəsinin məzmununa görə öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Habelə, MPM-in 76.1-ci və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçı tərəfindən məhkəmə zamanı zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilmişdir. Belə ki, tərtib olunmuş 22 fevral 2023-cü il tarixli malların təhvil-təslim aktından görünür ki, cavabdeh şəxsən imza edərək malları təhvil almışdır. Əmək Məcəlləsinin tələbinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir, habelə tərəflər maddi ziyanın məbləğini və onun vurulduğunu sübut etməyə borcludur. Beləcə, hazırkı iddia tələbinin hüquqi əsasını təşkil edən delikt öhdəliyinin yaranması üçün cavabdehin iddiaçıya zərər vurması və buna görə məsuliyyət daşıması iş üzrə müəyyən edilmiş işin faktiki halları və mötəbər sübutlarla təsdiqini tapmalıdır. Zərərin vurulması faktı toplanmış yaxud məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən (aşkar) edildikdən sonra delikt öhdəliyinin kompensasiya etmə (bərpaedici) funksiyası yerinə yetirilə bilər. Yəni yekunda cavabdehin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqaviləsi əsasında onun üzərinə məbləği dəqiq müəyyən edilmiş və sübuta yetirilmiş ziyana görə tam həcmdə maddi məsuliyyət qoyula bilər. ƏM-in 203-cü maddəsinin tələbinə görə işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır; Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Bundan başqa, ƏM-in 191-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən Həmin Məcəllənin 200cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Göründüyü kimi, iş materiallarında tərəflər arasında tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlanmış, işçinin yazılı izahatı alınaraq qanunvericiliyin tələbinə riayət edilmişdir. Bu səbəbdən də, kollegiya qeyd edir ki, cavabdehin iddiaçı qarşısında vurduğu ziyana görə məsuliyyəti müəyyən edilməli, Cavabdeh 1093 (bir min doxsan üç) manat məbləğində pul alınıb İddiaçı QSC-ə verilməlidir. Məhkəmə iddiaçının 150 manat vəkil xidməti haqqının tutulması hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı həmin hissə də heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də iddia həmin hissə də təmin edilməməlidir. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 11:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan qəbzlə ilə təsdiq edildiyi kimi iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci, yəni 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1093 (bir min doxsan üç) manat məbləğində pul alınıb İddiaçı QSC-yə verilsin. Ödənilmiş 50 manat ilkin mediasiya rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul alınıb İddiaçı QSC-ə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-1555/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1555/2023
17.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver