Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1940/2025 17.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək borclu Cavabdeh "xxxx" ASCnin xeyrinə X2 vərəsəsi-Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********25 saylı Kredit Müqaviləsinə əsasən, 2885.99 manat əsas, vəfat etdiyi tarixədək 34.22 manat faiz borcu olmaqla cəmi 2920.21 (iki min iyirmi manat, iyirmi bir qəpik) manat borc və ödənilmiş 49.21 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" ASC ilə X4 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli BPM**********25 saylı Kredit Müqaviləsinə əsasən ona 22 ay müddətinə 3000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğlərini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2019-cu il tarixdə borclu X4 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********25 saylı Kredit Müqaviləsinə əsasən 2885.99 manat əsas, vəfat etdiyi tarixədək 34.22 manat faiz borcu olmaqla cəmi 2920.21 manat borcu yaranmışdır. Ağdaş rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli AZ-İİ № 044547saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ağdaş rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 2V-1103 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X1 qalmış mirasa mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X2 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)- 1940/2025 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşmiş icraatdan iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı "xxxx" ASC-yə və Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bununla belə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqaviləsi üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması tələbinə dair mülki iş üzrə X2 vərəsəsi-Cavabdeh tutulmasına dair iddia ərizəsini və ona əlavə tam müdafiə etmişlər və bildirmişlər ki, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmirlər. Cavabdeh isə məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş və bildirmişdir ki, məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilmir. Bununla belə məhkəməyə təqdim etmiş olduğu iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsas tutaraq "xxxx" ASC-nin xeyrinə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC cavabdehin “iddia müddətinin keçməsi barədə ərizəsinə etiraz” ərizəsi ünvanlayaraq, bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(0561)-1940/2025 saylı mülki iş üzrə Cavabdeh etiraz ərizəsi ünvanlamışdır. Lakin bildirmək lazımdır ki, mərhum X2 xx.xx.2019-cu il tarixdə 22 ay müddətə kredit götürdüyü, xx.xx.2019-cu il tarixdə vəfat etdiyini, kredit müddətinin xx.xx.2021-ci il tarixdə bitdiyini, iddia ərizəsinin qanunla nəzərdə tutulmuş 3 illik iddia müddətini keçməklə xx.xx.2025-ci il tarixdə verildiyi bildirilmişdir. Lakin bildirilir ki, mərhum X4xx.xx.2019-cu il tarixdə bankdan 22 ay müddətinə kredit götürmüşdür. O xx.xx.2019-cu il tarixdə vəfat etmişdir və ondan sonra borc məbləği ödənilməmişdir. Onun vəfat etməsindən sonra xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və hazırki iş üzrə Cavabdeh miras əmlakı qəbul etmişdir. Belə olan halda iddia müddətinin axımı cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsində qeyd etdiyi kimi, müqavilə müddətinin bitdikdən 3 il sonra deyil, vərəsəliyin qəbul olunmasıilə bağlıcavabdehin kim olmasını bildiyi tarixdən hesablanmalıdır. Belə olan halda iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi iddia ərizəsi, iddia müddətinin keçməsinə görə təmin edilməməlidir. Belə ki, işdə olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********25 saylı kredit müqaviləsindən görünür ki, bank müştəriyə şəxsi istehlak məqsədləri üçün 22 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir. İşdə olan tərəflər arasında razılaşdırılmış ödəmə qrafikinə əsasən borclu X4 götürdüyü kredit üzrə hər ay müxtəlif məbləğlərdə olmaqla, xx.xx.2019-cu il tarixdə kreditin əsas məbləği və onun faizləri ilə birlikdə cəmi 3000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC-yə aid maliyyə arayışından görünür ki, X2 banka olan əsas borcu 2885,99 manat, vəfat etdiyi tarixədək 34,22 manat faiz borcu olmaqla, cəmi borcu 2920,21 manat təşkil edir. İşdə olan 15 dekabr 2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, X2 vərəsəsi- Cavabdeh ondan miras qalmış ünvan 2 ünvanında yerləşən mənzili qəbul etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli kassa əməliyyatlarının aparılması proseduralarına əlavədən görünür ki, "xxxx" ASC tərəfindən 2970 (iki min doqquz yüz yetmiş) manat X3 verilmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq, həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, iddiaçı təşkilatın iddia müddətini keçirməsinə əsaslanaraq, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2021-ci il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Beləliklə, məhkəmə müəyyən etdi ki, "xxxx" ASC ilə X4 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli BPM**********25 saylı Kredit Müqaviləsinə əsasən ona 22 ay müddətinə 3000 AZN məbləğində kredit verilmişdir. X4 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən öhdəliyi lazımınca yerinə yetirə bilməmişdir. Mingəçevir regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X1 miras əmlakına X2 oğlu- Cavabdeh xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 qalmış mirası qəbul etməsinə dair Mingəçevir regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə 2V-1103/2024 saylı vərəsəlik işi açılmış, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Cavabdeh - Cavabdeh X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********25 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı "xxxx" ASC cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun alınması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra yəni, xx.xx.2025-ci il tarixdə vermişdir. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Q ə r a r ı na əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə iddiaçı "xxxx" ASC-nin cavabdeh X2 vərəsəsi olan- Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-1940/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1940/2025
17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver