Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1955/2025 09.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əvvəl qızının Mingəçevir şəhəri, X1 küçəsi ev 19 mən 4, Yeni qaydalarla Mingəçevir şəhəri, X1 küçəsi giriş 135, M1, M4-dəki mənzilindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əvvəl qızının Mingəçevir şəhəri, X1 küçəsi ev 19 mən 4, Yeni qaydalarla Mingəçevir şəhəri, X1 küçəsi giriş 135, M1, M4-dəki mənzilindən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı qeyd olunan tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etməli olduğu halda Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. İş materialları ilə müəyyən olundu ki, Cavabdeh1 məxsus Mingəçevir şəhəri, X1 küçəsi ev 19 mən 4, Yeni qaydalarla Mingəçevir şəhəri, X1 küçəsi giriş 135, M1, M4-dəki mənzil Ağdaş rayon Məhkəməsinin 2(014)-707/2023 saylı, xx.xx.2024 tarixli icra sənədinə əsasən sözügedən mənzil icra məmurunun sifarişi əsasında hərracdan satılmışdır. Hərracın qalibi isə İddiaçı olmuşdur. Beləliklə, cavabdehlərin mənzilə dair hər hansı əmlak hüquqlarının olmaması səbəbindən onların qeydiyyatdan çıxarılması inzibati orqan tərəfindən həyata keçirilməli, inzibati orqan tərəfindən imtina edildikdə isə işə müvafiq inzibati məhkəmə tərəfindən baxılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli AR Konstitusiya Məhkəməsinin Qərarına əsasən yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, iddia ərizəsi artıq icraata qəbul edildiyindən, Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, mənzildən istifadə hüququna xitam verilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-1955/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1955/2025
09.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver