Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2013/2025 16.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbi ərizəsi üzrə işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan cəmi 2423,77 manat borcun və 44,24 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********96 saylı kredit müqaviləsinə əsasən X2 48 ay müddətinə 3100 manat pul krediti verilmişdir. Borcalan xx.xx.2020-ci il tarixində vəfat etdiyindən Kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirə bilməmişdir. Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən Cavabdeh miras əmlakına dair onun vərəsəsi X3 miras payını əldə etməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehin müqavilə üzrə cəmi 2423,77 manat məbləğində borcu mövcuddur. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. İşə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xx.xx.2025-ci il tarixli xəbərnaməyə əsasən Cavabdeh ünvanına təqdim edilmişdir. Cavabdehin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki İddiaçı "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********96 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X2 48 ay müddətinə 3100 manat pul kreditə verilmişdir. "xxxx" ASC–yə aid xx.xx.2020-ci il tarixli məxaric orderindən görünür ki, X2 hesabına xx.xx.2020-ci il tarixdə 3100 manat pul mədaxil edilmişdir. İddiaçı "xxxx" ASC-nin X1 vərəsəsi Cavabdeh ünvanlandığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 2423,77 manat əsas və faiz borcu mövcuddur. Cavabdehdən kredit borcu üzrə tam borc məbləğinin ödənilməsi tələb olunmuşdur. X1 xx.xx.2020-ci il tarixli, BPM**********96 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 2423,77 manat əsas, 0 manat faiz, 0 manat müqavilə müddətindən sonra ödənilməmiş faizlər olmaqla, cəmi 2423,77 manat borcunun olmasına dair maliyyə arayışı tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixli Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlaka xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yterləşən ümumi sahəsi 82,16 kv/m olan yaşayış sahəsi 59,66 kv/m olan 4 otaqlı 21 saylı mənzili oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 44,24 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (həmin vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə cavabdeh X3 xx.xx.2020-ci il tarixli, BPM**********96 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" ASC cavabdeh X1 qanun üzrə vərəsəsi Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********96 saylı kredit müqaviləsi üzrə cəmi 2423,77 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 44,64 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********96 saylı kredit müqaviləsi üzrə cəmi 2423,77 manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC-yə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 44,64 (qırx dörd manat altmış dörd qəpik) manat alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-2013/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2013/2025
16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver