Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-219/2024 15.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı : LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, “AtaBank'’ Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli MF-FAK/01 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 4130,25 manat, bundan 4102,78 manat əsas, 27,37 manat faiz, 0,10 (on) qəpik cərimə borcunun Cavabdeh mülkiyyətində olan “CHEVROLET CRUZE” minik markalı (Tip: universal, Buraxılış ili-2013, Ban-KL1JA3559DK107909) ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin və iş üzrə ödənilmiş 61,31 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan “AtaBank" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, “AtaBank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli MF-FAK/01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-cü il tarixli MF-AK/03 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 4293 (dörd min iki yüz doxsan üç) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “CHEVROLET CRUZE" minik markalı (Tip: universal, Buraxılış ili-2013, Ban-KL1JA3559DK107909) ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən kreditin təminatı kimi “CHEVROLET CRUZE" minik markalı (Tip: universal, Buraxılış ili-2013, Ban-KL1JA3559DK107909) ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-cü il tarixli, **********210 saylı bildiriş göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh 12 sentyabr 2023-cü il tarixə kredit üzrə cəmi borcu 4130,25 manat təşkil edir. Bundan 4102,78 manat əsas, 27,37 manat faiz, 0,10 (on) qəpik cərimə borcu təşkil edir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, hazırda iddia ərizəsində göstərilən nəqliyyat vasitəsinin qiymətləri dəyişmişdir, artmışdır. Tələbin avtomobilə yönəldilməsini istəmir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alaraq qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “AtaBank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2019-cu il tarixli MF-FAK/01 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən cavabdehə xx.xx.2013-cü il tarixli MF-AK/03 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 4293 (dörd min iki yüz doxsan üç) manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı bank tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Yevlax RQİ VƏ TBŞ-yə ünvanlanmış xx.xx.2023–cü il tarixli bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, bank ipoteka haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 30 iyul 2019-cu il tarixli MF- FAK/01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023–cü il tarixə banka olan əsas kredit borcu 4102,78 manat, faiz borcu 27,37 manat, cərimə borcu 0,10 qəpik olmaqla, cəmi borcu 4130,25 manat təşkil edir. İşdə olan cavabdehə ünvanlanmış 06 iyul 2022-ci il tarixli bildirişdən görünür ki, banka olan borcu cavabdehə xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023–cü il tarixli bildirişdən görünür ki, bank kredit müqaviləsi üzrə yaranmış borcun ödənilmədiyini əsas gətirərək ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi haqqında cavabdehə xəbərdarlıq etmişdir. İşdə olan AC 136329 saylı Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2013-cü il olan, “CHEVROLET CRUZE" minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Cavabdehdur. İşdə olan xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ipotekanın predmeti Cavabdeh məxsus “CHEVROLET CRUZE" markalı (Tip: universal, Buraxıldığı il- 2013, Ban-KL1JA3559DK107909) avtomobildir. İpotekanın predmeti 20300 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan 30 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti Cavabdeh məxsus “CHEVROLET CRUZE" markalı (Tip: universal, Buraxılış ili- 2013, Ban-KL1JA3559DK107909) avtomobildir. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən ipoteka predmetinin bazar qiyməti 12000 manat, likvid dəyəri isə 10000 manat məbləğində müəyyən edilmişdir. İşdə olan AA 118011 nömrəli “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarış”dan görünür ki, Cavabdeh məxsus “CHEVROLET CRUZE" minik markalı (Tip: universal, Buraxılış ili-2013, Ban- KL1JA3559DK107909) ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC–nin Mingəçevir filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərardadları ilə təyin edilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məlumatlardan görünür ki, “CHEVROLET CRUZE" mink markalı (Tip: universal, Buraxılış ili-2013, Ban-KL1JA3559DK107909) ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ekspert baxışına təqdim edilmədiyindən, ekspertizanın aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh ilə iddiaçı bank arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bank cavabdehə xx.xx.2013-cü il tarixli MF-AK/03 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 4293 (dörd min iki yüz doxsan üç) manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus “CHEVROLET CRUZE" minik markalı (Tip: universal, Buraxılış ili-2013, Ban- KL1JA3559DK107909) ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmiş, ödəməli olduğu krediti və hesablanmış faizləri ödəməkdən yayınmışdır. Hazırda Cavabdeh iddiaçı banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4102,78 manat əsas, 27,37 manat faiz, 0,10 qəpik cərimə borcu olmaqla, cəmi 4130,25 manat borcu yaranmışdır. Ona görə də iddiaçı bank tələbin ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə, həmçinin müəyyən etdi ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə MF- AK/03 nömrəli kredit müqaviləsi bağlanan vaxt kreditin təminatı kimi bağlanmış ilkin ipoteka müqaviləsi üzə İpoteka predmeti olan “CHEVROLET CRUZE" markalı (Tip: universal, Buraxıldığı il-2013, Ban-KL1JA3559DK107909) avtomobilin dəyəri 20300 manat məbləğində qiymətləndirilmiş, lakin 30 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh məxsus “CHEVROLET CRUZE" markalı (Tip: universal, Buraxılış ili-2013, Ban-KL1JA3559DK107909) avtomobilin bazar qiyməti 12000 manat, likvid dəyəri isə 10000 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi ipoteka predmetinin bazr dəyəri və likvid dəyəri müddət keçdikcə azalmışdır. Ona görə də iddia tələbinin qanuni həll edilməsi üçün məhkəmə tərəfindən ipoteka predmetinin yenidən qiymətləndirilməsi ilə bağlı iki dəfə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin cavabdeh tərəf istifadə etdiyi ipoteka predmeti olan avtomobili ekspert baxışına təqdim etmədiyindən, ekspertizanın aparılmasından imtina edilmişdir. Belə olan halda ipoteka predmeti olan avtomobilin açıq hərracdakı ilkin satış qiyməti “İcra haqqında” Qanuna əsasən icra hərəkətləri həyata keçirilərkən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə ilk növbədə iddia tələbinin kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə predmeti pul məbləği olan kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədi ilə illik 1 faiz olmaqla 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, 4293 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus “CHEVROLET CRUZE" minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçı bankın birtərəfli qaydada kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini və borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozduğuna görə xx.xx.2019–cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin banka 30 iyul 2019-cu il tarixli MF- FAK/01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023–cü il tarixə əsas kredit borcu 4102,78 manat, faiz borcu 27,37 manat, cərimə borcu 0,10 qəpik olmaqla, cəmi 4130,25 manat kredit borcu qalmışdır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2019–cu il tarixdə bağlanmış kredit müqaviləsi ləğv edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4102,78 manat əsas kredit borcu, 27,37 manat faiz borcu və 0,10 qəpik cərimə borcu olmaqla, cəmi 4130,25 manat məbləğində pul alınıb iddiaçı banka verilməlidir. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi və satışdan əldə ediləcək vəsaitin iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutularaq iddiaçı bankın xeyrinə ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və iddiaçının əmələ gəlmiş tələbi cavabdeh tərəfindən ipoteka qoyulmuş əmlaka yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295–ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdehlər olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34–cü maddəsində göstərilmişdir ki, borclu əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasını 90 təqvim günü və daha çox müddətə gecikdirdikdə, həmçinin ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərti baş verdikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 4–cü maddəsində qeyd edilmişdir ki, ipotekanın təmin etdiyi öhdəliklərin həcminə əsas kredit borcu, faizlər, dəbbə pulu, vurulmuş zərər, məhkəmə xərcləri və digər xərclər daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297–ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. İddiaçı bankla cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus “CHEVROLET CRUZE" markalı (Tip: universal, Buraxılış ili-2013, Ban-KL1JA3559DK107909) avtomobil kredit müqaviləsinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə olan halda, bankın ipoteka predmetinə tutma yönəldilməsi haqqında tələbi əsaslıdır, tərəflər arasında bağlanmış müqaviləyə söykənir və qanunvericlikdə nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı bankın cavabdehə qarşı əmələ gəlmiş borc tələbi cavabdehə məxsus “CHEVROLET CRUZE" markalı (Tip: universal, Buraxılış ili- 2013, Ban-KL1JA3559DK107909) avtomobilin açıq hərracdan satılması yolu ilə həyata keçirilməlidir. Bununla yanaşı məhkəmə, iddianın ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə qiymət verərək hesab edir ki, 30 iyul 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən ipoteka predmetinin bazar qiyməti 12000 manat, likvid dəyəri isə 10000 manat məbləğində müəyyən edilsə də, işə məhkəmədə baxılan vaxt avtomobilin buraxılış ilinə münasibətdə dəyərinin kəskin azalması ehtimalıçox olduğuna görə əmtəəşünaslıq ekspertizasıtəyin edilməsi zərurəti yaranmışdır. Ona görə də məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizasıtəyin edilmiş, lakin cavabdehin hərəkətsizliyi üzündən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Belə ki, cavabdeh tərəf ipoteka predmeti olan avtomobili ekspert baxışına təqdim etmədiyindən, ekspertizanın aparılmasından imtina edilmişdir. Belə olan halda ipoteka predmeti olan avtomobilin açıq hərracdakı ilkin satış qiyməti likvid qiyməti ilə “İcra haqqında” Qanuna əsasən icra hərəkətləri həyata keçirilərkən müəyyən edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1 saylı qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır və məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti “İcra haqqında” Qanuna əsasən icra hərəkətləri həyata keçirilərkən müəyyən edilməlidir. Azərbaycan Respublikası MM–in 319.4–cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Eləcə də, məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 61,31 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi ləğv edilsin. xx.xx.2019-cu il tarixli MF-FAK/01 saylı kredit müqaviləsi üzrə 4102,78 (dörd min bir yüz iki manat yetmiş səkkiz qəpik) manat əsas, 27,37 (iyirmi yeddi manat otuz yeddi qəpik) manat faiz borcu və 0,10 (on) qəpik cərimə borcu olmaqla, cəmi 4130,25 (dörd min bir yüz otuz manat iyirmi beş qəpik) manat məbləğində pul Cavabdeh alınıb iddiaçı LPO İddiaçı ASC–yə verilsin. Tələb, AA 118011 nömrəli “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən Çıxarış” əsasında ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus “CHEVROLET CRUZE" markalı (Tip: universal, Buraxıldığı il-2013, Ban-KL1JA3559DK107909) avtomobilə yönəldilsin, ipoteka predmetinin açıq hərracda ilkin satış qiyməti likvid qiyməti ilə “İcra haqqında” Qanuna əsasən icra hərəkətləri həyata keçirilərkən müəyyən edilsin, həmin ipoteka predmeti açıq hərracdan satılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 4130,25 (dörd min bir yüz otuz manat iyirmi beş qəpik) manat məbləğində pul alınıb iddiaçı LPO İddiaçı ASC–yə verilsin. Satışdan əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh alınaraq iddiaçı LPO İddiaçı ASC–nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 61,31 (altmış bir manat otuz bir qəpik) manat pul alınıb iddiaçı LPO İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-219/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-219/2024
15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver