Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-317/2023 17.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında 18 yanvar 2022-ci ildə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində nikahları rəsmi qeydə alınmışdır. Lakin iddiaçı cavabdehlə faktiki olaraq ailə qurmamışdır. Tərəflər arasında rəsmi nikah olsa da, toy mərasimi baş tutmamış, heç vaxt aralarında ər-arvad münasibətləri olmamışdır. Faktiki olaraq daim ayrı yaşamışlar. Hal-hazırda da iddiaçının cavabdehlə artıq ailə qurmaq niyyəti olmadığından və gələcəkdə ər-arvad kimi nikahda qalmaları, ailə qurmaları və toy mərasimi etmələri mümkün olmadığından, hesab edir ki, aralarında formal olaraq bağlanmış nikah etibarsız hesab olunmalıdır. Ona görə də iddianın təmin olunmasını, tərəflər arasındaki nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Ancaq məhkəməyə ərizə göndərərək iddianı qəbul etdiyini, iddia ərizəsində qeyd olunanları təsdiq etdiyini, işə onun iştirakı olmadan baxılıb, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında 18 yanvar 2022-ci ildə 08 № ilə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində nikah qeydə alınmışdır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflər arasında rəsmi nikah qeydə alınsa da ailə qurmamışlar. Onların arasında ailə münasibətləri olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Göstərilənlərə əsasən iddia təmin olunmalı, tərəflər arasındakı nikah etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 18 yanvar 2022-ci ildə 08 № ilə qeydə alınmış nikah etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-317/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-317/2023
17.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver