Məhkəmə qərarları › İş №e-2(051)-318/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-318/2025

27.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-318/2025 27.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Allahverdiyeva (Şirinova) Xalidə Xanoğlan qızına və Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Allahverdiyeva (Şirinova) Xalidə Xanoğlan qızına və Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin Mingəçevir şəhəri, H.Əliyev prospekti, 33 saylı evin, 33 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər X1 Mənzil Təsərrüfatı İdarəsinin 14 noyabr 1969-cu il tarixli qərarı ilə 274 №li orderi əsasında Mingəçevir şəhəri, H. Əliyev prospekti, 33 №li evin, 33 №li mənzili onun mərhum atası Xanoğlan Şirinovun adına qeyd edilməklə 4 nəfər ailə üzvləri: Şirinova Şəkilin (onun anası), Allahverdiyeva (Şirinova) Xalidənin (onun bacısı), İddiaçı (özü), Şirinova Gülşənin (onun bacısı) istifadəsinə verilmişdir. Onun atası, yəni mənzilin kirayədar X4 20 avqust 2009-cu ildə vəfat etmişdir. İddiaçı anası kirayə üzvü 20 noyabr 1973-cü ildə vəfat etmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı arayışdan görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 33 №li evin, 33 №li mənzilində Allahverdiyeva (Şirinova) Xalidə Xanoğlan qızı, Cavabdeh1, İddiaçı və X3 qeydiyyatdadırlar. Mingəçevir şəhəri 3 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli akta əsasən Mingəçevir şəhəri, H.Əliyev prospekti, 33 №li evin, 33 №li mənzilində onun bacısı Allahverdiyeva (Şirinova) Xalidə Xanoğlan qızı və bacısı qızı Cavabdeh1 yaşayış yeri üzrə qeydiyyatındadırlar. Lakin yaşayış yeri üzrə qeydiyyatda olmalarına baxmayaraq, 2002-ci ildən bu günə kimi H.Əliyev prospekti 33 №li evin, 33 №li mənzilində yaşamırlar. Bununla bağlı 3 saylı MİS-nin işçilərinin və qonşuların iştirakı ilə akt tərtib edilmişdir. Həmin akt 3 saylı MİS-nin nəzarətçisi X5, 3 saylı MİS-nin tərbiyəçi-müəlliməsi İbrahimova Hicran Lətif qızı, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 33 №li evin, 33 №li mənzilində yaşayan İddiaçı, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 33 №li evin, 16 №li mənzilində yaşayan X2, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 33 №li evin, 34 №li mənzilində yaşayan X7 tərəfindən imzalanmışdır. Belə ki, onun bacısı Allahverdiyeva (Şirinova) Xalidə Xanoğlan qızı ailə qurmuş, mübahisəli mənzildən köçmüş, həmin vaxtdan, yəni 20 ildən artıqdır ki, yaşamır. Hər hansı bir əlaqə saxlamamışdır. Onun bacısı qızı Cavabdeh1 da həmin ünvanda yaşamamışdır. Mənzil dövlət fondunda olan mənzildir. Hazırda o, mənzili özəlləşdirmək istəyir. Üçüncü şəxs X3 mübahisəli mənzilin onun adına özəlləşdirilməsinə etiraz etmir. Mənzilin onun adına özəlləşdirilməsi üçün orderdə adı olan və qeydiyyatda olan şəxslərin razılığı lazımdır. Hazırda onları tapıb razılığını ala bilmir. Onun məhkəməyə müraciət etməkdən başqa yolu yoxdur. Tərəflər arasında hüquq münasibətləri xx.xx.2009– cu il tarixədək yaranmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş 3 saylı MİS-in tərbiyəçi-müəlliməsi İbrahimova Hicran Lətif qızı ifadəsində göstərdi ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 33 №li evin, 33 №li mənzilinə baxış keçirilmiş və 20 noyabr 2024-cü il tarixli akt tərtib edilmişdir. Həmin mənzildə İddiaçı və X3 yaşayırlar. Həmin mənzildə iddiaçının bacısı Allahverdiyeva (Şirinova) Xalidə Xanoğlan qızı, iddiaçının bacısı qızı Cavabdeh1 pasport qeydiyyatındadırlar. Lakin pasport qeydiyyatında olmalarına baxmayaraq, 2002-ci ildən bu günə kimi H.Əliyev prospekti, 33 №li evin, 33 №li mənzilində yaşamırlar. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş 3 saylı MİS-nin nəzarətçisi X5 da İbrahimova Hicran Lətif qızı ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə bildirişinin onlara çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə 3 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi ünvanlanmış və qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 3 saylı MİS-in əməkdaşları və Mingəçevir şəhəri, H.Əliyev prospekti, 33 №li evin, 33 №li mənzilində yaşayan İddiaçı, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 33 №li evin, 16 №li mənzilində yaşayan X2, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 33 №li evin, 34 №li mənzilində yaşayan X7 tərəfindən tərtib edilmiş 20 noyabr 2024-cü il tarixli aktdan görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 33 №li evin, 33 №li mənzilinə baxış keçirilmişdir. Həmin mənzildə İddiaçı və X3 yaşayırlar. Mingəçevir şəhəri, H.Əliyev prospekti, 33 №li evin, 33 №li mənzilində iddiaçının bacısı Allahverdiyeva (Şirinova) Xalidə Xanoğlan qızı, iddiaçının bacısı qızı Cavabdeh1 pasport qeydiyyatındadırlar. Lakin pasport qeydiyyatında olmalarına baxmayaraq, 2002-ci ildən bu günə kimi H.Əliyev prospekti, 33 №li evin, 33 №li mənzilində yaşamırlar. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 33 №li evin, 33 №li mənzilində Cavabdeh2, Cavabdeh1, İddiaçı və X3 qeydiyyatdadırlar. İşdə olan Mingəçevir şəhər X1 Mənzil Təsərrüfatı İdarəsinin 14 noyabr 1969-cu il tarixli qərarına əsasən verilmiş 274 №li orderin surətindən görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 33 №li evin, 33 №li mənzili Xanoğlan Şirinovun adına qeyd edilməklə 4 nəfər ailə üzvləri: Şirinova Şəkil, Şirinova Xalidə, İddiaçı, Şirinova Gülşənin istifadəsinə verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20 noyabr 1973cü il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 20 avqust 2009cu il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil üzərində hüququ olan şəxslərin razılığı olmadan mənzilin adına özəlləşdirilməsi mümkün deyildir. Təqdim etdiyi sənədlərdə mülkiyyət hüququnun qeydiyyata alınmasına dair razılıq ərizələri mövcud deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Beləliklə, məhkəmə iddiaçı tərəfin izahatının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçının atası Xanoğlan Şirinovun adına Mingəçevir şəhər X1 Mənzil Təsərrüfatı İdarəsinin 14 noyabr 1969-cu il tarixli qərarına əsasən 274 №li order əsasında Mingəçevir şəhəri, H.Əliyev prospekti, 33 №li evin, 33 №li mənzili Xanoğlan Şirinovun və 4 nəfər ailə üzvlərinin-Şirinova Şəkil (iddiaçının anası), cavabdeh Allahverdiyeva (Şirinova) Xalidə (iddiaçının bacısı), İddiaçı (iddiaçı), Şirinova Gülşənin (iddiaçının bacısı) istifadəsinə verilmişdir. Qeyd edilən mənzildə İddiaçı və X3 yaşayırlar. Orderdə adları qeyd olunmuş Şəkil Şirinova və Xanoğlan Şirinov ölmüş, Cavabdeh2 (Şirinova) isə evlənib mübahisəli mənzildən köçmüşdür. Mübahisəli mənzildə Cavabdeh2, Cavabdeh1, İddiaçı və X3 qeydiyyatdadırlar. Cavabdeh1 həmin mənzildə yaşamamışdır. Orderdə adının olmasına baxmayaraq, Cavabdeh2 (Şirinova) həmin mənzildə uzun müddət yaşamamışdır. Hazırda onların harada olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçının qeyd edilən mənzilə yaşayış orderi əsasında sahiblik və ondan istifadə etmiş, bu əsasla onun mənzil üzərində gözlənilən mülkiyyət hüququ olmuşdur. Məhkəmə hesab edir ki, mənzil Mingəçevir şəhər X1 Mənzil Təsərrüfatı İdarəsinin 14 noyabr 1969-cu il tarixli qərarına əsasən 274 №li order əsasında əldə edildiyindən, mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123–cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1– dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda siə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinin 1–ci hissəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılğı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən maddənin 3–cü hissəsinə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan diglər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsində qeyd olunur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 60-cı maddənin 6-cı hissəsində isə qeyd olunur ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 85–ci maddəsinə əsasən İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi–buluğa çatmış qalan üzvülərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanununun 5–ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Allahverdiyeva (Şirinova) Xalidə Xanoğlan qızının 20 ildən artıq müddətdir ki, evlənib mübahisəli mənzildən köçərək, hələ də geri qayıtmaması onun həmin mənzili daimi tərk etdiyini göstərir. Daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi üçün Allahverdiyeva (Şirinova) Xalidə Xanoğlan qızının yaşayış sahəsi saxlanıla bilməz. Cavabdeh1 isə həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq, yaşamamışdır. Cavabdeh1 da yaşayış sahəsi saxlanıla bilməz. Odur ki, onlar ünvan 2-ə olan istifadə hüququnu itirmiş hesab edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı qanuni istifadəsindədir və həmin evə faktiki sahibliyi də iddiaçı həyata keçirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı qanuni istifadəçi- mülkiyyətçi kimi cavabdehlərə münasibətdə mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin olunsun. Cavabdehlər Allahverdiyeva (Şirinova) Xalidə Xanoğlan qızının və Cavabdeh1 İddiaçı qanuni istifadəsində olan Mingəçevir şəhəri, H.Əliyev prospekti, 33 nömrəli evin, 33 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar